18/09/2019 22:34
728 x 90

Su obyektlərinin çirklənməsi və zibillənməsi hallarına qarşı polis və ekoloqların birgə reydi... - FOTO

img

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Bakı şəhər ərazisində su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, növbəti belə tədbir mayın 16-da paytaxtın Binəqədi rayonu ərazisində keçirilib. Reyd zamanı çirkab suları ətrafa axıtdığına görə Xocəsən qəsəbə sakini Azər Bağırov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması), texniki suları kənara təyinatsız axıtdığına görə isə Xocəsən qəsəbə sakini Elmxan İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 262-ci (Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması)  maddələri ilə protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Son xəbərlər