25/05/2019 19:42
728 x 90

“Sizə sevgimiz sonsuzdur...”

img

Uzun müddətdir ki, qardaş Türkiyədə yaşayıram. Burda insanlardan gördüyüm diqqət, qayğı, sevgi qəlbimi riqqətə gətirir. Qardaş Türkiyənin “Can Azərbaycan” sevgisini bu məmləkətin hər qarışında hiss edib duyduqca Atatürkün illərin o üzündən boy verən məşhur sözlərini xatırlayıram: “Azərbaycanın sevincı bizim sevincimiz, kədəri bizim  kədərimizdir”.

Düşünürəm ki, hər bir Türk övladının bu sevgini qanında, canında yaşatması həm də aydın sabahlarımızdan xəbər verir.

Bu yaxınlarda ailəmizdə baş verən bir hadisə zamanı bizi bir-birimizə bağlayan bu sevginin nə qədər böyük olduğunun canlı şahidi oldum.Türkiyəyə qonaq gələn qızım qəfil kəskin ağrılarla Aksaray Dövlət Egitim-Araşdırma xəstəxanasına aparıldı. Ətraflı müayinədən sonra təcili cərrahiyyə əməliyyatına alınan qızım Çinarə Türkiyənin tanınmış cərrahı, professor Önder Koçun sayəsində sağlamlığına qovuşdu, yenidən həyata qayıtdı, üzü güldü.

Bu çətin anlarda bizə olan sevgini, şəfqəti, diqqət və qayğını sözlə ifadə etmək mümkün deyil. Mən “ağ xalatlı mələklər” adlandırdığım qadın uzmanlara, Aksaray Egitim-Araşdırma Xəstəxanasının həkimlərinə - baş həkim Hakan Bingölə, sağlıq hizmətləri və bakım müdürü Aysel Karanfilə, genel cərrah, uzman doktor İsmail Çakıra, doktor Ali Durana, kadın doğum uzmanı, professor-doktor Önder Koça, doğum salonu sorumlusu Eve Aynur Şene bu sevgi, bu şəfqət, bu sonsuz məhəbbət üçün ailəmiz adından dərin təşəkkürlərimi bildirirəm. Tanrı Sizləri qorusun!

Elmira SƏBİYEVA
“Sağlam Həyat Naminə” jurnalının beynəlxalq şöbə müdiri

Son xəbərlər