şənbə günü, 14 noyabr 2026
     

Orta məktəb təhsili sistemini hədəfə alan qara piarın yeni dalğası - yarımçıq məlumatları kimlər yayır?

Image


Demək olar ki, hər gün olmasa da, günaşırı müxtəlif saytlarda, xüsusən də sosial şəbəkələrdə Azərbaycanın orta ümumtəhsil məktəbləri və məktəblilər baradə heç də ürək açmayan məlumatlar yayılır. Son zamanlara qədər şagirdlərin intihar məsələləri şişirdilmiş formada təqdim edilirdisə, indi də naməlum məktəblilərin intim videolarının mövcud olduğu haqqında xəbərlər sosial şəbəkələri zəbt edib. Səhər-səhər gündəmlə tanış olmaq üçün bəzi saytlara və sosial şəbəkələrə daxil olmaq kifayət edir ki, bu cür xəbərlərlə tanış olasan.

Sosial şəbəkələrdə yayılan məlumata görə, iki yeniyetmə məktəbli qızın intim görüntüləri mövcuddur. Xəbəri yayanların bildirdiyinə görə, guya bu videoda yer alan görüntülər o qədər qeyri-etik, açıq-saçıqdır ki, onu sosial şəbəkələrə qoymayıblar. Video haqqında bəhs edilən məlumatda deyilir ki, naməlum məktəbin naməlum iki qız şagirdi hər gün məktəbin yaxınlığındakı həyətlərdən birinə gəlir və burada intim münasibətdə olurlar (?). Ümumiyyətlə, belə bir hadisənin baş verib-vermədiyi məlum deyil, heç o videonun mövcudluğu da inandırıcı görünmür. Bu, sadəcə olaraq, məktəbləri və məktəbliləri qaralamaq, şantaj etmək, kimlərisə təşviş içində saxlamağa xidmət edir.    

Azərbaycan məktəblərini və məktəblilərini hansı qüvvələr hədəfə alır? Nə üçün son dövrlər orta məktəblər və şagirdlər haqqında xoşagəlməz informasiyalar sosial medianın gündəmindən düşmür?

  • Fatimə Hacıbəyli: “Bəziləri Azərbaycanı istəməyən qara qüvvələrin bizim məktəblərlə və məktəblilərlə bağlı həyata keçirmək istədikləri çirkin işlərə bu yolla dəstək olurlar”

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bizimlə söhbətində bildirdi ki, son dövrlər məktəblərin və məktəblilərin bu və ya digər formada hədəfə alınması olduqca mənfi haldır. Azərbaycanda orta ümumtəhsil sistemini gözdən salmağa cəhd edən qüvvələrin olduğunu istisna etməyən F.Hacıbəyli qeyd etdi ki, bəzən bilərkdən və bilməyərəkdən ayrı-ayrı saytlar, sosial şəbəkə istifadəçiləri də həmin qüvvələrin istəyini həyata keçirirlər. “İki yeniyetmə məktəbli qız haqqında bu cür məlumatın sosial mediada yer almasını normal qəbul etmirəm. Yazırlar ki, adı, ünvanı məlum olmayan məktəbin iki qız şagirdi “intim əlaqəyə” giriblər. Bu cür xəbəri tirajlamaq, sensasiya naminə, oxucu cəlb etmək üçün yalandan istifadə etmək düzgün deyil. Bu, Azərbaycan məktəblərinin və məktəblilərinin gözdən salınmasına, bütövlükdə, orta ümumtəhsil sisteminin şübhə altına alınmasına yönəlik məsələdir. Guya ki, həmin videogörüntü hansısa saytın redaksiyasındadır və onlar bunu qeyri-etik olduğu üçün yaymırlar. Ümumiyyətlə, bəlkə də heç elə bir hadisə baş verməyib və bu barədə ortada video da yoxdur. Sadəcə, bəziləri Azərbaycanı istəməyən qara qüvvələrin bizim məktəblərlə və məktəblilərlə bağlı həyata keçirmək istədikləri çirkin işlərə bu yolla dəstək olurlar. Azərbaycan məktəblisini, yeniyetməsini bu cür təqdim etmək olmaz, bu, ən azından, mənəvi cinayətdir. Hər baş verən hadisəni sensasiyalı xəbərə çevirmək, onu tirajlamaq, yaymaq olmaz”.

F.Hacıbəylinin sözlərinə görə, bu xəbərlərin yayılması düşmən dəyirmanına su tökməyə xidmət edir. Onun dediyinə görə, bu kimi neqativ təqdimatlar Ermənistan mediasında da işıqlandırılır və Azərbaycana qarşı istifadə edilir. “Bu cür informasiyalar yaymaqla biz Azərbaycanı anbaan izləyən xarici qüvvələrin əlinə fürsət veririk. Onlar bizim medianı yaxından izləyirlər. Kim təminat verə bilər ki, xarici qüvvələr bu tip xəbərlərdən ölkəmizə, cəmiyyətimizə qarşı istifadə etməyəcəklər. Ermənistan mətbuatında belə xəbərlər dərc edilir, yayılır və Azərbaycandakı “mövcud vəziyyət” kimi təqdim edilir. Nə bilirik, bəlkə sabah Ermənistan mətbuatı yazacaq ki, Azərbaycanda cinsi azlıqların sayı artır. Bəs onda nə olacaq? Sosial media yaydığı hər bir məlumata, xəbərə ehtiyatla yanaşmalıdır. Ona görə ki, bizimlə bağlı hər bir informasiya kənarda şişirdilir. İki qızın “intim əlaqəyə girməsi” məsələsindən də bizə qarşı istifadə edə bilərlər” - deyə F.Hacıbəyli vurğuladı.

  • Nərgiz Allahverdiyeva: “Çox zaman həqiqəti əks etdirməyən belə xəbərlər məqsədli şəkildə yayılır”

Uşaq və yeniyetmələrlə bağlı bu cür xəbərlərin yayılmasının mənfi hal olduğunu deyən psixoloq Nərgiz Allahverdiyevanın sözlərinə görə də eynicinsli yeniyetmələrin intim videosunun mövcud olmasını gündəmə gətirmək düzgün deyil. “Hesab edirəm ki, bu kimi məlumatlar məqsədli şəkildə yayılır. Bir çox hallarda bu məlumatların əsası olmur. Bu gün sanki bəzi qüvvələr məktəblərlə, məktəblilərlə ciddi psixoloji mübarizə aparırlar. Gah bəzi məktəblilərin məktəbdə, sinif otaqlarında “əxlaqsızlıq etdiyini” yazırlar, gah da onların məktəbdən kənarda bu işlə məşğul olduqlarını deyirlər. Belə halın baş verməsi reallığı əks etdirmir, çünki məktəblərdə mövcud olan şərait, nəzarət qaydaları buna imkan vermir. Ümumiyyətlə, məktəblilərin bu şəkildə təqdim edilməsi mənfi haldır və bu, o xəbərlərlə tanış olan yeniyetmələrin psixikasına mənfi mənada ciddi təsir göstərir. Bilirsiniz, çox zaman həqiqəti əks etdirməyən belə xəbərlər məqsədli şəkildə yayılır və bu, yeniyetmələri bu cür neqativliklərə yönəltməyə xidmət edir” - deyə N.Allahverdiyeva qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ