şənbə günü, 14 noyabr 2026
     

“Unibank”ın dollar kreditli müştəriləri aldatmasına aid daha bir fakt...

Image


Məlum olduğu kimi, ölkədə olan problemli kreditlərin həcmi o qədər şişdi ki, sonra ölkə başçısı məsələyə müdaxilə etməli oldu. Ölkədə baş verən iki devalvasiya hadisəsindən sonra dolların qiyməti az qala iki dəfə qalxdı. Bunun da nəticəsində onsuz da çətin maddi durumda olması səbəbindən kredit götürməyə məcbur olan borclular banka iki dəfə artıq məbləğdə pul ödəməkdə çətinlik çəkdilər. Bunun da nəticəsində sonsuz sayda məhkəmə iddiaları qaldırılmalı oldu.

Prezidentin imzaladığı müvafiq fərmandan sonra əhalinin kredit borcları bağışlandı, onların kursdan artıq ödədikləri məbləğlər kompensasiya şəklində geri qaytarıldı. Kompensasiyaların verilməsindəki şəffaflığı təmin etmək məqsədilə proses tam elektronlaşmış formada həyata keçirildi. Vətəndaş yaradılmış saytda öz adını tapıb, ona nə qədər kompensasiya müəyyən edildiyini öyrənə bilir. Proses çox sadədir, vətəndaşa kompensasiya müəyyən edilibsə, deməli, onunla bank arasındakı bütün mübahisələr həllini tapmış olub. Ancaq bizə edilən şikayətlərdən məlum olur ki, ölkəmizdə fəaliyyət göstərən və “hər kəsin bankı” olduğunu bəyan edən “Unibank” kompensasiyaların ödənişi və problemli kreditlərin nizama salınması ilə bağlı məsələdə vətəndaşları qanunsuz pul tələbləri ilə, sözün əsl mənasında, incidir. Bu da ölkə rəhbərliyinin deyilən sahədəki problemlərin aradan qaldırılması istiqamətində atdığı humanist addımlarla daban-dabana ziddiyyət təşkil edir.

Prosesdən  növbəti şikayəti “Unibank”ın qanunsuzluqları ilə qarşılaşan Yusifov Rasim Firidun oğlu edir. Şikayətçi vətəndaş yazır: “Cənab Prezidentin problemli kreditlərlə baglı sərəncamından sonra mənə 1181 manat kompensasiya hesablanmışdı. Mən cox gözlədim ki, mənə SMS qələcək, amma bu baş vermədi. Nəhayət, özüm müraciət etdim və şok yaşadım. Bankdan mənə bildirildi ki, “Unibank”a borcum var - 913 manat. Fimsa.az saytından götürdüyüm məlumatdan isə açıq görünür ki, vətəndaşa çatan hissə 1181 manatdır, borca yönəldilən hissə - 00, restruktrizasiyaya yönəldilən hissə - 00. Qeyd etmək istəyirəm ki, belə vəziyyətlə üzləşən təkcə mən deyiləm, buna ancaq “Unibank” KB ASC-də rast gəlinir. Cənab Prezidentin sərəncamında bütün dəbbə və faizlərin silinməsi banklara tövsiyə edilmişdi. Amma “Unibank” nəinki faiz silir, hələ özündən mifik faizlər fikirləsib tapır”.

Qeyd edək ki, bənzər situasiya ilə üzləşənlərdən biri də “Bakı-Xəbər” qəzetinin əməkdaşı Samirə Səfərova olub. Bu problemə bir neçə dəfə toxunsaq da, bank qanunsuz tələblərinin yerinə yetirilməsində israrlıdır. Samirə xanımın üzləşdiyi vəziyyətlə bağlı qısaca xatırlatma verək ki, 2013-cü ilin avqustunda əməkdaşımız “Unibank”dan 3 min manat kredit və min manatlıq “Al kart” götürüb. Bir il aylıq ödənişlərini düzənli etdikdən sonra, 2014-cü ilin iyul ayında yenidən həmin banka müraciət edərək daha min manat kredit götürüb, bu krediti isə ona dollarla hesablayacaqlarını bildiriblər, jurnalist dollarla istəmədiyini dedikdə isə bildiriblər ki, pulu ona manatla verəcəklər. Lakin çox keçmədən, ayda bir neçə dəfə ödəniş etmək həm maddi, həm də fiziki cəhətdən çətinlik törətdiyi üçün banka müraciət edərək, kreditlərinin birləşdirilməsini və beləliklə, ayda bir dəfə ödəniş etməsini istəyib. 2014-cü ilin dekabrında onun kreditlərini birləşdirərək ümumi məbləğin 5 min dollar etdiyini deyiblər (manatla bu məbləğ 3900 manat idi – red.). Bildiriblər ki, hazırda bank manatla kredit vermədiyindən (!), onun da borcunu dollarla sənədləşdiriblər. Əməkdaşımız buna etiraz etdikdə isə deyiblər ki, bunun sizə dəxli yoxdur, siz ödənişlərinizi dollar ekvivalentində manatla edəcəksiniz. Lakin iki ay keçmədən, məsələnin xanım jurnalistə dəxli olub, özü də birbaşa anlamda. Belə ki, 2015-i ilin fevralında devalvasiya baş verib və bankdan əməkdaşımıza zəng vurub deyiblər ki, bundan sonra aylıq ödənişləriniz 160 deyil, 192 manat təşkil edir. Əməkdaşımız banka gedərək buna etiraz edib, bildirib ki, bankdan kreditləri manatla götürüb və onların həmin məbləği dollara çevirməsinə də etiraz edib, lakin onu arxayın ediblər ki, heç bir şey baş verən deyil, o üzdən də ona hansısa şəkildə güzəşt tanınmalıdır. Lakin bankın heç bir yetkilisi onu qəbul etmək istəməyib, sıravi işçilər isə bunun onların səlahiyyətində olmadığını bildiriblər. Əlacsız qalan əməkdaşımız aylıq ödənişlərini əvvəlki qaydada - 160 manatdan ödəməkdə davam edib. Lakin 3 ay belə davam etdikdən sonra bank, ayda 160 manat ödəniş etməsinə və bunu heç bir halda yubandırmamasına rəğmən, onu məhkəməyə verib. Üstəlik, Səbail məhkəməsi də vətəndaşın mənafeyinə etinasızlıq göstərərək bankın xeyrinə addım atıb və aylıq maaşının 50 faizinin (!) bankın xeyrinə tutulması barədə qərar çıxarıb. Ədalət mühakiməsindən əli üzülən S.Səfərova 2018-ci ilin avqustuna kimi ödənişlərini ayda 100 manat olmaqla bu şəkildə edib. Ötən ilin avqustunda isə bankın əməkdaşları yenidən jurnalistə hər gün zəng etməyə başlayıblar. Gündə bir neçə dəfə əməkdaşımıza telefon açan “Unibank” işçiləri onu hər vəchlə inandırmağa çalışıblar ki, gəlib borcunu yenidən hesablatsa, onun üzərindən məhkəmə qətnaməsi götürüləcək. Hətta deyiblər ki, bunu edərsinizsə, sizə yenidən kredit verməyə də hazırıq. Əməkdaşımız bir neçə gün bu zənglərə əhəmiyyət verməyib, bildirib ki, ona heç nə lazım deyil və borcunu eyni şəkildə ödəməkdə davam edəcək. Lakin israrlı zənglər öz işini görüb. Sentyabrın 13-də əməkdaşımız bankın Nərimanov rayonundakı filialına gedib və ona bildiriblər ki, sizə ən aşağı faiz tətbiq olunacaq, cəmi 15 faiz. Məhz bundan sonra məsələnin mahiyyəti əməkdaşımıza aydın olub – sən demə, məhkəmə qərarı qüvvədə olduğu müddətdə bank özünün soyğunçu faiz siyasətindən məhrum qalıbmış! Lakin bu da son deyil. Əməkdaşımız sənədləri imzalayıb qalxarkən digər bank işçisinin qarşısındakı müştəriyə borcunu 7 faizlə (!) hesabladığını dediyini eşidib, lakin “bəs onda mənə niyə 15 faiz” sualı havadan asılı qalıb. Beləliklə, yeni qrafikə əsasən əməkdaşımız ötən ilin sentyabrından ayda 120 manat ödəniş etməyə başlayıb. Bu, Prezidentin problemli kreditlərlə bağlı məlum fərmanı çıxanadək davam edib və o, Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında adının çıxmasını gözləyib. Bank isə bu müddətdə də ondan ödəniş tələb etməyə davam edib. Samirə xanım deyir ki, Palatanın saytında adının çıxması və ona 3451 manat kompensasiya hesablanması sanki çiyinlərindən ağır bir yükü qaldırıb. Təbii, bu iki aylıq müddətdə bankın onun özünə, ailə üzvlərinə, iş yerinə, hətta baş redaktoruna zəngləri ara verməyib. Mayın 15-də telefonuna bankdan gələn SMS isə onu çaşdırıb, çünki burada Palatanın təyin etdiyi 3451 manat kompensasiya məbləği 297 manat azaldılaraq 3154 manat olmuşdu. Bank bunu mart-aprel ayları üçün ödənişlərin olunmaması və gecikmə ilə bağlı əlavə faiz hesablanması ilə izah edib, halbuki, Palatanın əməkdaşımızla bağlı açıqladığı cədvəldə “qalıq borc” qrafasında “0” yazılıb, yəni bu illər ərzində əməkdaşımızın ödədiyi pullar bankın borcunu nəinki tamamilə qapatmağa, hətta artıq ödənilən 3451 manat vəsaitin onun özünə kompensasiya şəklində qaytarılmasına yetərli olub. O halda, yəqin razılaşarsınız ki, “Unibank”ın hər cür fırıldağa əl ataraq insanları özünə borclu çıxarmağa çalışması heç cür anlaşılmır. Bütün bu qanunsuzluqlarla yanaşı onu da bildirməliyik ki, “Unibank” bu müddət ərzində əməkdaşımıza qarşı düz dörd qanunsuz hərəkətə yol verib. Birincisi, onun manatla götürdüyü krediti cəmi ilyarım sonra dollara çevirməklə, ikincisi, MBNP-nin ona kompensasiya şəklində hesabladığı məbləğdən qanunsuz olaraq 297 manat çıxmaqla, üçüncüsü, Prezidentin bərpa etdiyi ədalət sayəsində kompensasiya ödənişindən sonra da daha bir il bir ayda 120 manat ödəniş tələb etməklə, dördüncüsü, müştəri ilə problemə görə onun yaxınlarını və iş yoldaşlarını vaxt-bivaxt narahat etməklə. Biz bu məsələni ictimailəşdirəndən sonra Samirə xanım “Unibank”ın məsul şəxsləri tərəfindən banka dəvət olunub. Aparılan araşdırmalardan məlum olub ki, sən demə, bankın etdiyi ən böyük qanunsuzluqdan bizim xəbərimiz yox imiş. Məlum olub ki, bankın təkidlə Samirə xanımı 2018-ci ildə ora çağırıb dollarla olan borcu manata çevirmək kimi  təklifinin arxasında məkrli niyyət gizlənibmiş. İndi bank rəsmiləri özlərini təmizə çıxarmaq üçün izah edirlər ki, sən demə, həmin vaxt aparılan əməliyyatda Samirə xanımın adına yeni kredit müqaviləsi rəsmiləşdirilib. Yəni Samirə xanıma olunan güzəşt, verilən kompensasiya köhnə kreditə aiddir, 2018-ci ildə bağlanan müqaviləyə əsasən isə Samirə xanım banka kreditin faizni ödəməkdə davam etməlidir. Deməli, “Unibank” bilərəkdən vətəndaşı 2018-ci ildə tələyə salıb ki, bu gün Prezident fərmanının ətrafında rahat manevr edib, əhalinin təkrarən cibinə girə bilsin. Artıq görünür ki, bu aqibəti yaşayan çoxlu sayda vətəndaşımız var. “Unibank” niyə belə edir? Olmaya ölkədə yeni kütləvi narazılar ordusu formalaşdırmaq istəyir? Söhbət etdiyimiz bütün ekspertlər bildirirlər ki, bir kredit müqaviləsi üzrə vətəndaşa kompensasiya müəyyən edilibsə, bank ondan əlavə faiz tələb edə bilməz. Ekspertlərin sözlərinə görə, bu cür halları araşdırdıqda məlum olur ki, banklar vətəndaşı aldadaraq onunla yeni müqavilə bağlayıb ki, bu da bankdan yeni götürülmüş kredit anlamına gəlir. Bundan xilas olmaq üçün isə ekspertlər məsələni hüquq müstəvisində həll etməyi tövsiyə edir. Yəni məhkəməyə müraciət edilməlidir.

Məhəmmədəli QƏRİBLİ

P.S. Məqalədə əksini tapan məsələyə “Unibank”ın mövqeyinə dair istənilən həcmdə materialı dərc etməyə hazırıq.    



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ