şənbə günü, 14 noyabr 2026
     

ABŞ Dövlət Departamentinin “İngilis dili mütəxəssisi” Proqramı Pedaqoji Universitetdə necə icra edilir? - MÜSAHİBƏ

Image


Müsahibimiz Azərbaycan Dövlət Depaqoji Universitetində ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili mütəxəssisi” proqramı çərşivəsində fəaliyyət göstərən Diane Whaley-dir.

- Diana xanım, sizi yenidən aramızda görmək xoşdur. Öncə özünüzü təqdim edərdiniz, bir mütəxəssis və müəllim kimi təcrübəniz haqqında məlumat verərdiniz.

- Təşəkkür edirəm. ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili mütəxəssisi” proqramı çərşivəsində 9 ilə yaxındır ki, ingilis dili mütəxəssisi kimi müxtəlif ölkələrdə fəaliyyət göstərirəm. Proqramın xətti ilə 2 il Uruqvayda Təhsil Nazirliyi ilə işləmiş, Montevideo Universitetində dərs demişəm. Bundan əlavə, Misirdə Təhsil Nazirliyi və Britaniya Şurası ilə, həmçinin Braziliyada çalışmışam. Keçən il isə “İngilis dili müəllimliyi” ixtisasının tədris planının yenilənməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərdim. Proqrama qoşulmazdan əvvəl Vaşınqtonda DC-də yerləşən Con Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbində 20 ilə yaxın, ondan öncə isə Şimalı Karolinada yerləşən “Duke” Universiteti, Nyu-Yorkdakı “Syracuse” Universitetində və ABŞ-ın mütəxlif təhsil müəssisələrində dərs demişəm. Eyni zamanda çoxlu səyahət etmiş, 5 il Səudiyyə Ərəbistanında yaşamışam. Düşünürəm ki, “İngilis dili mütəxəssisi” proqramında iştirak etmək üçün kifayət qədər təcrübəm vardır.

- Keçən il universitetimizdə olduğunuz 6 həftə müddətində hansı işləri gördünüz?

- Keçən səfərim 6 həftəlik dövrü əhatə edirdi, çox qısa müddət olduğu üçün sıx qrafiklə çalışdıq. Həmin müddətdə “İngilis dili müəllimliyi” ixtisası üçün yeni tədris planı layihəsini hazırladıq və layihənin pilot olaraq sentyabr ayından universitetdə tətbiqi gözlənilir. İlk 2-3 həftə ərzində universitet haqqında ətraflı məlumat aldım,  rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə tanış oldum, əsas gözləntilər və hədəflərlə bağlı müzakirələr apardıq, universitetin ehtiyaclarına uyğun ideyalar ərsəyə gəldi. Müşahidələrimdən gördüm ki, müəllimlərin motivasiyalı, əzmli olmalarına baxmayaraq tələbələri öyrədərkən  kommunikativ metodu tətbiq etmirlər. Belə ki, tələbələr qrammatik biliyə, tərcümə sahəsində bacarıqlara kifayət qədər malik olsalar da, dəhlizdə məni görərkən salamlaşmaqda, yaxud bir fincan kofeyə dəvət edildiklərini anlamaqda çətinlik çəkirlər. Düşünürəm ki, universitet uğurlu ingilis dili müəllimi yetişdirmək istəyirsə, tələbələrin bu dili yaxşı bildiklərinə əmin olmalıdır. Başqa sözlə, tələbələrin qrammatika və tərcümə sahəsində bilikləri ilə yanaşı dinləmə və danışıq kimi dil bacarıqları da olmalıdır. Bu səbəbdən, yeni kurikulumda bacarıqlara xüsusi diqqət ayırdım, tələbələrin ehtiyaclarına uyğun olaraq, ingilis dilində danışıq, oxu, dinləmə, yazı, qrammatika, kommunikativ metodu tətbiq edə bilmələri üçün metodologiya dərsləri daxil etdik, eyni zamanda seçmə fənlər üzərində işlədik. Tələbələrin daha yaxşı anlaya bilmələri üçün “Leksikologiya”, “Stilistika”, “Amerika və Britaniya ədəbiyyatı” kimi fənləri seçmə fənlər olaraq daha sonrakı dövrlərdə təklif etməyi qərara aldıq.    

-Yeni tədris planı layihəsi ilə bağlı nə deyə bilərsiniz? Onun əvvəlkindən fərqli xüsusiyyətləri nədir?

- Əvvəlki tədris planı əsasən nəzəriyyə, metodologiya üzərində qurulub. Əvvəl də qeyd etdiyim kimi, bacarıqlardan çox “Stilistika”, “Pedaqogika”, “Qrammatika”, “Tərcümə” kimi nəzəri fənlərə daha çox ağırlıq verilmişdir. Ümumiyyətlə, xarici dilin tədrisi tarix fənninin tədrisindən fərqlənir. Misal çəkim, müəllim tarix fənnini tədris etdikdə mühazirəni deyir, tələbələr qeydlərini aparır, əlavə kitablar oxuyur, tarix haqqında məlumatlı olurlar və imtahanlardan keçə bilirlər. Xarici dilin öyrənilməsi isə fərqlidir. Tələbələr bilməklə yanaşı,öyrəndiklərini təcrübədən keçirməlidirlər, danışmalıdırlar, müəllimlər sinifdə tələbələrin xarici dili istifadə etmələri, danışmaları üçün maksimum şərait yaratmalıdırlar. Tədris planını elə tərtib etdik ki, yalnız biliyə yönəlik olmasın, eyni zamanda tələbələr dinləmə, danışıq, yazı, oxu, qrammatika, tələffüz, başqa sözlə, dildən istifadə etmə bacarıqlarına yiyələnsinlər. Əsas fərq də budur. Biz nəzərriyədən daha çox dil dərslərinə, kommunikativ yanaşmaya üstünlük veririk.

-Fəaliyyətinizin indiki mərhələsində hansı məsələlərin həllini vacib sayırsınız?

- Hazırda sentyabr ayından yeni tədris planı üzrə dərs deyəcək müəllimlər üçün təlimlər keçirəm. Müəllimlər heyrətamizdirlər, onların əzmi, öyrənmək şövqü məni heyran edir, onlar da tələbələrinin ingilis dilində danışa bilmələrini istəyirlər. Universitetin hər iki - İngilis dilinin tədrisi metodikası və İngilis dili kafedralarının bir qrup müəlliminin iştirak etdiyi təlimlərdə kommunikativ metod və tələbə-əsaslı yanaşma haqqında nəzəri və metodoloji mövzulara toxunur, tələbələrin uğurlu olmaları üçün ehtiyaclarına xüsusi diqqət veririk. Təlimlərdə tələbə üçün asan və onların danışmaları üçün rahat olan, hətta çəkinən tələbələrin öyrənmələri üçün münasib olan fəaliyyət növlərindən istifadə edirik. Xüsusi diqqət veririk ki, tələbə danışmazdan əvvəl müəllim ona lazım olan materialı öyrətmiş olsun. Başqa sözlə, tələbələr üçün uyğun mühit yaradılmalıdır, məsələn tələbə “mən bu yeni sözləri, yaxud qrammatikanı bilirəm, indi isə onu tətbiq etməliyəm” deyə bilsin, qrup ya cütlük şəklində işləməklə ilk gündən “salam, mənim adım Dianadır. Sənin adın nədir?”, yaxud “Mənim iki qardaşım və üç bacım var. Bəs sənin neçə qardaşın var?” kimi ifadələri istifadə edə bilsinlər. Sonrakı mərhələdə isə biz tələbələrin bir-biri ilə danışarkən əmin və rahat olmalarını istəyirik.

-Pedaqoji Universitetdə “İngilis dili müəllimlimliyi” ixtisası üzrə mütəxəssislərin hazırlanmasında hansı irəliləyişlərin olacağını düşünürsünüz?

- Mən bu məsələdə çox ümidli və əminəm. Daha öncə də qeyd elədiyim kimi, təlimlərdə öyrənmək istəyən, öyrəndiklərini təcrübədən keçirən müəllimlər iştirak edir, onlara verdiyim yazılı tapşırıqları çox yüksək səviyyədə həll edirlər, çoxlu sayda sərbəst şəkildə ədəbiyyat və material oxuyurlar. Müəllimlər xarici dilin öyrənilməsi layihəsini yaradıblar ki, onun vasitəsilə öz dil bacarıqlarının təkmilləşdirilməsi üçün təlimlərdən kənar məşğul olacaqlar. Bu, tələbələr üçün bir modeldir, onlar müəllimlərinin öz üzərlərində işlədiklərini gördükcə həvəslənəcək və özləri də öyrənəcəklər. Müəllimlər əzmlə çalışırlar. Onu da qeyd edim ki, təcrübədə adətən müəllimlər çalışdıqları deyil, başqa yerlərdə təlimlər keçirlər. Pedaqoji Universitetin müsbət cəhəti ondan ibarətdir ki, mən təlimlərdə iştirak edən müəllimlərin öyrəndikləri metod və texnikanı öz dərslərində istifadə etdiklərini müşahidə edə, onlara daha çox tövsiyələr verə bilirəm, dəyişikliyə, təkmilləşdirməyə ehtiyac olursa, bunun üzərində dərhal işləyə bilirik. Müəllimlərin dərslərinə gedib onları müşahidə aparmaq olduqca faydalıdır.  Belə imkanlar çox az hallarda olur.

-Layihənin indiki mərhələsi bitdikdən sonra, sizcə, universitet tərəfindən həll edilməli məsələlər hansılardır?

- Layihə çərçivəsində tədris planı yeniləndi, düzgün metodologiya və yanaşmalardan istifadə etməklə tələbələri öyrədən müəllimlərimiz olacaq. Düşünürəm ki, növbəti mərhələ tələbənin biliyinin qiymətləndirilməsi ilə bağlı olmalıdır. Müəllimlər tələbələrin sadəcə qrammatik biliyini və ya tərcümə bacarığını deyil, yeni tədris metodologiyasına uyğun olaraq biliyini qiymətləndirməyi bacarmalıdırlar, tədris prosesində kommunikativ metoddan istifadə edildiyi üçün biliyin qiymətləndirilməsi də kommunikativ şəkildə aparılmalıdır. Tələbənin biliyinin qiymətləndirilməsi olduqca mürəkkəb prosesdir, bu məsələ haqqında öyrənilməli məqamlar çoxdur. Bu baxımdan, bir mütəxəssisin müəllimlərlə işləməsinə böyük ehtiyac vardır, bu, gələn ilin sentyabr ayında, yaxud yanvar-fevral ayında təşkil oluna bilər. Müəllimlərə qiymətləndirmə ilə bağlı daha detallı məlumatların verilməsinə ehtiyac var. Müəllimlər yeni qəbul olunan tələbələrin xarici dil bilik səviyyəsinin müəyyənləşdirilməsi üçün sualları necə tərtib etmək, bu sualları hər il yeniləmək, sualları tərtib edərkən hansı məqamlara diqqət vermək,  tələbələrin mütəmadi öz üzərlərində çalışmaları üçün həftəlik və ya semestr ərzində müxtəlif üsullarlarla biliklərini yoxlamağı bacarmalı, onların dinləmə, yazı bacarıqlarını kommunikativ şəkildə qiymətləndirməyi bilməlidirlər. Aralıq və final imtahanlarının təşkili, bu mərhələlərdə tələbələrin əldə etdikləri bütün bilik və bacarıqların yoxlanılıb-yoxlanılmaması kimi məsələlər müzakirə edilməlidir. Diqqət edilməli digər məqam tələbələrin xarici dili mənimsəməsinin qiymətləndirilməsi ilə bağlıdır. Birinci tədris ilinin sonunda tələbə lazımi bilik və bacarıqları əldə etməyibsə, biz onun növbəti tədris ilində təhsilini davam etdirməsini istəmirik, bu ikinci, üçüncü və əlbəttə ki, dördüncü tədris ili tələbələrinə də aiddir. Tələbimiz, həmçinin ümidimiz odur ki, dördüncü tədris ilinin sonunda tələbələrin ingilis dili səviyyəsi Avropa Dilləri Çərçivə Proqramında (CEFR) C 1 səviyyəsində olacaqdır, yəni onlar ingilis dilini kifayət qədər yaxşı biləcək və rahat dərs deyə biləcəklər. Təhsil aldığı müddət ərzində tələbələrin nailiyyətlərini ölçmə mexanizmimiz olmalıdır, əgər tələbələrin irəliləyişi olmazsa, onları dəstəkləmək üçün yay dövründə görülə biləcək tədbirlər, əlavə dərslərin təşkili imkanları,  yaxud tələbələrin ingilis dilli ölkələrdən birinə səfər etməsi və orda təhsil ala bilməsi kimi məsələlər nəzərdən keçirilməlidir. Vacib və həlli tələb edilən bu məsələlər qiymətləndirmə ilə sıx əlaqəlidir. Bir sözlə, gələcəklə bağlı atılmalı addımlar çoxdur. Lakin mən hazırda çalışdığımız müəllimlərə çox güvənirəm. Universitet rəhbərliyinə, xüsusilə rektor və prorektorlara göstərdikləri dəstəyə görə çox minnətdaram. Onlar universitetdə ingilis dilinin tədrisi ənənəsinin qrammatika və tərcümə yanaşmasından ingilis dilində sərbəst şəkildə danışıb, dinləyib yazmaq bacarıqlarını ehtiva edən kommunikativ metoda dəyişdirilməsi üçün əllərindən gələni edirlər.  Düşünürəm ki, bu istiqamətdə əhəmiyyətli şəkildə irəliləyiş əldə edilir.

Hazırladı:
Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ