şənbə günü, 14 noyabr 2026
     

Polkovnik-leytenant formasından niyə imtina etdi...

Image


Ötən saylarımızda son vaxtlar Bakıda keçirilən tədbirlərdə xüsusi uniformalı insanlara rast gəlinməsi ilə bağlı məlumat verməklə yanaşı, həm də həmin formanın hansı qurumlara aid olduğu istiqamətində araşdırma aparmışdıq.

Jurnalist araşdırması ilə bağlı tədbirlərdə həmin uniformada tez-tez görünən şəxslərin özləri ilə əlaqə saxladıq. Onların verdikləri açıqlamanı olduğu kimi yazdıq. Amma çox maraqlı proseslər bundan sonra başladı. Hiss etdik ki,  toxunduğumuz mövzu kimlərisə bərk narahat edib. Bu narahatlığı yazının müəllifi kimi mənə edilən zənglərdə, göndərilən ismarıclarda aydın sezdim. Nəhayət, həftənin qeyri-iş günü olmasına baxmayaraq, birinci yazımızda adı keçən və qeyd etdiyimiz uniformanı geyinən İsmayıl Zalovun adından yayılan bəyanatla tanış olduq. Bir neçə aztirajlı saytda yayılan həmin bəyanatda olduqca sərt notlar vardı, hətta bu mövzuya toxunanlar qeyri-peşəkarlıqda, formanın məxsus olduğu qurumun uğurlarını həzm etməməkdə günahlandırılırdı. Sitat: “...Mənim fəaliyyətim təşkilatda tam hüquqi əsaslarladır. Qanuni şəkildə və əmrlə aldığım rütbəni, geyindiyim uniformanı bəzi qara qüvvələr həzm edə bilmir. Ona görə də bu cür insanlar öz çirkin əməllərini bəzi dırnaqarası saytlarda, qeyri-peşəkar jurnalistlərin vasitəsilə yaymağa çalışırlar. Hüquq və vəzifələrimizlə tanış olmaq istəyən hər bir kəs BMT-nin üzvü İnsan Haqları Komissarlığının Paris departamentinin Mərkəzi Asiya üzrə nümayəndəliyinin Bakıda yerləşən ofisinə baş çəkə və tanış ola bilər. Biz təşkilatımızın adından bir daha bəyan edirik ki, işimizə və büromuzun adına heç bir fakta söykənməyərək ləkə gətirən, qara yaxan şəxslərin qanun çərçivəsində cəzalandırılmasını təmin edəcəyik”.

Yayılan məlumatın ilkin mənbəyi biz olduğumuz üçün, İsmayıl Zalovun adından təqdim olunan bəyantdakı bəzi məqamlara aydınlıq gətirmək istədik. Əvvəla maraqlıdır, niyə uniforma ilə bağlı aparılan araşdırma təşkilatı belə narahat edib? İkincisi, niyə bu istiqamətdə aparılan araşdırmaya təşkilatın Bakıdakı rəhbərliyi səviyyəsində deyil, məhz İsmayıl Zalov səviyyəsində aydınlıq gətirilir, özü də belə sərt tonda?

  • “Mənim iradlarımın “Bakı-Xəbər”ə heç bir aidiyyəti yoxdur”

Bəyanatın müəllifi olan İsmayıl Zalov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onun bizim yazdığımız yazı ilə bağlı heç bir iddiası yoxdur: “Mən uzun müddətdir ki, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirəm. Hansı saytın, qəzetin nə səviyyədə olduğunu da gözəl bilirəm. Mənim sizin yazdığınız yazıya zərrə qədər də olsun iradım yoxdur. “Bakı-Xəbər” kimi qəzeti qeyri-peşəkarlıqda günahlandırmaq üçün gərək mediadan xəbərsiz olasan. Bilirəm ki, sözügedən qəzet çox az sayda olan gündəlik qəzetlərdəndir. Mənim bəyanatımın ünvanı sizin yazını kontekstdən çıxararaq cəmiyyətə fərqli başlıqlarla təqdim edib, ağızlarına gələni yazanlardır. Bəyanatımın “Polisə Dəstək” İctimai Birliyi adından yaradılan “Facebook” səhifəsində paylaşılmasında da qeyri-adi nəsə görmürəm. Çünki mən həmin təşkilatın xarici əlaqələr üzrə sədr müaviniyəm. Sizin yazınızdan sonra mən BMT İnsan Haqları Komissarlığının Paris departamentinin Mərkəzi Asiya üzrə nümayəndəliyində daşıdığım hüquq eksperti vəzifəsindən istefa vermək qərarına gəldim. Mən ora cəmi bir ay əvvəl dəvət almışdım. Hüquqşünas adamam, getdim, nizamnamələri ilə tanış oldum. Gördüm ki, qanuni fəaliyyət göstərirlər. Bundan sonra onların təklifini qəbul etdim. Sonra gördüm ki, uniformalarla bağlı bəzi fikirlər səslənir, yazılar gedir, ona görə də həmin təşkilatda təmsil olunmaq istəmədiyimi bildirdim. Mənə vəsiqə, order və forma vermişdilər, hamısını qaytardım. Səbəbini də belə izah etdim ki, mən söz-söhbət olan yerdə qalmağı xoşlamıram. Hesab edirəm ki, mənim fəaliyyətim təmsil olunduğum “Polisə Dəstək” İctimai Birliyində daha məqsədəuyğundur. Çünki adam iki işin öhdəsindən çətinliklə gəlir”.

İsmayıl Zalov bildirdi ki, bəyanatın onun adından verilməsi heç də bütün nümayəndəliyin məsuliyyətinin onun üzərəndə olması anlamına gəlməməlidir: “Mən özümə aid olan məsələyə münasibət bildirdim. Buyursun, qurumun rəhbərliyi necə istəyir, elə də məsələyə münasibət bildirsin. Mən harda olmağıma baxmayaraq, dövlətçiliyə sadiq adamam. Hər zaman ulu öndər Heydər Əliyevin yolunun davamçısı olan cənab İlham Əliyevin  siyasətini dəstəkləmişəm, bundan sonra da dəstəkləyəcəm. Bu yolda canımdan, qanımdan keçməyə hazıram. Bir daha  deyirəm ki, mənim iradlarımın “Bakı-Xəbər”ə heç bir aidiyyəti yoxdur. Quruma təqdim etdiyim istefa ərizəsinə hələ ki, cavab verilməyib”.

“Bizdə olan məlumata görə, qurumun mərkəzi ofisi olan Fransadan bura məktub göndərilib ki, forma və vəsiqələrin verilməsi dayandırılsın, bu doğrudurmu” sualına isə Zalov cavab vermək istəmədi: “Mən bu barədə nəsə deyə bilmərəm. Çünki səlahiyyətimə aid olmayan məsələdir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ