Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı və “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının himayəsindəki xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş uşaqlarla birgə keçirib.
200 nəfərə yaxın uşağın iştirakı ilə “SOS Uşaq Kəndi”ndə keçirilən bayram tədbirində uşaqlar maraqlı əyləncə və müsabiqələrdə iştirak ediblər.
“Bakcell” artıq 10 ildir ölkənin ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramlarından biri olan “Bakcell Stars” proqramını həyata keçirir. Xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş uşaqların inkişafına həsr olunmuş layihələr çərçivəsində indiyə kimi minlərlə uşaq və gənc “Bakcell” şirkətindən dəstək alıb.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB və “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirilən onlarla layihə vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiya olunmaları istiqamətində işlər görülüb.