20/06/2019 05:43
728 x 90

Azərbaycan Turizm və Menecment Universitetində 1918-ci il Göyçay döyüşləri ilə bağlı yeni tədbir keçirildi - FOTO

img

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının Mətbuat Xidmətindən baki-xeber.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə ATMU-da dördüncü tədbir keçirilib.

Tədbir “İctimai Problemlərin Tədqiqi Assosiasiyası”nın həyata keçirdiyi layihə əsasında reallaşıb. Layihə “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan Göyçay döyüşləri (iyun-iyul 1918) ilə bağlı maarifçilik tədbirlərinin təşkili” adlanır. Tədbirdə “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Göyçay döyüşləri (iyun-iyul 1918)” (Bakı, 2017), “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında”(Bakı, 2018) kitabları tədbir iştirakçılarına təqdim olunub. Layihənin rəhbəri t.ü.e.d., professor Məhərrəm Zülfüqarlı mövzu ilə bağlı geniş məruzə edib.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər