şənbə günü, 14 noyabr 2026
     

Heydər Əliyevin “bacım” dediyi xanımın xatirələri... - FOTO

Image


Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 31, mənzil 28-də yaşayan Aslanova Sara Səbzəli qızı Heydər Əliyevlə 6 dəfə görüşüb söhbət etmiş xoşbəxt insanlardan biridir. Hazırda 68 yaşı olan “Əmək veteranı”, “Tərəqqi” medallı, YAP-ın üzvü Sara Aslanova o günləri, indi xəstə olsa da, çox böyük həvəslə xatırlayır...

Sara xanım evinə gəlib onunla görüşməyimdən çox məmnun oldu. Ağır xəstəlik imkan vermirdi ki, mənə çay süfrəsini özü təşkil etsin. Bu işi ona qulluq edən bacısı Minə xanım böyük həvəslə yerinə yetirdi. Hər halda, Sara xanıma müxtəlif suallar verməli oldum, yaddaşına söz ola bilməzdi. Heydər Əliyevlə olan görüşlərini tarixinə qədər dəqiqliklə xatırlayırdı. Eyni zamanda ona da təəccübləndi ki, nə yaxşı özünə böyük qardaş bildiyi Heydər Əliyev barədə danışmaq üçün onu yada salmışam. Söhbət zamanı Sara xanım qeyd etdi ki, ulu öndər hər görüşündə ona “bacım” deyirdi: “Heydər Əliyevlə görüşlər mənim işimə böyük təkan verirdi, daha böyük həvəslə işləməyə ruhlandırırdı. Fəxr edirdim ki, xalqımızın dünyada tanınıb-sayılan belə lideri var. Müəssisəmizdə olan bu görüşlərdən sonra mən həmişə daha böyük həvəslə işləməyə can atırdım. Mənim bu zəhmətkeşliyim zavod rəhbərliyi tərəfindən dəfələrlə müxtəlif mükafatlarla qiymətləndirilib. Amma mənim ən böyük mükafatım 2001-ci ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə mənə “Tərəqqi” medalının verilməsidir. Mənim həmin vaxt sevincimin həddi-hüdudu yox idi ki, Heydər Əliyev zəhmətkeş insanları heç vaxt unutmayıb. Mən ömrüm boyu özümü bu dahi şəxsiyyətə borclu bilirəm. Onun yaratdığı partiyaya üzv olmuşam və bu gün də fəxr edirəm ki, YAP-ın üzvüyəm. Mən bu xəstəliyimə qədər “Əmək veteranı” və YAP-ın üzvü olaraq əhali arasında Heydər Əliyevin və onun layiqli varisi Prezident cənab İlham Əliyevin, həmçinin respublikanın Birinci xanımı Mehriban Əliyevanın apardıqları uğurlu siyasəti, görülən xeyirxah işləri təbliğ etmişəm. İndi isə xəstəlik məni əldən salıb və təəssüf edirəm ki, dövlətimizin siyasətinin təbliğində daha iştirak edə bilmirəm”.

Məlumat üçün qeyd edim ki, Sara xanım hazırda qida borusunda və mədəsində yaranmış xəstəlikdən çox əziyyət çəkir. Ancaq bu xəstəliklərlə mübarizə aparmağa Sara xanımın elə bir maddi vəsaiti yoxdur. Bununla belə, heç bir dövlət orqanına indiyə qədər müraciət etməyib. İlk növbədə Sara xanımın bu gün əlil arabasına ehtiyacı var. Uzun müddət çəkən xəstəlik onun yeriməsində problem yaradıb. Bu səbəbdən qohumları onu yaşadığı binanın 3-cü mərtəbəsindən həyətə düşürüb gəzdirməkdə çətinlik çəkirlər. Amma əlil arabası olsa, Sara xanımın həyətə düşürülüb gəzdirilməsində problem olmaz. Sara xanım ailə qurmadığından tənha qadındır. Ona görə də onun xeyirxah insanların köməyinə çox ehtiyacı var.

Lakin bu qədər problemə baxmayaraq, Sara xanım Ulu öndər haqqında danışmağa özündə güc tapır. Mən də qərara gəldim ki, Heydər Əliyevin vaxtilə “bacım” dediyi bu xanımın özü və xəstəliyi haqqında geniş ictimaiyyətə məlumat verim.

Qeyd edim ki, S.Aslanova 1951-ci ildə anadan olub, 1978-ci ildən əvvəl partiyanın 22-ci qurultayı adına olan zavodda, müstəqillik dövründə isə “Azərneftyağ” İstehsalat Birliyində əməliyyatçı operator işləyib. 2011-ci ildən təqaüdə çıxıb. İşlədiyi 33 il ərzində həm Sovet dövründə, həm də müstəqillik dövründə Heydər Əliyev hər dəfə bu müəssisəyə gəlişində Sara xanımla mütləq görüşüb, söhbətləşib. İlk görüş isə H.Əliyev Azərbaycan Sov.İKP MK-nın birinci katibi olarkən 1982-ci ildə zavoda gələrkən olmuşdur. Birinci katibin qarşılanıb zavod adından gül dəstəsi təqdim edilməsi qabaqcıl işçi kimi Sara Aslanovaya həvalə olunumuşdu. O görüşdən çəkilən ağ-qara şəkil Sara xanım üçün bu gün də əziz bir xatirədir.

2000-ci ildə  Azərbaycan Prezidenti kimi Ulu öndər artıq 6-cı dəfə gəldiyi zavodda yenə Sara xanımla köhnə dost kimi görüşür. Müəssisənin böyük akt zalında keçirilən təntənəli görüşdə Sara xanım gördüyü işlər barədə Heydər Əliyevə məlumat verib. Onun həmin çıxışından bəzi məqamları diqqətə çatdırmaq istəyirəm: “Möhtərəm Prezident! Hörmətli mərasim iştirakçıları! Bu gün kollektivimizin sevincinin həddi-hüdudu yoxdur. Möhtərəm Prezidentimiz Heydər Əliyev özünün rəhbərliyi sayəsində tikilmiş müasir tipli Bitum Kompleksinin təntənəli açılış mərasimində şəxsən iştirak edir. Hörmətli Prezident, bu münasibətlə çoxminli neftayıranlar adından Sizə dərin təşəkkkürümüzü bildiririk. Mən bu müəssisədə 1978-ci ildən işləyirəm. Sizin rəhbərliyiniz və qayğınız sayəsində müsəssisənin necə inkişaf etdiyinin canlı şahidiyəm. 1982-ci ilin yanvarında “ELOU AVP-6” qurğusunun açılış mərasimində iştirakınız yaxşı yadımdadır. Siz o vaxt respublikamızda böyük bir Neftayırma Kompleksinin bünövrəsini qoydunuz. Bu gün isə onun nailiyyətləri ilə fəxr edirik. Cənab Prezident, o vaxt Sizinlə çəkdirdiyim şəkli  bu günə qədər  əziz bir xatirə kimi saxlayıram. Sizin kimi dünya şöhrətli dövlət xadimi ilə həmişə fəxr etmişik. Çünki Siz xalqımızın Ümummilli lideri, dünya azərbaycanlılarının fəxri, müstəqilliyimizin təminatçısısınız. Sizin müdrik siyasətiniz sayəsində bütün digər sahələrlə yanaşı müəssisəmiz də xeyli inkişaf etmişdir...”

Bu çıxışdan sonra Sara xanım dediyi və 1982-ci ildə çəkilmiş həmin şəkli Ulu öndərə göstərir. Heydər Əliyev bundan çox təsirlənir. Ulu öndərin Sara xanım haqqında “Heydər Əliyev Müstəqil Azərabycanın neft emalı sənayesinin banisidir” kitabına salınmış məlum çıxışını diqqətə çatdırıram: “Azərbaycan Prezidenti Heydər Əliyev Sara Aslanova ilə birlikdə çəkilmiş fotoşəkli mərasim iştirakçılarına göstərərək dedi: Bilirsinizmi bu şəkil mənim üçün nə qədər əzizdir?! Çünki 1982-ci ildə, 18 il bundan əvvəl çəkilibdir...

Sara Aslanova: Cənab Prezident, mənim zavoddan oğurladığım yeganə şey bu şəkildir.

Heydər Əliyev: Sən bunu oğurlamamısan. Bu sənin haqqındır. Ona görə də bax, belə sədaqətli insanlar Azərbaycanı saxlayıblar, yaşadıblar və yaşadacaqlar. Çox sağ ol”.

2000-ci ildə baş vermiş bu tarixi görüşdə Heydər Əliyev “bacım” dediyi Sara Aslanovanın işi və özü haqqında çox müsbət fikirlər söyləyir, onunla çox səmimi və işgüzar söhbət edir. Həmin anları əks etdirən fotoşəkilləri təqdim edirik. İnanırıq ki, Ulu öndərin “bacım” dediyi “Azərneftyağ” İB-də 33 il fasiləsiz işləmiş “Əmək veteranı”, “Tərəqqi” medallı Sara Aslanova həm aidiyyəti dövlət qurumlarının, həm də YAP-ın diqqət mərkəzində olacaq. Ona da inanırıq ki, həmişə xeyirxahlığı və hümanistliyi ilə xalqımızın dərin hörmətini qazanmış respublikamızın Birinci xanımı Mehriban Əliyeva Sara xanımın indiki durumuna və onun xəstəliyinin müalicəsi üçün lazımı diqqət və qayğı göstərəcək.

Necə deyərlər, yastığı yüngül olsun.

Elçin MƏMMƏDLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ