Hər zaman sosial layihələri dəstəkləyən bir şirkət olaraq tanınan “Azercell” Ramazan ayında da bu istiqamətdə fəaliyyətini davam etdirib. Belə ki, “Azercell” və “Xəzər TV”nin birgə təşəbbüsü ilə “Azercell”in səyyar “Mobil Göz” və “Mobil Diş” klinikaları may ayı ərzində Tərtər, Ağdam və Tovuz şəhərlərinə səfər ediblər. Aksiya çərçivəsində təşkil olunan təmənnasız müayinələrdən, ümumilikdə, 3000-ə yaxın insan faydalanıb.
Qeyd edək ki, səfərlərdə iştirak edən həkimlər 5 iyun 2019-cu il tarixində “Xəzər TV”də yayımlanan “Səni axtarıram” verilişinin canlı efirində “Xəzər TV” və “Azercell” rəhbərliyi adından layihədə göstərdikləri dəstəyə görə xüsusi diplomlarla təltif edilib, həmçinin, “Azercell” şirkəti tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Vurğulamaq istərdik ki, “Azercell”in “Mobil Göz” və “Mobil Diş” klinikalarının mütəmadi olaraq təşkil etdiyi təmənnasız müayinə və müalicə tədbirlərindən valideyn himayəsindən məhrum uşaqlar, yaşlılar, aztəminatlı ailələr və məcburi köçkünlər yararlanırlar. Ən son tibbi avadanlıqla təchiz olunan bu mobil klinikalar fəaliyyətləri boyunca on minlərlə insana yardım etməyə müvəffəq olublar.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.