17/08/2019 15:36
728 x 90

İctimai Problemlərin Tədqiqi Assosiasiyası Turizm və Menecment Universitetində daha iki “qəhrəmanlıq seminarı” keçirdi - FOTO

img

İctimai Problemlərin Tədqiqi Assosiasiyası (İPTA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə silisilə tədbirləri davam etdirir.

Assosiasiya Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan Göyçay döyüşləri (iyun-iyul 1918) ilə bağlı Azərbaycan Turizm və Menecment Universitetində daha iki seminar keçirib. İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı tədbir iştitakçıları qarşısında çıxış edərək mövzu ilə bağlı müəllifi olduğu “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi-Göyçay döyüşləri (iyun-iyul 1918)” (Bakı 2017), “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında”(Bakı 2018) kitabları ilə tədbir iştirakşılarının tanış edib. Daha sonra o, mövzu ilə bağlı geniş məruzə edib.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr edilib, iştirakşıları maraqlandıran suallar cavablandırılıb.Tədbirdə, tələbələrlə yanaşı,  “Biznes idarəşiliyi” fakültəsinin əməkdaşları da iştirak edib.

İPTA-nın Mətbuat Xidməti Azərbaycan Turizm və Menecment Universitetində tədbirlərin növbəti həftə davam etdiriləcəyini bildirib.

Baki-xeber.com

Son xəbərlər