şənbə günü, 14 noyabr 2026
     

Paytaxtda motosiklet qəzaları artır, ayrıca yollar yoxdur, hətta piyada səkilərində hərəkət edən motosikletlərə rast gəlinir

Image


Yol hərəkəti iştirakçıları arasında motosikletlərin idarə olunması yenicə kütləvi hal almağa başlasa da, yol infrastrukturumuz, motosiklet, eləcə də digər nəqliyyat vasitələri sürücüləri buna hazır deyillər.

Qeyd edək ki, əksər xarici ölkədə motosiklet idarə etmək üçün xüsusi yollar mövcuddur. Ancaq ölkəmizdə motosiklet idarə edənlər də avtomobil yollarından istifadə etməli olurlar. Bu da mütəmadi olaraq yol-nəqliyyat hadisələrinin yaşanmasına səbəb olur. Açıqlanan statistik rəqəmlərdə də qeyd olunur ki, son zamanlar motosiklet iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb.

Həmçinin, motosiklet idarə edənlər bəzi hallarda minik vasitəsini piyadalar üçün nəzərdə tutulmuş səkilərdə sürürlər. Bu hal, ilk növbədə, həmin yoldan keçən piyadalara təhlükə törədir.
Maraqlıdır, bu sahədə yaşanan problemləri həll etmək üçün ölkəmizdə də motosikletlər üçün ayrıca yollar yaradıla bilərmi?

  • İlqar Hüseynli: “Bir sıra yollarımız nəinki motosiklet, avtomobil idarə etmək üçün də yararsızdır”

Sosial sahə üzrə ekspert İlqar Hüseynli qeyd etdi ki, motosikletlərin qəzaya uğramasının əsas səbəbi yollarımızın bu nəqliyyat vasitəsini idarə etmək üçün yararlı olub-olmaması ilə bağlı deyil: "Motosikletlərin qəzaya uğraması bizim cəmiyyətdə motosiklet sürənlərə yol hərəkətinin digər iştirakçılarının münasibətindən irəli gəlir. Çünki motosiklet bizim cəmiyyət üçün yeni bir nəqliyyat vasitəsidir. Yəni motosiklet sürməyin kütləviləşməsi bizim üçün yenilikdir. İnsanlar sürətli motosiklet sürməyə meyl etməyə başlayırlar. Motosikletlərin qəzaya uğramasının əsas səbəbi ətrafdakı sürücülərin bu növ nəqliyyat vasitəsini anlamamasıdır. Bu ciddi həyəcan siqnalı verir".

Həmsöhbətimiz onu da əlavə etdi ki, bizim bir sıra yollarımız nəinki motosiklet, avtomobil idarə etmək üçün də yararsızdır: "Yollarımızda nasazıqlar, gözlənilməyən quyular çoxdur. Bununla yanaşı, işarələnmə problemi mövcuddur. Bunlar yolda problemlərin yaranmasına səbəb olan əsas amillərdəndir".

Onun sözlərinə görə, bir çox kafe və restoranın sifarişlə yemək çatdırılması üçün son zamanlar motosikletlərdən istifadə etməsi geniş yayılmaqdadır: "Bu, nəzarət tələb edən ciddi bir məsələdir. Bu tip iş yerlərinin çoxunda motosiklet idarə edən gənclərdir. Onların böyük əksəriyyətinin qeyd olunan nəqliyyat vasitəsini sürmək üçün xüsusi sürücülük vəsiqəsi də yoxdur. Aidiyyəti qurumlar bu məsələyə ciddi yanaşmalı, motosiklet sürücülərini yoxlamalıdırlar”.

Ekspertin sözlərinə görə, motosiklet sürücüləri təhlükəsizlik qaydalarına riayət etməlidirlər: "Motosikletlərin ətrafı açıqdır. Kiçik qəza anında belə sürücünün ciddi zədə alma ehtimalı var, hətta ölümlə də nəticələnir".

Həmsöhbətimiz onu da vurğuladı ki, məhəllədaxili yollar motosiklet sürmək üçün yararlı deyil. Şəhərin mərkəzi küçələrində isə, əksinə, motosiklet sürmək üçün əlverişli şərait var: “Lakin əksər sürücünün qaydalara əməl etməməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Bəzi şəxslər xüsusən də axşam saatlarında şəhərin küçələrində yüksək sürətlə motosiklet sürürlər. Bu fonda onlar təkcə piyadaların deyil, öz həyatlarını da təhlükəyə atır. Bütün hallarda, yol polislərinin reydi nəticəsində bu cür neqativ  halların sayında azalma müşahidə olunur”.

  • Vaqif Əsədov: “Motosiklet sürücüləri piyada yolu ilə hərəkət edirlərsə, bu, inzibati xətadır”

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə, motosiklet sürücüləri qaydalara əməl etməyə borcludurlar: “Motosikletlər üçün xüsusi yol olmadığından, sürücülər yol hərəkətinin digər iştirakçıları ilə birgə avtomobil yollarından istifadə edirlər. Motosiklet sürücüləri piyada yolu ilə hərəkət edirlərsə, bu, inzibati xətadır. Bu xətanı törədənlər müvafiq qaydada cəzalandırılır. Motosiklet istifadəçilərindən tələb olunan ən vacib məsələ odur ki, yol nişanlarına, işıqforun qaydalarına əməl etsinlər. Qida məhsulları daşıyan motokuryerlə bağlı motosiklet sürücülərini işə götürərkən rəhbərlik məsuliyyət hiss etməlidir. Sürücülük vəsiqəsi olmayan insanların motosiklet sürücüsü kimi işə götürülməsinə yol verilməməlidir. Eyni zamanda, motokuryerlərin xüsusi geyim formaları, “kaska”ları olmalıdır. Bu qaydalara əməl etməyən motokuryerlər barədə inzibati protokol tətbiq oluna bilər”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ