şənbə günü, 14 noyabr 2026
     

Gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca prioritetdir

Image


İstənilən dövlətin vətəndaşlarının, cəmiyyətin vətənpərvər ruhda tərbiyə olunması, bu ruhda böyüdülməsi bütün zamanlarda aktual məsələlər sırasında olub. Çünki vətənpərvər olmayan, bu ruhu cəmiyyəti, insanları arasında təbliğ etməyən, onu aşılamayan istənilən dövlət məhvə məhkumdur. Əgər dövlət, onun idarəetmə sistemi cəmiyyətdə vətənpərvərliyi təbliğ etmirsə, deməli onun sağlam, gələcəyi idarə edə biləcək gücə malik gəncləri də yoxdur. Sağlam, vətənpərvər ruhda böyüyən gəncləri yoxdursa, deməli ordusu da eyni vəziyyətdə, durumdadır. Azərbaycanda isə bu mənada vəziyyətin ürəkaçan olduğunu deyə bilərik. Günümüzdə istər cəmiyyətin, istərsə də onun əsas hərəkətverici qüvvəsi sayılan gənclərin Vətənə, dövlətə olan sevgisi, bu sevginin ən yüksək formada təzahür edilməsi onu deməyə əsas verir ki, Azərbaycanda vətənpərvərlik duyğuları, hissləri ən yüksək səviyyədə qərarlaşıb. Bunun da başılca səbəblərindən biri qeyd etdiyimiz məqamın, yəni gənclərin vətənpərvər ruhda böyüməsi, tərbiyə edilməsi istiqamətinin başlıca prioritet hesab olunmasıdır. Xüsusilə, dövlət gənclər siyasətində bu istiqamətə ciddi diqqətin yetirilməsidir.

***

Ancaq etiraf etmək lazımdır ki, cəmiyyətimizin, onun əsas hərəkətverici qüvvəsi sayılan gənclərimizin vətənpərvər ruhda tərbiyə alması, bu ruhda böyüməsi heç də asanlıqla başa gəlməyib. Düzdür, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdiyi ilk illərdə, daha dəqiq desək, 1990-1991-ci illərdə ölkədə vətənpərvərlik ən yüksək səviyyədə idi. O zaman Azərbaycanda baş qaldıran Milli Azadlıq Hərəkatının da ön cərgələrində məhz gənclər qərarlaşırdı. Yaxud, 1990-cı il, qanlı Yanvar hadisələri zamanı rus tanklarının, əli silahlı sovet qoşunlarının qarşısına çıxan məhz Azərbaycan gəncliyi idi. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, elə məhz qanlı yanvar hadisəsi Azərbaycan gəncinin, ümumilikdə cəmiyyətinin gözünü bir qədər qırmış oldu, onun vətənpərvər ruhunu öldürdü. Sonrakı illərdə Qarabağ müharibəsinin başlaması, torpaqlarımızın erməni separatçıları tərəfindən işğal edilməsi ölkədə vətənpərvərlik məfhumunu demək olar ki, deqradasiyaya uğratdı. Təsəvvür edin ki, erməni separatçıları asanlıqla, ciddi maneə görmədən bir-bir rayonlarımızı işğal edir, Azərbaycan isə erməni silahlılarının qarşısına çıxarmağa adam tapmırdı. Fərarilik, hərbi xidmətdən yayınma halları elə bir səviyyəyə çatmışdı ki, Azərbaycan Ordusunda xidmət keçməyə qadir yetərli şəxsi heyət toplamaq çətin olurdu. Ancaq bütün bunlar, qeyd etdiyimiz mənfi tendensiya ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər davam etdi. 1993-cü ildə xalqın təkidli tələəbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi gənclərlə iş, onların problemlərinin öyrənilməsi,  gənc nəslə diqqət və qayğının artırılması istiqamətində də əməli və nəticəyə hesablanmış addımlar atdı. Və qısa zamanda ümummilli lider Heydər Əliyevin qeyd edilən istiqamətdə atdığı addımlar özünü doğrultmağa başladı. Ümummilli lider Heydər Əliyevin Gənclər Günü təsis etməsi, bilavasitə gənclərlə işləyən dövlət qurumu yaratması, tez-tez gənclərlə görüşüb, onların qayğıları ilə maraqlanması, ən əsası ümummili liderin gənclərə vətənpərvər ruhda böyüməyi tövsiyə etməsi öz növbəsində bu təbəqədən olan ölkə vətəndaşları arasında bir ruh yüksəkliyi yaradır, gənclərin Vətənə, dövlətə bağlılığını artırırdı. Artıq Azərbaycan gənci Heydər Əliyevin  "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır" kəlamından yola çıxaraq Vətənini, dövlətini qanı ilə, canı ilə müdafiə etməyə hazır idi.

Heydər Əliyev onu da gənclərin diqqətinə çatdırırdı ki, vətənpərvərlik hissinin formalaşdırılması milli mənlik şüurunun inkişaf etdirilməsi ilə birbaşa əlaqədardır. Çünki milli mənlik şüuru milli özünəməxsusluğun bütün əlamətlərini özündə cəmləşdirir. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir şəxs əməli fəaliyyətini də məhz xalqa və Vətənə layiqli xidmət istiqamətində qurmalıdır.  Bu mənada ümummilli lider deyirdi: "Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir".

Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, ümummilli lider gənclərin sözdə deyil, əməldə vətənpərvər olmasını arzu edir, gənc nəslə bunu təlqin edirdi. Eyni zamanda ulu öndər haqlı olaraq bildirirdi ki, vətənpərvərlik yalnız əldə silah oduda xidmət etmək deyil.  Bu mənada Heydər Əliyevin gənclərə ünvanladığı aşağıdakı fikirlər də olduqca qiymətlidir: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".

Ümummilli lider Heydər Əliyevin zamanında gənclərə ünvanladığı vətənpərvərlik mesajları və həmin mesajlardan çıxarılan doğru-dürüst nəticədir ki, bu gün Azərbaycan gənci tam mənada vətənpərvərdir deyə bilərik. Çünki 1993-cü ildən başlanan bu uğurlu və məqsədyönlü yol, bu gün də yeni hədəflərə doğru əzimlə davam etdirilir. Çünki bu yolun davamçısı olan Cənab Prezident İlham Əliyev də vətənpərvərdir və Azərbaycan gəncinə də bu cür olmağı tövsiyə edir. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev gənclərə xitabən demişdir: "Bu gün bizim cəmiyyətimizdə daha çox biliklər hər bir insanın gələcəyini müəyyən edir. Getdikcə, ölkəmiz inkişaf etdikcə bu amil daha da ciddi rol oynayacaqdır. Eyni zamanda, əlbəttə ki, hər bir dövlətin inkişafını vətənpərvər insanlar müəyyən edir. Vətən sevgisi, Vətənə bağlılıq həmişə xalqımıza xas olan xüsusiyyətlərdən biri olmuşdur. Xüsusilə bu gün Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanda aparılan işlər artıq dünya ictimaiyyətinin diqqətini çəkir. Biz iqtisadi sahədə dünya miqyasında ən sürətli inkişafa nail ola bilmişik. Beynəlxalq mövqelərimiz də möhkəmdir. Ona görə ölkəmizlə fəxr etmək üçün kifayət qədər səbəblər vardır. Bunu nəzərə alaraq, bir daha demək istəyirəm ki, gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda böyüməlidirlər, Vətənə sevgi ilə yaşamalıdırlar".

Süleyman İsmayılbəyli

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği" layihəsi çərçivəsində çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ