şənbə günü, 14 noyabr 2026
     

“Unibank” Prezidentin Fərmanı əsasında kompensasiya almış jurnalistdən hələ də aylıq ödəniş tələb edir

Image


Hər kəsin bankı olduğunu iddia edən "Unibank" dollar kreditlərinə görə kompensasiya almalı olan vətəndaşları incitməkdə davam edir.

Dünən sosial şəbəkələrdə əməkdaşımızdan əlavə daha üç jurnalistin bu barədə şikayətləndiyinin şahidi olduq. Həmkarlarımız Samirə Səfərova, İlkin Muradov,  Aytən Məmmədova, Gülcahan Mirməmməd prosesdən narazılıq ifadə ediblər. Jurnalistlərin yazdıqlarından məlum olur ki, “Unibank”ın kompensasiya ödənilməsilə bağlı apardığı prosesin yalnız bir istiqaməti deyil, bütün təşkilati işlərində problemlər yaşanır. Biz ictimai rəyə təsir imkanları olan həmkarlarımızın narazılığını görüb, ictimailəşdirə bilirik. Amma bu o demək deyil ki, sözügedən bankdan olan şikayətlər bununla bitir. İndi görün nə qədər sayda narazı vətəndaşlarımız var ki, onlar öz səslərini heç yerə çatdıra bilmir. Jurnalistlərin kompensasiyaların ödənilməsinin həyata keçirilməsi ilə bağlı prosesdən etdiyi narazılığa diqqət edək. Həmkarımız Samirə Səfərova yazır ki, “Unibank” ona son  haqsızlığını da etmiş olub: “Açıqlanan kompensasiya məbləğindən karta düz 297 manat az məbləğ yüklənib. Qəribədir ki, bank hələ də məndən ödəniş tələb etməyi dayandırmayıb. Hər gün zəng edib pul ödənişi istəyir”.

Digər jurnalist İlkin Muradov isə şikayətini belə ifadə edib: “Dollar kreditlərinə görə kompensasiya ödənişində ən biabırçı vəziyyəti “Unibank” yaratdı. Bildiyim qədəri ilə müştəriyə ən gec mesajı bu bank göndərib. Kompensasiya ödənişini ən gec edən banklardan biridir. Dünən atama da mesaj gəlib, bankın "Dərnəgül" filialına çağırıblar. Səhər 9:40-da atamı bankda düşürdüm. Növbə götürəndə 207-ci adam idi. Saat 12:50-də növbə çatıb. Həmin ərəfədə artıq 500-cü adam da növbədə olub. Biabırçılıq yaradıblar. Təsəvvür edin ki, Sumqayıtdan, Bakı kəndlərindən də hamını bu filiala yığıblar, özü də bir günə. Mesaj göndərib hamını bir gündə çağırıblar. Bütün bunlar azmış kimi, bankdan təqdim edilən kartda pul yoxdu, pulun karta köçəcəyi gün də bəlli deyil”.

Digər xanım jurnalist Aytən Məmmədova isə şikayətini belə dilə gətirib:”Unibank"a krediti gecikdirən kimi hər gün bezdirirdilər, nəslimdə o adam qalmırdı ki, zəng eləyib deməsinlər (bu, bank sirrinin pozulmasıdır, o da ayrı məsələ). Mənə çatası kompensasiyaya görə isə hələ də zəng eləməyiblər. “Bank of Baku"dan isə aprelin təxminən 20-si olardı, zəng eləmişdilər, dedilər, ayın axırına qədər zəng eləyəcəyik, nömrəni açıq saxlayın, bu biri ayın ortasıdı, xəbər yoxdu. İndi “Bank of Baku”-dan 101 manat, “Unibank”-dan da təxminən 511 manat kompensasiya alacağım var”.

Daha bir jurnalist Gülcahan Mirməmməd ona kompensasiya qismində təyin olunan məbləğin azlığından şikayətçidir. Sosial şəbəkədə xanım jurnalist yazır:”Kompensasiyaların heç birini tam məbləğdə vermirlər! “Unibank”a 418 manat artıq ödəmişdik, 248 verdilər”.

  • Elşən Allahverdiyev: “Heç bir bank əsaslandırılmamış şəkildə vətəndaşa təyin edilən kompensasiyanın məbləğini azalda bilməz”

Göründüyü kimi, edilən şikayətlərdə diqqət çəkən ən vacib məqamlardan biri bankın vətəndaşa açıqlanan məbləğdən az vəsait ödəməsidir. Bütün bu suallara aydınlıq gətirmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ola bilsin, kiçik anlaşılmazlıq yaranıb: “Heç bir bank əsaslandırılmamış şəkildə vətəndaşa təyin edilən kompensasiyanın məbləğini azalda bilməz. Vətəndaş portaldan bu məlumatları ala bilər. Orda qeyd olunur ki, vətəndaşın özünə nə qədər veriləcək, yönəldilmələr nə qədərdi. Sadə dillə izah edək. Məsələn, vətəndaşa 400 manat kompensaiya verilməlidir. Orda mütləq  qeyd edilir ki, güzəştə yönəldilən məbləğdən 50, 100 manat hara tutulur. Tutulan pulun səbəbi mütləq mənada göstərilməlidir. Əgər portalda heç nə qeyd edilmirsə, onda vəsait plastik karta tam köçürülməlidir. Kompensasiyanın məbləği 500 manata qədərdisə nağd verilir. Ondan yuxarıdırsa karta köçürülür. Məbləğdən yönəltmə müxtəlif profilli ola bilər. Məsələn, 10 gündən artıq ödənişin keçikməsinə görə yazılan faizlər tutula bilər. Vaxtilə bankın etdiyi güzəşt nəzərə alınıb ordan vəsait götürülə bilər. İstənilən halda, bankın borcudur ki, bunu əsaslandırsın. Ancaq bu məlumatları yalnız şəxsin özü əldə edə bilər”.

  • Sülhiyə Şirinova: “Mən kiminsə şəxsi bank məlumatlarını sizə verə bilmərəm”

“Unibank”ın mətbuat xidmətinin rəhbəri Sülhiyə Şirinova isə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu tip sualları onlar yalnız rəsmi sorğu əsasında cavablandıra bilər: “Hər bir müştəri ilə bağlı fərqli vəziyyət yarana bilər. Biz bütün müştərilərlə bağlı məlumatı bilməyə bilərik. Bu səbəbdən də bizə rəsmi sorğu göndərilməlidir. Biz yalnız bir telefon zəngi ilə Samirə xanımın məlumatlarını sizə açıqlaya bilmərik. Bu konfidensial məsələdir. Bunu ümumi mövzu olaraq işləmək istəyirsinizsə, bizə rəsmi sorğu ilə müraciət edilməlidir. Bu müştəri sirridir. Sizə xoş olar ki, məlumatlarınız icazəniz olmadan kiməsə verilsin? Bu həm etik deyil, həm də qanunvericilik buna imkan vermir. Bir daha qeyd edirəm ki, mən kiminsə şəxsi bank məlumatlarını sizə verə bilmərəm”.

Yuxarıda təqdim etdiyimiz şəkillərdən birində Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında əməkdaşımız Samirə Səfərovaya kompensasiya şəklində hesablanmış məbləğ təqdim olunur. Digər fotoda isə “Unibank”dan xanım əməkdaşın telefonuna gələn SMS-i görürsünüz və şəkillərdən də göründüyü kimi, göstərilən məbləğlər arasında tam 297 manatlıq fərq var. Üstəlik, bankın əməkdaşları bugünə qədər zəng edərək, gələn ilin sentyabrına kimi ondan aylıq 120 manat ödəməyi tələb edirlər. Bu özbaşınalıq heç cür anlaşılmır.

Jurnalist Samirə Səfərova bizimlə söhbətində bildirdi ki, maraqlı situasiya ilə qarşılaşıb. Palatanın saytında ona 3451 manat konpensasiya müəyyən edildiyi halda, onun kartına cəmi 3154 manat köçürülüb. Bu azmış kimi, hər gün "Unibank"dan onun telefonuna mesaj göndərilir ki, aylıq 120 manat ödəsin. Özü də nə az, nə çox, düz gələn ilin sentyabr ayına kimi. Qəribə paradoks yaranır. Bir tərəfdən vətəndaş borcunu tam ödədiyi üçün artıq qalan hissəni dövlət ona kompensasiya şəklində qaytarır, digər tərəfdən isə bank əlavə ödəniş tələbini davam etdirir. Bunu necə izah etmək olar?

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, bankın bu vəziyyətdə əlavə ödəniş tələb etməsi qanunsuzdur: "Çünki kompensasiya müəyyən edilir və həmin məbləğ yönəldilir vətəndaşın borcuna. Borcdan artıq qalırsa vətəndaşın hesabına pul köçürülür. İndiki halda vətəndaş bağışlanılan borcundan da əlavə pul alıbsa, ondan heç bir əlavə ödəniş tələb edilə bilməz. Sadə dildə izah edim. Vətəndaşa pul verilibsə, deməli onun borcu yoxdur. Heç bir halda ondan tələb olunan hissəni ödəməməlidir. Bu birmənalıdır! Yaxşı olar ki, bir daha banka yaxınlaşsın və bu anlaşılmazlığa aydınlıq gətirsin. Əgər ödəniş eyni kreditə görə tələb edilirsə, bank burda böyük qanunsuzluq edir".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ