«Lider» televiziyasının bəzi kanalların bayagı, toyxana verilişlərinə qarşı yeni layihələri…

«Lider» televiziyası efir proqramında əsaslı dəyişiklik edib. Yay fəslinin gəlməsi ilə əlaqədar, adətən mövsümi olaraq bağlanan verilişlər davam etdirilir, hətta yeniləri açılıb.
Xüsusilə kanal gün boyu efirdə analitik, ictimai-siyasi, maarifləndirici yeni layihələrə geniş yer ayıracaq. Teleməkanda format baxımından tək və fərqli olan «Geosiyasət», siyasi gündəmin analizlərinə həsr olunan «Movqe», «Sədadan sonra», dunya xəbərlərini operativ və geniş təqdim edən «Səda dunya», iqtisadi islahatların müzakirəsi və iqtisadi yeniliklərlə zəngin olan «Ekonomiks», operativ idman xəbərlərinin cəmləşdiyi «Səda idman», gənclərin maariflənməsi, onların düzgün formalaşdırılması, vətənpərvərlik ruhunun aşılanması missiyasını qarşısına məqsəd qoyan «Vətənim Azərbaycan», «Gələcəyə dogru» və s. verilişlər tamaşaçıların ixtiyarına veriləcək.
«Lider»in bu qərarını günümüzdə əksər televiziyalarda bayagı, toyxana, qalmaqallı verilişlərin vüsət almasına bir etiraz addımı kimi qəbul etmək olar. Mənəvi dəyərlərimizin qorunub saxlanmasının, gənclərin düzgün tərbiyə edilməsinin, Azərbaycan ailəsi modelinin təbliğ olunmasının önəmini nəzərə alaraq «Lider» televiziyasi axının ardınca yox, öz tamaşaçı kütləsini formalaşdırmağa davam edir.