şənbə günü, 14 noyabr 2026
     

ABŞ Dövlət Departamentinin maliyyəsi ilə ADPU-da ixtisas artıran ingilis dili müəllimləri danışır – nələrdən...

Image


Müasir dövrümüzdə innovativ təlim metodlarından lazımi qədər faydalanmağı bacaran, təlim məzmununun səmərəli şəkildə mənimsənilməsinə nail olan peşəkar müəllimlərin formalaşdırılması, hər bir ali təhsil müəssisəsində olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetində də ən ümdə məsələlərdən biridir.

O cümlədən, universitetdə ingilis dilinin tədrisinin səviyyəsinin artırılması da rəhbərliyin xüsusi diqqət mərkəzindədir. Bu istiqamətdə atılan prioritet addımlardan biri də ABŞ-ın ölkəmizdəki səfirliyinin müxtəlif təhsil proqramları çərçivəsində amerikalı mütəxəssislərin universitetə cəlbi olub.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən “Bakı Xəbər”ə bildirildiyinə görə, artıq üç aydır ki, ingilis dili mütəxəssisi Diane Whaley ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili mütəxəssisi” proqramı çərçivəsində universitetin bir qrup ingilis dili müəlliminə təlimlər keçir. Təlimlərin əsas mövzusu müasir kommunikativ metodlara əsaslanan dərs prosesinin təşkilidir.

Təlimlərdə iştirak edən bəzi müəllimlər öz təəssüratlarını bizimlə bölüşdülər.

Günay Əfəndiyeva, İngilis dili kafedrasının müəllimi: Artıq bir neçə aydır ki, ingilis dili müəllimlərimiz universitetimiz tərəfindən təşkil olunan və amerikalı mütəxəssis Diane Whaley tərəfindən böyük səy və maraqla aparılan, öz müsbət nəticələrini tez bir zamanda göstərən təlimlərdə iştirak edirlər. Həm müəllimlərimiz, həm də tələbələrimiz baxımından faydalı olan, çoxdan bəri gözlənilən, dərslərdəki müvafiq boşluqları ən son öyrətmə üsulları ilə tamamlamağı göstərən, yeniliklə zəngin, ingilis dili müəllimlərinə müasir kommunikativ metodlara əsaslanan dərs prosesini daha sistemli və asan yollarla qurmağı öyrədən möhtəşəm bir layihədir.

Təlimdə nəzəri biliklərin dərhal praktikaya çevrilməsini, dərsin tələbəyönümlü qurulmasını, onların daha fəal olacağı dialoqların, qrup işlərinin, əyləncəli, eyni zamanda öyrədici oyunların tərcümədən maksimum şəkildə az istifadə edərək asan təşkilinin yeni yollarını öyrənirik.

Təlim zamanı Diane xanımın uzun illərə dayanan iş təcrübəsindən, dərin biliklərindən, dilin öyrədilməsi barədə şəxsi qənaətlərinə əsaslanan orijinal fikirlərindən bəhrələnirik. Eyni zamanda, müəllimlərimiz öz təcrübələrini və ideyalarını paylaşır və fikir mübadiləsi apararaq maraqlı diskussiyalar təşkil edirlər. Təlim zamanı müəllimlər onlara təqdim olunan müasir amerikalı müəlliflərin kitab, jurnal və lüğətlərindən istifadə edərək zəngin və sistemli bir təcrübə əldə edirlər. Bu təlimin müsbət təsirlərinin uzun illər həm muəllimlərimizin iş təcrübəsində, həm də onların öyrətdikləri tələbələrin biliklərində dərin izlər qoyacağına əminəm.

Bu prosesdə ingilis dili müəllimlərinin yoluna işıq tutan, təlimin təşkilində və mükəmməl şəkildə sona çatdırılmasında əməyi olan hər kəsə təsəkkür edirəm.

Jalə Səmədova, İngilis dili və onun tədrisi metodikası kafedrasının müəllimi: ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili mütəxəsissi” proqramı çərçivəsində fəaliyyət göstərən Diane Whaley artıq üç aydır ki, ADPU-da ingilis dili müəllimləri üçün dinləmə, danışıq, yazı və oxu bacarıqlarından təlim keçir. Diane Whaley bu təlimlərdə ingilis dili müəllimlərinə xarici dilin tədrisi zamanı kommunikativ və interaktiv metodlardan necə istifadə olunmasını, eləcədə tələbə yönümlü tədris haqqında nəzəri və metodoloji mövzulara toxunur, tələbələrdə 4 bacarığın (dinləmə, oxu, yazı və danışıq) inkişaf etdirilməsi üçün uğurlu şəraitin yaradılması haqqında ətraflı məlumat verərək ingilis dili müəllimlərini xeyli məlumatlandırır. Təlim müddətində müəllimlər Diane xanımın öyrətdiklərini uğurla öz dərslərində tətbiq etdilər, müxtəlif maraqlı oyunlar keçirərək tələbələrdə xarici dilin öyrədilməsində motivasiyanı yüksəldib, kommunikativ yönümlü təlimi uğurla tətbiq etdilər. Bu təlimlər bizim üçün çox maraqlı və faydalı oldu. Düşünürəm ki, bu təlimlərlə universitetdə ingilis dilinin yeni üsulla tədrisinin əsası qoyulacaq.

Yaradılmış şəraitə görə rektorumuz, professor Cəfər Cəfərov başda olmaqla, universitet rəhbərliyinə, ABŞ səfirliyinə və təlimçimiz Diane xanıma xüsusi minnətdarlığımı bildirirəm.

Qəribə Məmmədova, İngilis dili kafedrasının dosenti: Üç aydır ki, biz, ingilis dili müəllimləri, bu təlimlərdə bir daha bildiklərimizi təkrarlayıb, bilmədiklərimizi öyrəndik. Bu təlim bizi təhsilə yeni yanaşma konsepsiyasına görə formalaşdırdı, tələbəyönümlü təhsil üçün bizdə mühüm bacarıqlar və vərdişlər yaratdı.

Öyrəndiklərimizi qruplarımızda təlimçi Diane Whaleyin iştirakı ilə tətbiq etdik və gözəl nəticələr qazandıq. Metodik ustalıqlarımızı artırdıq, bu müddətdə dil mühitində olduq, şifahi nitqimizi inkişaf etdirdik, müxtəlif oyunlar, əyləncəli tapşırıqlar etdik, TKT-dən qazandığımız təcrübəni bir daha təkmilləşdirdik.

Əlbəttə ki, təlimçi Diane xanımın da əməyi böyük oldu. O bizi dünyada çıxan ən yeni nəşrlərlə tanış etdi, nümumələr verdi, müxtəlif yeni mənbələrlə və müasir metodlarla dərsləri necə zənginləşdirməyi öz məşğələlərində əyanı olaraq göstərdi.

Onunla sinifdaxili və sinifdənxaric keçirdiyimiz tədbirlər hər birimizin qəlbində dərin izlər buraxdı.

Bütün bunlara görə şəxsən rektorumuz Cəfər müəllimə və bu layihənin yaradıcılarına, bu işdə əməyi olan hər kəsə dərin minnətdarlığımızı bildiririk. Müəllimlərin inkişafı məqsədilə keçiriləcək bütün tədbirləri alqışlayır və sizə bu işlərdə uğurlar diləyirik.

Nüşabə İsmayılova, İngilis dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi: Mən aprel ayından ingilis dili mütəxəssisi Diane Whaley-in təlimlərinə qatılıram. Bu təlim digərlərindən onunla fərqlənirdi ki, biz müəllimlər burada hər keçilən dərsdə yeni və maraqlı metodlarla tanış olur və Diane xanımın bizə təqdim etdiyi müasir tipli kitablardan bəhrələnərək dərslərimizi yeni üsullarla daha da rəngarəng, maraqlı və səmərəli keçməyə nail oluruq. Diane xanım bizim dərslərimizdə də iştirak edərək qruplarla təşkil olunan oyunların tələbələr tərəfindən necə sevildiklərini və tələbələrdəki canlanmanın, danışıq bacarığının artmasının şahidi olmuşdur.

Diane Whaley-in məhz bizim universitetimizə gəlməsi üçün universitetimizin rektoru, professor Cəfər Cəfərova, ABŞ-ın ölkəmizdəki səfirliyinə və bu işdə əməyi keçən bütün rəhbər işçilərə öz dərin minnətdarlığımızı bildiririk.

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ