“İctimai Problemlərin Tədqiqi Assosiasiyası” (İPTA) “Göyçay döyüşləri (iyun-iyul 1918) ilə bağlı maarifçilik işinin təşkili” adlı layihənin icrasına başlayıb.
Layihə çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə 5 seminar keçirilməsi planlaşdırılır. Layihənin rəhbəri t.ü.e.d., professor Məhərrəm Zülfüqarlıdır. Layihəyəyə lazırlıq ərəfəsində mövzu ilə bağlı 2 kitab nəşr olunub.
Layihənin məqsədi Azərbaycan tarixində müstəsna əhəmiyyət kəsb etmiş Göyçay döyüşlərindəki (iyun-iyul 1918) qəhrəmanlıqlarla vətəndaşları yaxından tanış etmək, sovet dövründə saxtalaşdırılmış tarixə obyektiv münasibəti ortaya qoymaq və Azərbaycan tarixini ağ ləkələrdən təmizləməsinə kömək etməkdir
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilir.
Baki-xeber.com