25/05/2019 14:02
728 x 90

Ceyranbatan anbarında kütləvi balıq tələfatı – Bakı əhalisi üçün təhlükə varmı…

Ekologiya və Təbii Sərvətlər Nazirliyi - Mehman Axundov: “Kanalda suyun həcmi azalıb, bu da suda həll olunmuş oksigenin miqdarının azalmasına və beləliklə balıqların tələf olmasına səbəb olub”

img

Sosial şəbəkələrdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən su kanalında balıqların kütləvi tələfatının qeydə alınması haqqında məlumat yayılıb.

Adıçəkilən su kanalında balıqların kütləvi şəkildə tələf olmasının səbəblərini öyrənmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət etdik. Nazirliyin Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentinin direktor əvəzi Mehman Axundov bildirdi ki, su kanalında balıqların kütləvi tələf olmasının müəyyən səbəbləri var: “Kanalda suyun həcmi azalıb, bu da suda həll olunmuş oksigenin miqdarının azalmasına və beləliklə balıqların tələf olmasına səbəb olub. Xüsusilə qeyd etmək lazımdır ki, yaz-yay aylarında balıqların kütləvi çoxalma miqrasiyası zamanı Azərbaycanın bir çox su hövzəsində balıqların vaxtaşırı müşahidə edilən oxşar kütləvi tələfi su mühitində hidrofiziki göstəricilərin qeyri-optimal dəyişilməsi, bu səbəbdən ən həssas - çoxalma dövründə balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmasının mümkün olmaması ilə bağlıdır”.  

  • Telman Zeynalov: “Adıçəkilən su kanalında balıqlar kütləvi şəkildə tələf olubsa və əhali də həmin kanalın suyundan istifadə edirsə…

Ekoloq Telman Zeynalov bizimlə söhbətində qeyd etdi ki, Ceyranabatan su anbarında balıqların kütləvi şəkildə tələf olması təhlükəlidir: “Adıçəkilən su kanalında balıqlar kütləvi şəkildə tələf olubsa və əhali də həmin kanalın suyundan istifadə edirsə, bu hal insanlara da mənfi təsir edəcək. Onu da nəzərə almaq lazımdır ki, kanalda olan ölü balıqlar iylənməyibsə, əhali ondan mətbəxdə istifadə edərsə, bu da insanların sağlamlığına mənfi təsir edəcək”.

Həmsöhbətimiz onu da bildirdi ki, son zamanlar atmosferdə baş verən hadisələr kanalda balıqların məhv olmasına səbəb olur.

Günel CƏLİLOVA

Son xəbərlər