“Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti” İctimai Birliyi 16 iyun 2019-cu il tarixində Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Almaniyanın Köln şəhərində Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi vandalizmin tarixi faktlar və hüquqi sənədlər əsasında Almaniya ictimaiyyətinə çatdırılması mövzusunda tədbir həyata keçirəcək.
Şuranın dəstəyilə alman dilinə tərcümə edilən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarovun müəllifi olduğu “Azərbaycan türklərinə qarşı erməni təcavüzünün xronikası” adlı kitab və bukletlər tədbir iştirakçılarına paylanacaq.