18/07/2019 05:25
728 x 90

Ədliyyə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti 25-30 il birlikdə ömür sürmüş ailələrə hədiyyələr təqdim etdi... - FOTO

img

BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən hər il 15 may dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur.

Bu münasibətlə Ədliyyə Nazirliyi Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə Nizami Kino Mərkəzində “Sağlam ailə dövlətin sosial dayağıdır” mövzusunda yığıncaq keçirib.

Tədbirdə Ədliyyə, Səhiyyə nazirliklərinin, Mətbuat Şurasının, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, psixoloqlar, habelə regionlarda yaşayan 25-50 il birgə ömür sürmüş ailələr, ağsaqqallar və ağbirçəklər, gənc ailələr iştirak edib.

Yığıncaqda Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Aynur Sabitova çıxış edərək, bütün dünyada qeyd olunan Beynəlxalq Ailə Gününün ölkəmizdə də geniş qeyd edildiyini bildirib, hazırkı tədbirin planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət etdiyini vurğulayıb.

Ölkəmizdə təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət ailə siyasətinin uğurla həyata keçirildiyi, ailənin cəmiyyətin əsas özəyi kimi dövlətin daim himayəsində olduğu xüsusilə vurğulanıb, Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın hər bir ailəyə diqqət və qayğısı, ailə dəyərlərinin qorunub saxlanması, ailələrin sosial müdafiəsinin gücləndirilməsi üzrə həyata keçirilən ardıcıl tədbirlər barədə məlumat verilib.

Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev və digər çıxış edənlər bildiriblər ki, Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. 

Sonra zəngin və mənalı həyatı hər bir ailəyə örnək olan dahi öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın ömür yolundan bəhs edən “Əsl məhəbbət haqqında” filmi nümayiş etdirilib.

Eyni zamanda dəvət olunmuş uzunömürlü ailələrin üzvləri də keçdikləri ömür-gün yolu barədə söhbət açaraq yeni ailə quran gənclərə öz tövsiyələrini veriblər. Daha sonra 25-50 il birgə ömür sürmüş ailələrə hədiyyələr təqdim olunub.

Tədbir Bakı Musiqi Akademiyasının, Azərbaycan Respublikası Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin bədii kollektivlərinin konserti ilə davam edib.

Baki-xeber.com

Son xəbərlər