25/05/2019 19:49
728 x 90

ATMU-da Göyçay döyüşləri ilə bağlı ilk tədbir keçirildi - FOTO

img

Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə Göyçay döyüşləri (iyun-iyul 1918) ilə bağlı seminar keçirilib.

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının Mətbuat Xidmətindən “Bakı-Xəbər”ə bildirildiyinə görə, tədbiri giriş sözü ilə “Biznes idarəşiliyi” fakültəsinin dekanı Anar Mirzəyev açıb. Daha sonra professor Məhərrəm Zülfüqarlı mövzu ilə bağlı geniş məruzə edib.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr edilib, iştirakşıları maraqlandıran suallar cavablandırılıb.

Layihənin məqsədi Azərbaycan tarixində müstəsna əhəmiyyət kəsb etmiş  Göyçay döyüşlərindəki qəhrəmanlıqlarla vətəndaşları yaxından tanış etmək, sovet dövründə saxtalaşdırılmış tarixə obyektiv münasibəti ortaya qoymaq və Azərbaycan tarixinin ağ ləkələrdən təmizlənməsinə kömək etməkdir

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilir.

Son xəbərlər