şənbə günü, 14 noyabr 2026
     

Gündəmdə qadınların “ACE”dən zəhərlənmələri...

Image


Qadınlar evdə təmizliyə nail olmaq üçün müxtəlif kimyəvi-təmizləyici vasitələrdən istifadə edirlər. Xüsusən də mətbəxin, ayaqyolu və vanna otağının təmizlənməsində qadınların köməyinə bu cür vasitələr çatır. Evində təmizliyə nail olmaq istəyi bəzi hallarda qadınların zəhərlənməsinə səbəb olur. Hətta təəssüf ki, bu vasitələrdən zəhərlənərək həyatını itirən qadınlara da rast gəlmək olur.

Məlum olduğu kimi, bu günlərdə Qobustan rayonunda evində təmizlik işləri görən qadının kimyəvi zəhərlənmədən həyatını itirdiyi bildirilir.

Qeyd edilənə görə, Qobustan rayonu, Təklə Mirzəbaba kənd sakini, 1986-cı il təvəllüdlü Səbinə Musayeva kimyəvi zəhərlənmə diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına daxil olub və orada vəfat edib. İlkin araşdırma zamanı müəyyən edilib ki, S.Musayeva mayın 13-də yaşadığı evdə “ACE” kimyəvi-təmizləyici maddədən istifadə edərək evin mətbəxini təmizlədikdən sonra özünü narahat hiss edib və axşam saatlarında xəstəxanaya yerləşdirilib. Mayın 14-də səhərə yaxın, saat 04 radələrində isə dünyasını dəyişib. S.Musayevanın ölümünün müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib, Rayon Prokurorluğunda araşdırma aparılır.

Onu da vurğulayaq ki, həm “Net”, həm “ACE”, həm “Domestes” kimi kimyəvi-təmizləyici vasitələrdən istifadə edən qadınların bir çoxu bundan sonra baş ağrıları, ürəkbulanması, gözlərinin qıcıqlanması, boğulma kimi hallardan şikayətlənirlər.

Mütəxəssislər bildirirlər ki, qadınlar bu vasitələrdən təmizlik üçün istifadə edərkən qapı və pəncərələri açıq saxlamalıdırlar. Çox zaman bu vasitələrdən qapalı şəraitdə istifadə edildiyini deyən mütəxəssislərin sözlərinə görə, sözügedən vasitələrin tərkibindəki xüsusi zəhərli maddələr qadınların səhhətinə ciddi təsir edir və bu onların zəhərlənməsi ilə müşayiət olunur.

Kimyəvi-təmizləyici məhlul olan “ACE”nin tərkibində hansı maddələr ola bilər ki, o maddələr qadının ölümünə səbəb olub? 

  • Rasif Bağırov: “Tənəffüs vasitəsilə daxil olan kimyəvi-təmizləyici maddələrin mənfi təsiri daha güclü olur”

Tanınmış həkim Rasif Bağırovun sözlərinə görə, ümumiyyətlə, bu kimi təmizləyici vasitələrdən istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Müsahibimizin dediyinə görə, bütün kimyəvi-təmizləyici vasitələrin tərkibində ağır və zəhərli maddələr olur və həmin maddələr də immun sistemi zəif olan insanlara mənfi təsir göstərir. Bu vasitələrdən zəhərlənmə hallarının əsasən tənəffüs yolu ilə baş verdiyini bildirən ekspert onu da əlavə etdi ki, bunun öldürücü təsiri o zaman olur ki, həmin insanın başqa bir xəstəliyi də olsun. “Kimyəvi-təmizləyici vasitələrin tərkibi çox müxtəlifdir. Onların tərkibinə bəzi hallarda qələvi maddələr, normadan artıq turşu məhlulları əlavə edirlər. Bu da ona görədir ki, təmizlənməyə ehtiyacı olan nayihələri yandırıb parçalasın və təmizlik effekti yaratsın. “ACE” və digər kimyəvi-təmizləyici vasitələrin tərkibində qələvi və turşu məhlulların miqdarı çoxluq təşkil edir, bu da normadan artıq miqdarda orqanizmə daxil olduqda problemlər yaradır. Əgər belə adamların bədəninin müqaviməti yaxşıdırsa, immun sistemi güclüdürsə, həkimlər o şəxsə kömək edə və həyata qaytara bilir. Belə vasitələr ya tənəffüs, ya da qida vasitəsilə orqanizmə daxil olur. Bu, qida vasitəsilə daxil olduqda xəstəyə elə də ciddi təsir göstərmir və həkim müdaxiləsi sayəsində bu, aradan qaldırılır. Ancaq tənəffüs vasitəsilə daxil olan kimyəvi-təmizləyici maddələrin mənfi təsiri daha güclü olur. Çünki tənəffüs vasitəsilə daxil olanda o bilavasitə qana keçir və yüksək konsentrasiya əldə etmək qabiliyyəti yüksək olur. Bu da xəstənin orqanizmində müqavimət zəifdirsə, immun sistem gücsüzdürsə, onun həyatını itirməsinə səbəb olur. Konkret olaraq Qobustan rayonunda “ACE”dən zəhərləndiyi üçün həyatını itirən qadına gəlincə, deyə bilərəm ki, o bu vasitəni tənəffüs yolu ilə qəbul edib. Ola bilsin, tənəffüs yollarında hansısa bir xəstəlik olduguna görə bu onun vəfatı ilə nəticələnib. Həmin xəstəlik də qıcıqlandırıcı vasitələr yolu ilə güclü şəkildə reaksiya verir. Yəni proseslər yığılır və xəstənin ölüm vəziyyətinə gətirir. Açığını deyim ki, bu xəstənin məhz “ACE”dən zəhərlənib bu vəziyyətə düşməsini nisbi qəbul edirəm. Çünki, birincisi, “ACE”dən həyatını itirdiyi deyilən qadının bütün xəstəlikləri araşdırılmalıdır. Bəlkə onun orqanizmində elə xəstəlik olub ki, ora daxil olan maddə də onunla qarşılıqlı şəkildə xəstənin vəziyyətini ağırlaşdırıb”.

R.Bağırov qeyd etdi ki, qırtlaq nahiyəsində “boz əzələ” deyilən bir əzələ var, həmin kimyəvi maddələr vasitəsilə bu əzələdə qıcıqlanma yaranır, bu da kəskin şəkildə sıxılma verir və xəstəni boğub öldürür. “Bu hamıda olmur. Ancaq bəzi adamlarda bu baş verir və o, həyatını itirir” - deyə müsahibimiz bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ