şənbə günü, 14 noyabr 2026
     

Şöhrətli peşəkarlar İncəsənət Universitetində qabiliyyət imtahanları götürənlərdən möhkəm narazılıq etdilər…

Image


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) abituriyentlər üçün xüsusi qabiliyyət imtahanları keçirilir. Abituriyentlər test imtahanları verməmişdən əvvəl ADMİU-da təşkil edilən qabiliyyət imtahanlarında iştirak edirlər. Onların aktyorluq, rejissorluq qabiliyyətləri incəsənət xadimləri tərəfindən qiymətləndirilir.

ADMİU-nun müvafiq fakültələrinin tələbələri olmaq istəyən abituriyentlərdən qabiliyyət imtahanlarını kimlər götürür?

Məlumatlara görə, qabiliyyət imtahanlarına Azərbaycanın görkəmli kino və teatr xadimləri, aktyorlar, rejissorlar cəlb edilmirlər. Bunu dolayısı ilə Xalq artisti, “Şöhrət” ordenli görkəmli aktyor Rasim Balayev də mətbuata verdiyi açıqlamada təsdiqləyib. R.Balayev qabiliyyət imtahanları ilə bağlı iradlarını bildirərkən deyib ki, artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qəbul imtahanlarında iştiraka dəvət almır. R.Balayev gələcək aktyorların seçim sistemindən narazıdır. Aktyor hesab edir ki, Azərbaycan teatrı və kinosunda artıq uzun müddətdir sakitlik hökm sürür. O bunun səbəbini gələcək aktyorların seçiminin düzgün aparılmaması ilə izah edib. R.Balayevin sözlərinə görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, Bakı Rəssamlıq Akademiyasına, Milli Konservatoriyaya daxil olan insanlar digər imtahanları da verməlidir və insanların istedadını nəzərə almaq lazımdır: “Bir dəfə məni Mədəniyyət və İncəsənət Universitetinin qəbul imtahanında iştiraka dəvət etdilər. Mən bir neçə iradımı bildirdim və görünür, bu, kiminsə xoşuna gəlməyib. Bundan sonra daha məni çağırmadılar. Onda mən digər mədəniyyət xadimləri ilə birlikdə həqiqi aktyorluq istedadı olan beş gənci seçmişdim. Lakin sonra bildim ki, onlar test imtahanları zamanı lazımi balı toplamadıqlarına görə universitetə daxil ola bilməyiblər. Qız və oğlanların əksəriyyəti aktyorluq istedadı olmaya-olmaya Mədəniyyət və İncəsənət Universitetinə daxil olurlar. Çünki oranın balları yüksək deyil. Hər bir insan peşə seçərkən öz qabiliyyətinin bu və ya digər ixtisasa uyğun gəlib-gəlmədiyini nəzərə almalıdır”.

R.Balayevin iradlarının haqlı olduğunu deyən bəzi rejissor və aktyorlar hesab edirlər ki, qabiliyyət imtahanlarının götürülməsində görkəmli kino və teatr xadimlərinin iştirakı təmin edilməlidir. Ümumiyyətlə, çox zaman qabiliyyət imtahanlarında ADMİU-nun orta səviyyəli sənət sahibi olan müəllimlərinin iştirak etdiyini bildirən mütəxəssislər hesab edirlər ki, bu, kinoya və teatra istedadı olmayan gənclərin gəlməsinə səbəb ola bilər.  

  • Gülşən Kəngərli: “Abituriyentlərdən qabiliyyət imtahanlarını bizim universitetin öz müəllimləri götürür”

ADMİU-nun prorektoru Gülşən Kəngərli isə “Bakı-Xəbər”ə bildirdi ki, bu ali məktəbdə keçirilən qabiliyyət imtahanlarına kənardan mütəxəssis dəvət edilmir. “Abituriyentlərdən qabiliyyət imtahanlarını bizim universitetin öz müəllimləri götürür, biz bu işə kənardan aktyor, rejissor cəlb etmirik” - deyə o qeyd etdi.

  • Elçin Cəfərov: “Qəbul imtahanlarında iştirak edən şəxslərin adları məxfi məlumatdır”

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov isə bizimlə söhbətində bildirdi ki, qəbul imtahanlarında iştirak edən şəxslərin adları ictimaiyyət üçün açıqlanmır: “Qəbul imtahanlarında iştirak edən şəxslərin adları məxfi məlumatdır və bu barədə informasiya verə bilmərik”.

  • Zülfiyyə Eldarqızı: “Mən bu universitetdə işlədiyim dövrdə qəbul imtahanlarına əsasən universitetin öz müəllimləri düşürdü”

ADMİU-nun sabiq müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı isə “Bakı-Xəbər”ə Xalq artistinin iradı ilə bağlı bildirdi ki, ADMİU-da abituriyentlərdən qabiliyyət imtahanlarını təsadüfi adamlar götürmür. O qeyd etdi ki, onun bu ali məktəbdə çalışdığı illərdə abituriyentlərdən respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri qabiliyyət imtahanları götürüblər. Qəbul prosedurlarının ilbəil dəyişdiyini deyən Z.Eldarqızının sözlərinə görə, bu imtahanları əsasən ADMİU-nun müəllimləri götürüb: “Mən bu universitetdə işlədiyim dövrdə qəbul imtahanlarına əsasən universitetin öz müəllimləri düşürdü. Bu ali məktəbdə görkəmli sənət adamları, əməkdar və xalq artistləri dərs deyir. Mən özüm də qəbul imtahanlarına düşmüşəm. Ali məktəbin rəhbərliyi dəyişdikdən sonra, bildiyim qədər, qəbul imtahanlarını götürən mütəxəssisləri kənardan cəlb edirlər. Kənardan gətirilən mütəxəssislər də mədəniyyət və incəsənətimizin görkəmli simalarıdır. Onlardan xalq artistləri Şəfiqə Məmmədovanın, Cənnət Səlimovanın, Bəhram Osmanovun və başqalarının adlarını çəkə bilərəm. Ola bilsin, görkəmli sənətkarımız Rasim Balayev qəbul imtahanlarına düşməyib. Ümid edirəm ki, Rasim Balayevin də imtahanda iştirakı təmin edilər.  Hansısa bir tanınmış sənətkar orada iştirak etmirsə, bu o demək deyil ki, abituriyentlərdən imtahan götürənlər zəif sənətkarlardır. Əlbəttə, görkəmli aktyorumuz Rasim Balayevin gələcək aktyor və aktisaların seçimində iştirakı bizə müsbət mənada çox şey qazandırar” - deyə Z.Eldarqızı bildirdi.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ