20/06/2019 05:49
728 x 90

Səbaildə polis halı pisləşən qadını və körpəsini xilas etdi - FOTO

img

Səbail RPİ-nin Post-Patrul Xidməti  və 9-cu Polis Bölməsinin əməkdaşları ərazidə xidmət apararkən qucağında uşaq olan bir qadının qəfil yılxıldığını görüb yaxınlaşaraq ona ilkin tibbi yardım göstəriblər.

Polis əməkdaşları körpəni qucaqlarına alaraq sakitləşdirib, qadının ailə üzvlərini telefon vasitəsilə bu barədə məlumatlandırıblar.

Təcili həmin əraziyə gələn qadının ailə üzvləri polis əməkdaşlarının köməyilə onu 2 saylı Poliklinikaya çatdırıb.

Zərərçəkmiş və yaxınları polis əməkdaşlarının bu cəfakeşliyinə görə onlara öz minnətdərlıqlarını bildirib.        

Son xəbərlər