Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov 2019-cu il iyun ayının 22-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidir.