25/08/2019 22:51
728 x 90

ADPU-da Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərlə görüş keçirildi

img

“Azərbaycan ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin müvafiq ölkələr üzrə rəhbərləri, o cümlədən Fransanın Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin departament rəhbərinin müavini Bruno Kurval, Litvanın Araşdırma və Ali Təhsilin Monitorinq və Analiz Mərkəzinin direktoru Qedrüs Vilünas, Tvinninq layihəsinin müşaviri Liza Baydanova və Latviyanın Akademik Məlumat Mərkəzinin direktoru Baiba Ramina Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən “Bakı-Xəbər”ə verilən bilgiyə görə, görüşdə ADPU-nun rektoru Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru Eldar Aslanov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fuad Tağızadə iştirak edib.

Qonaqları salamlayan rektor Cəfər Cəfərov universitetdə həyata keçirilən islahatlar, yeniliklər, layihələr haqqında və qarşıda duran vəzifələr barəsində ətraflı məlumat verib.

Görüşdə layihənin ali təhsil müəssisələrinin inkişafında rolu və Avropa təhsil sisteminə inteqrasiya istiqamətində atılan addımlar, eləcə dəqarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Qonaqlar dəvətə görə təşəkkürlərini bildirib, mövcud əlaqələrin genişləndirilməsini dəstəkləyərək, birgə əməkdaşlığın gələcək inkişafına əmin olduqlarını qeyd edib.

Son xəbərlər