Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Bakıda oğlan uşaqlarının getdikcə qəribələşən geyimi - allı-güllü paltarlar, corabsız ayaqqabı...

Image


“Təəssüf edirəm ki, bizim gənclərin xeyli hissəsi bu cür zövqsüz geyimlərdən istifadə edir”

 

Cəmiyyətimizdə peyda olan yeni geyim dəblərinin bir qismi bizə heç də müsbət şeylər vəd etmir. Son 1-2 ildə Azərbaycanda gənc oğlanların geyim tərzi ciddi şəkildə dəyişməyə başlayıb. Bu xüsusən də özünü paytaxtda daha qabarıq şəkildə büruzə verir. Diqqətçəkən geyim tərzlərindən biri oğlan uşaqlarının, xüsusən də ali məktəb tələbələrinin allı-güllü köynəklər, pencəklər geyinməsidir. Gənc oğlanlar üzərində iri və müxtəlif rəngli gülləri olan köynəklər, koftalar geyməyə üstünlük verirlər. Belə geyim nümunələri hazırda paytaxt mağazalarında kütləvi olaraq satılır.

Oğlanların üzəri güllü köynəklər, pencəklər geyməsinin geniş miqyas alması həqiqətən də narahatlıq doğurur. Vaxtilə qızların, qadınların üzərində “şapan-şapan” gülləri olan donlar, kofta və ətəklər geyinməsi dəbdə idisə, hazırda xanımlar bu tip geyim tərzinə elə də üstünlük vermir, onlar əsasən sadə geyimlərə meyl göstərirlər. Oğlanlar isə, əksinə, sadə geyimlərdən sürətlə uzaqlaşaraq güllü libaslara maraq göstərirlər. Bundan əlavə, bu gün oğlanlar arasında ayaqqabını corabsız geyinmək də dəbə minib. Demək olar ki, gənc oğlanların böyük əksəriyyəti ayaqqabı geyərkən corabdan istifadə etmir.

Oğlan uşaqlarının günü-gündən dəyişən geyim tərzi nə ilə bağlıdır? Onlar hansı səbəbdən güllü geyimlərə üstünlük verirlər?

  • “Güllü geyimlər geyinən gənc oğlanların geyim tərzini həssaslıqla təhlil etməliyik”

Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyova bizimlə söhbətində bildirdi ki, son dövrlər gənc oğlanların geyim tərzi həqiqətən də dəyişib. O hesab edir ki, indiki gənclər özlərinə yeni geyim tərzi seçməklə fərqlənmək məqsədi güdürlər. “Zövqlər müxtəlifdir. Müasir gənclər tamamilə fərqlidirlər, onlarla bizim düşüncə tərzimiz, zövqümüz üst-üstə düşmür. Bütün bunların hamısı nədən irəli gəlir? Bu, gənclərimizin təhsili və dünyagörüşü ilə bağlıdır. Səhnə geyimi ilə gündəlik geyim fərqli olmalıdır. Gənclərin corab geyinməməyinə gəlincə, idman ayaqqabısının içinə qısa corab geyinmək olar. Klassik ayaqqabıların içinə isə bizim gənclər qısa corab geyinir. Bu, bütün dünyada dəbdədir. Sadəcə olaraq, onlar geyindiklərini bir-birinə uyğunlaşdıra bilmirlər. Geyimlər bir-birini tamamlamadığına görə də geyimləri şit görsənir. Rəngli köynəklərə gəlincə, bilirsiniz ki, keçən əsrin 80-ci illərində də güllü, bəzəkli-düzəkli köynəklər dəbdə olub. Azərbaycanda həmin dövrdə o cür köynəklər geyiniblər. Dəb zamanla dəyişir, dəbə dönüş olur. Dəb elə bir anlayışdır ki, onun qarşısı alına bilmir və bu, cəmiyyətin fikri ilə yaranmır. Bu bir axındır, biz də düşürük. Bu, hansısa ölkədən, cəmiyyətdən bizə gələn axındır. Xaricdə bu stildə geyənlər var. Amma təəssüf edirəm ki, bizim gənclərin xeyli hissəsi bu cür geyimlərdən istifadə edir. Mənə elə gəlir ki, bu cür gənclərin zövqləri tam formalaşmadığı üçün, onlar geyim baxımından təsir altına düşürlər. Düzdür, bizim zövqlə geyinən gənclərimiz də çoxdur. Güllü geyimlər geyinən gənc oğlanların geyim tərzini həssaslıqla təhlil etməliyik. Çünki bəzən tənqidin özü bir reklamdır. Yəni biz onları tənqid edirik, amma bundan nəticə çıxarmaq əvəzinə, bəzən ondan daha çox yararlanırlar. Biz onları tənqid ediriksə, onlar bu cür geyimləri daha çox geyinə bilərlər. İndiki gənclərdə də belə bir yanaşma var ki, biz daha yaxşı bilirik, özümüz sizdən daha anlayışlı və dünyagörüşlüyük. Bu baxımdan, bizim tənqidimiz onlarda yanlış fikir yarada bilir. Son 6 ay ərzində dünyanın təxminən 20 ölkəsində olmuşam, Avropa ölkələrinə getmişəm. Burada gənclərdə zövqsüz tərzlə rastlaşmamışam. Bizim gənclərin bəzilərinin geyimlərində Şərq üslubu ilə Avropa üslubunu yanlış qarışdırma var. Mənə elə gəlir ki, səhnədə olan gənclərə baxaraq geyim tərzlərini uyğunlaşdıra bilməzlər. Çünki səhnə geyimi ilə adi həyatdakı geyim tərzi fərqlidir”.

K.Vəlibəyova hesab edir ki, bu məsələyə həssas yanaşmaq lazımdır. Gənclərə geyimlərlə bağlı məsləhətlər verməyin vacib olduğunu deyən K.Vəlibəyovanın sözlərinə görə, zaman hər şeyi öz yoluna qoyacaq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ