17/07/2019 09:20
728 x 90

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi - FOTO

img

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 38 ünvanda növbəti səyyar qəbul keçirib.

Nəsimi RİH-dən “Bakı Xəbər”ə bildirildiyinə görə, qəbulda5-ci mikrorayonda, o cümlədən 20 Yanvar, M.Cəfərov, C.Səlimov, Cavadxan küçələri, Moskva prospekti ərazilərində yaşayan sakinlər iştirak edib.

Qəbulun Milli Qurtuluş Günü ərəfəsində keçirildiyini qeyd edən başçı “15 iyun”un müstəqillik tariximizə qızıl hərflərlə yazıldığını, həmin günün Azərbaycan xalqı üçün unudulmaz tarixlərdən və şanlı bayramlardan biri olduğunu, indiki nüfuzlu, güclü, müstəqil Azərbaycan dövlətinin məhz Milli Qurtuluş Günü sayəsində sayılıb-seçilən müasir dünya dövlətləri sırasına qoşulduğunu bildirib, həmin gündən başlayaraq müstəqil dövlətimizin sürətli inkişafı, beynəlxalq aləmə inteqrasiyası üçün bütün imkanlardan istifadə edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin xilası məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Sakinlərdən Qasımov Kənan, Məmmədov Cavad, Nağıyev Mahir, Cabbarova Şahsənəm, Tağıyeva Zenfira, Osmanov Müzəffər və digərləri həyətlərin abadlaşdırılması, həyət və girişlərin işıqlandırılması, yaşıllqların suvarılması və yaşlı ağacların əvəzlənməsi, damlardakı su çənlərinin yığışdırılması, söhbətgahların qurulması, dam örtüyünün təmir edilməsi barədə müraciətlər ediblər.

Səyyar qəbul zamanı sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərinə görə minnətdarlıqlarını bildiriblər.

Baki-xeber.com

Son xəbərlər