18/09/2019 05:46
728 x 90

Baş Prokurorluğun keçirdiyi beynəlxalq seminar başa çatdı - FOTO

img

Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə keçirilən Ədalət mühakimə sistemində insan haqları ilə bağlı qarşıda duran məsələlər mövzusunda beynəlxalq seminar öz işini yekunlaşdırıb.

Tədbir çərçivəsində ekspertlər Avropa İnsan Hüquqları Konvensiyası kontekstində azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqları, informasiya sahəsində insan hüquq və azadlıqlarının təmin olunması barədə iştirakçılara geniş məlumat verib. Eləcə də digər əlaqədar mövzularla bağlı ortaya çıxan problemlər və onların həlli yolları, Avropa İnsan Hüquqları Məhkəməsinin həmin məsələlərə yanaşması, prioriterləri və yeni istiqamətləri ətraflı müzakirə edilib.

Seminarda təqdimat və praktiki məsələlər, habelə iştirakçıları maraqlandıran digər mövzularla bağlı suallar beynəlxalq ekspertlər tərəfindən cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

Seminar iştirakçıları tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirib.

Baki-xeber.com

Son xəbərlər