Bu ilin sonunadək Azərbaycanda markalanmalı olan məhsulların siyahısının təsdiq edilməsi planlaşdırılır. “Trend”in məlumatına görə, bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, siyahı artıq Nazirlər Kabinetinə təqdim edilib: “İlkin siyahıya aksizə düşən mallar – spirtli içkilər, energetik içkilər, dərman preparatları, su və digər məhsullar daxil ediləcək. Bu, uzun və qəliz prosesdir. Vaxt keçdikcə siyahı genişləndiriləcək”.
Nazir müavini əlavə edib ki, hazırda siyahı razılaşdırılma prosesindədir: “Markalama gömrük məntəqələrindən keçirilmiş malların ölkə ərazisində hərəkətini izləməyə imkan verəcək”.