Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər “Tarqovı”ya yerli sakinlərin buraxılmayacağı ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Baki-xeber.com xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov “Qafqazinfo”ya açıqlamasında, bu barədə mətbuatda verilən məlumatların həqiqətə uyğun olmadığını və hər hansı məhdudiyyət tətbiq edilmədiyini deyib:
"Belə məlumatlar təxribat xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyundur. Onu hamı sevir və hər hansı məhdudiyyət yol verilməzdir, əksinə həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcəkdir" – İ.Kərimov deyib.