şənbə günü, 14 noyabr 2026
     

Gömrük Komitəsi Şahbaz Xuduoğluna arqumentlərlə etiraz etdi

Image


Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, bu günlərdə “Qanun Nəşrlər Evi” nin direktoru Şahbaz Xuduoğlu “facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsində gömrük orqanlarına qarşı qərəz və böhtan dolu paylaşım edib və hər zaman olduğu kimi, bir sıra kütləvi informasiya vasitələri də qarşı tərəfin mövqeyini öyrənməyə ehtiyac duymadan həmin paylaşımı yayımlayıb.

Paylaşımdan məlum olur ki, adıçəkilən şəxs ölkə ərazisinə kommersiya məqsədilə mal gətirib və gətirdiyi mala dair gömrük orqanına əvvəlcədən qısa idxal bəyannaməsi təqdim etmədiyi üçün qanunvericiliyə əsasən inzibati qaydada cərimə olunub. Elə bundan yola çıxaraq, bu il fevralın 1-dən tətbiq edilən qısa idxal bəyannaməsinin hüququ əsaslarına, faydalılığına və səmərəliliyinə şübhə ilə yanaşıb, hətta beynəlxalq praktikada inkişaf etmiş ölkələr tərəfindən geniş surətdə tətbiq edilən yeniliyi “pul yığmaq üçün bürokratik uydurmaya hüquqi don geydirmək” kimi qiymətləndirib.

İlk növbədə, müəllifin “pul yığmaq üçün bürokratik uydurma” adlandırdığı qısa idxal bəyannaməsinin məqsədi, hədəfi və təyinatı barədə qısa açıqlamaya ehtiyac var.

Gömrük ərazisinə gətirilən mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən gömrük orqanlarına təqdim edilməsi beynəlxalq təcrübədə qəbul edilib və müvafiq beynəlxalq sənədlərdə gömrük işinin səmərəliliyinin artırılması, ticarət-təchizat zəncirində təhlükəsizliyin təmin edilməsi üçün əsas vasitələrdən biri kimi müəyyən olunub.

Mal və nəqliyyat vasitələri barədə əvvəlcədən təqdim edilmiş məlumatlar risqlərin idarə edilməsi və təhlili sisteminin səmərəli şəkildə tətbiqinə imkan verir ki, bu da beynəlxalq ticarətdə sərhəd keçidi əməliyyatları zamanı gömrük nəzarəti formalarının seçmə üsulu ilə həyata keçirilməsi və gömrük-sərhəd buraxılış məntəqələrindən mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinə şərait yaradır.

Xüsusilə vurğulanmalıdır ki, məlumatların əvvəlcədən təqdim edilməsi gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan malların risq dərəcələrinin müəyyən olunmasına, sərhəd keçidi zamanı müvafiq dəhlizin əvvəlcədən seçilməsinə şərait yaradır ki, bu da gömrük nəzarətinin daha çevik və şəffaf formada həyata keçirilməsi, resurslardan daha səmərəli istifadəyə imkan verir. Yəni qısa idxal bəyannaməsinin verilməsi malların sürətli şəkildə sərhəddən keçərək sahibinə çatdırılmasını, təhlükəsizliyin, şəffaflığın təmin edilməsini, vaxt itkisinin aradan qaldırılmasını təmin edir. Qısası, mal təyinat nöqtəsinə hərəkətdə olarkən, artıq gömrük əməliyyatlarının əsas hissəsi həyata keçirilir.

İlkin məlumat mübadiləsi prinsipi, yəni qısa idxal bəyannaməsinə dair fikir və müddəalar xüsusilə ən mötəbər beynəlxalq sənədlərdə öz əksini tapıb.

Ümumdünya Gömrük Təşkilatı (ÜGT) çərçivəsində qəbul olunmuş “Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında Konvensiya”nı (Kioto Konvensiyası) göstərmək olar. Kioto Konvensiyasının “A” xüsusi əlavəsinin 1-ci fəslində malları əvvəlcədən bəyanetməyə dair standartlar müəyyən olunub.

Eyni zamanda, 2005-ci ildə ÜGT çərçivəsində qəbul olunmuş “Qlobal ticarətin təhlükəsizliyinin təmin olunması və sadələşdirilməsi üzrə Çərçivə Standartları”nda mallara dair məlumatların əvvəlcədən gömrük orqanlarına təqdim edilməsi bu standartların əsas elementlərindən birini təşkil edir. Sözügedən standartların 3-cü bölməsinin 2.1.3-cü maddəsində də malların idxalı və ixracı zamanı daşıyıcı və ya onun nümayəndəsi tərəfindən ilkin məlumatların gömrük orqanlarına elektron şəkildə təqdim edilməsi müəyyən olunub. Qeyd olunan standartlarda həm də, nəqliyyat növündən asılı olaraq, mallara dair ilkin məlumatların verilməsi üzrə vaxt çərçivələri tövsiyə edilib: avtomobil nəqliyyatı - 1 saat öncə, dəmir yolu - 2 saat öncə, hava nəqliyyatı - 4 saat öncə, dəniz nəqliyyatı - 24 saat öncə.

İlkin bəyanetmə üzrə standartlara əsaslanaraq bu prinsip dünya ölkələri tərəfindən tətbiq olunur.

Avropa İttifaqının Gömrük Məcəlləsinin 127-ci maddəsinə əsasən, İttifaqın gömrük ərazisinə gətirilən mallara dair əvvəlcədən bəyannamə təqdim edilməlidir.

O da qeyd edilməlidir ki, ilkin bəyanetmə prinsipi Avrasiya İqtisadi Birliyinin gömrük qanunvericiliyində də müəyyən olunub. Bu prinsip Rusiya, Qazaxıstan, İran, Türkiyə və digər qonşu ölkələrdə də tətbiq olunur.

Eyni zamanda, Avropa İttifaqının və ABŞ-ın gömrük qanunvericiliyində ilkin bəyannamənin verilməsi vaxtı nəqliyyat vasitəsinin növünə görə fərqləndirilir. Dəniz nəqliyyatı ilə daşınan mallar üçün bu müddət 24 saat, hava, dəmir yolu və quru yolu ilə daşınan mallar üçün 4 saat təşkil edir.

Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasında da müvafiq tədbirlər görülüb. “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 28 dekabr 2018-ci tarixli, 1431 nömrəli Qanununa uyğun olaraq, Gömrük Məcəlləsinin 113-cü maddəsinə edilən dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməsi müəyyən olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 13.1.-ci bəndində də elektron formada qısa idxal bəyannaməsinin verilməsi təsbit edilib.

Eyni zamanda, Gömrük Məcəlləsinin 116-cı maddəsinə uyğun olaraq, xarici ticarət iştirakçısı qısa idxal bəyannaməsi verilməsini istisna etmək istəyərsə, bu zaman qısa idxal bəyannaməsinin təqdim edilməsi üçün nəzərdə tutulmuş son müddət başa çatanadək mallara dair gömrük bəyannaməsi verilə bilər.

Qanunvercilikdə həm də qısa idxal bəyannaməsinin verilməməsinə görə məsuliyyət tədbirləri müəyyən olunub. Gömrük Məcəlləsinin 113-cü maddəsində qısa idxal bəyannaməsinin verilməməsinə görə bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq cərimə tədbirləri müəyyən edilib.

Müəllifin “O bəyannaməni yükdən əvvəl necə təqdim etmək olar” sualının cavabı isə çox sadədir. Şübhəsiz ki, hər bir xarici ticarət iştirakçısı istənilən malı müvafiq alqı-satqı, malların dəyərinin ödənildiyini göstərən sənəd əsasında alır və hansı daşıyıcı şirkət tərəfindən ölkəyə gətirildiyini bilir. Qısa idxal bəyannaməsi üçün də bu qəbildən olan sadə məlumatlar kifayətdir. Üstəlik, bu məlumatların elektron qaydada gömrük orqanına ötürülməsinə gömrük xidməti haqqında mənfi rəy yazmağa sərf olunandan daha az vaxt tələb olunur.

Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsi Prezident İlham Əliyev tərəfindən son dövrlərdə gömrük sistemində həyata keçirilən islahatlar, yeniliklər və tətbiqlər barədə sahibkarlarla, onları birləşdirən aidiyyəti qurumlarla mütəmadi keçirilən görüşlər, mətbuat konfransları və digər vasitələrlə ictimaiyyəti davamlı olaraq əvvəlcədən məlumatlandırır. Cəmiyyətdə kifayət qədər tanınmış şəxs olan Şahbaz Xuduoğlunun həm də xarici ticarət iştirakçısı kimi gömrük sistemində tətbiq edilən və şəxsən özünün fəaliyyət və maraq dairəsində olan bu məlumatlardan xəbərsiz olması isə inandırıcı deyil.

Eyni zamanda, müəllif “gömrük sahibkarların belini qırır” ifadəsini işlətməklə, qısa idxal bəyannamələrinin tətbiqinə görə sahibkarların cərimələr ödədiyinə, əlavə məsrəflərə məruz qaldığına eyham vurmağa çalışır. Ancaq gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma zamanı məlum olub ki, həyata keçirilmiş idxal əməliyyatları üzrə qısa idxal bəyannaməsinin verilməməsi halları ümumi həcmin 0,7 faizini təşkil edir ki, bu da xarici ticarət iştirakçıları tərəfindən qanunvericliyə riayət edilməsi göstəricisinin yüksək olduğunu təsdiqləyir və bu göstərici aylar üzrə azalmaqdadır.

Göründüyü kimi, adında “Qanun” sözü olan quruma rəhbərlik edən şəxs dövlətin qanunlarına hörmətsizlik edir və üstəlik, həmin qanunların icrasını həyata keçirən dövlət qurumuna böhtan atmağa çalışır.

Xatırladaq ki, qanunları pozmaq, inzibati məsuliyyətlə yanaşı, həm də ayıb sayılır. Ayıbı isə ictimailəşdirmək deyil, ondan utanmaq lazımdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ