Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov 2019-cu il iyun ayının 22-də Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidir.