17/06/2019 03:24
728 x 90

Qaçqınların… Komitəsində 50 nəfərin müraciətinə baxıldı

img

İyunun 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərin növbəti qəbulunu keçirib.

Komitədən “Bakı Xəbər”ə verilən məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların hər gün komitənin vəzifəli şəxsləri tərəfindən qəbulu təşkil edilir. Hər həftənin çərşənbə axşamı günü isə əvvəlcədən qəbula yazılmaqla Dövlət Komitəsi sədrinin qəbulu keçirilir.       

Növbəti qəbulda 50-dən çox vətəndaşın müraciəti dinlənib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Müraciətlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub. 

Məcburi köçkünlərə bir daha bildirilib ki, onların problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərdəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və bu proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillə birinci növbədə təmin edilməsi barədə tapşırığı icra olunur.

Komitədən o da bildirilib ki, qəbula gələn vətəndaşların qaldırdığı məsələlər diqqətlə araşdırılacaq və mövcud qanunvericilik  çərçivəsində həll ediləcək.

Baki-xeber.com

Son xəbərlər