Nəsimi rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
Nəsimi RİH-dən “Bakı Xəbər”ə verilən məlumata görə, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Heydər Əliyevi Azərbaycan xalqının taleyinə düşən ən qiymətli şəxsiyyətlərdən biri kimi xarakterizə edərək bildirib ki, o daim Azərbaycanı düşünüb, onun rifahı üçün çalışıb. Bunun nəticəsidir ki, Azərbaycan hər kəsin fəxr etdiyi bir ölkəyə çevrilib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə deyib ki, ulu öndər Azərbaycan xalqının milli düşüncəsini, kimliyini özünə qaytarıb.
Tədbirdə Milli Məclisin deputatları Fəttah Heydərov, Asim Mollazadə, Şəmsəddin Hacıyev, Azər Badamov, İlham Məmmədov, Məlahət İbrahimqızı, Ülvi Quliyev, Kamran Nəbizadə, Kamilə Əliyeva, Mahir Aslanov, Auditorlar Palatasının sədri Vahid Novruzov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi qonaqlar iştirak edib.
Sonda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.