şənbə günü, 14 noyabr 2026
     

Xoreoqrafiya məktəbinin adını sosial şəbəkə qalmaqalına çevirənlər – Prorektor qızının haqq hesab etdiyi qələbəsinə kölgə salanlara cavab verdi...

Image


“Hətta onlar qızıma Qran Pri vermək istəyirdilər, mən qoymadım, çünki bildim ki, istər-istəməz, söz-söhbətə səbəb olacaq”

 

Keçən ayın sonlarında Bakı Xoreoqrafiya Akademiyasının 90 illik yubileyi münasibətilə müsabiqə keçirilib. Konsertmeyster ustalığı üzrə “Vera ART” adlı  I Respublika Müsabiqəsinə Azərbaycanın müxtəlif bölgələrindən 50-yə yaxın gənc ifaçı qatılıb.

İki mərhələdən ibarət olan müsabiqəyə Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyevanın sədrlik etdiyi bildirilir. Müsabiqənin münsiflər heyətində isə Akademiyanın bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova, Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova, Bakı Musiqi Akademiyasının Konsertmeyster ustalığı kafedrasının müdiri, professor Leyla Abbasquliyeva, Əməkdar müəllim, professor Gülnarə Acalova təmsil olunublar.

Müsabiqədə I dərəcəli diplomlara Nərmin İbrahimova, Tutu Məmmədli, Ülviyyə Dadaşova, Rəna Zəkiyeva, II dərəcəli diplomlara Mənzər Arzumanzadə, Arzu Hüseynova, Aydan Cəfərova, Cəmalə Abdinzadə və III dərəcəli diplomlara Adilə İbrahimli, Səma Xəlilzadə, Simuzər Səmədova, Dinarə Rəhimova, Elnur Cəfərli layiq görülüblər.

Sosial şəbəkələrdə sözügedən müsabiqə ilə bağlı ilginc məlumatlar yayılıb. Sosial şəbəkələrdə müsabiqənin nəticələri ilə bağlı bir sıra ilginc məlumatlar yer alıb. Müsabiqənin nəticələrindən narazı olanlar qeyd ediblər ki, müsabiqəyə daha istedadlı, professional gənc ifaçıların qatılmasına baxmayaraq, onların əksəriyyəti kənarda qalıb. Onların əsas narazılığı müsabiqədə I dərəcəli diploma layiq görülənlər sırasında Bakı Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sonaxanım İbrahimovanın qızı Nərmin İbrahimovanın olmasıdır. Müsabiqənin qeyri-obyektiv keçirildiyini iddia edənlərin sözlərinə görə, N.İbrahimova I dərəcəli diploma öz istedadına, ifaçılıq qabiliyyətinə görə deyil, akademiyada prorektor işləyən anasına görə layiq görülüb. Müsabiqənin nəticələrindən narazı qalanların iddiasına görə, N.İbrahimovanın ifaçılıq qabiliyyəti hədsiz dərəcədə aşağıdır və o, bir ifaçı kimi bu dərəcəyə layiq deyil. Onlar qeyd edirlər ki, prorektorun qızının belə bir müsabiqədə yüksək yer tutması müsabiqənin obyektivliyini heçə endirir. İddia edilir ki, müsabiqə obyektiv keçirilsəydi, istedadlı gənclər öz layiqli yerlərini tutardılar. Digər iddialara görə isə müsabiqədə II yeri tutanlardan biri, ümumiyyətlə, müsabiqədə ifa etməyib.

Onu da bildirək ki, müsabiqənin şərtlərinə görə, qaliblər Bakı Xoreoqrafiya Akademiyasında işlə təmin ediləcəklər. Bu gün professional musuqi sahəsində də işsiz gənclər çoxdur və onların tədrisə cəlb edilməsi və işlə təmin edilməsi daha vacibdir.  

Sosial şəbəkələrdə o da bildirilir ki, N.İbrahimovanın anası S.İbrahimova vaxtilə Bülbül adına Orta ixtisa musiqi məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb və işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən uzaqlaşdırılıb. O da bildirilir ki, S.İbrahimova bir müddət işsiz qalsa da, sonradan o, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev tərəfindən bu ali məktəbə prorektor təyin edilib.

Qeyri-obyektiv keçirildiyi iddia edilən sözügedən müsabiqə və onun nəticələri, konkret olaraq N.İbrahimovanın hansı şərtlərlə müsabiqənin I dərəcəli diplomuna layiq görüldüyü barədə Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova ilə əlaqə saxladıq.

 

“Bu müsabiqənin münsiflər heyətində elə obyektiv insanlar oturmuşdu ki...”

Sonaxanım İbrahimova “Bakı-Xəbər”ə açıqlamasında qızı N.İbrahimovanın müsabiqədə I yer tutan 4 iştirakçıdan biri olduğunu təsdiqlədi. “Qızım Bakı Musiqi Akademiyasının baş müəllimidir. Qızım Nərmin İbrahimova da həmin müsabiqədə iştirak edib və 4 birinci yerdən birini o tutub. Nə problem var? Mənim qızımın proqramı hamısından on dəfə artıq olub, üstünlük qazanıb. Əlbəttə ki, o çox gözəl ifaçıdır”.

“Müsabiqədə belə bir şərt olubmu ki, qalib gələnlər Bakı Xoreoqrafiya Akademiyasında işə götürüləcək” - deyə S.İbrahimovadan soruşduq. O bu məlumatı təkzib etdi. “Xeyr, elə şey olmayıb. Nərminin özünün iş yeri var, dediyim kimi, Bakı Musiqi Akademiyasında baş müəllimdir, orada işləyir, fəlsəfə doktorudur. Bu müsabiqənin münsiflər heyətində elə obyektiv insanlar oturmuşdu ki, xalq artistləri idilər. Hətta onlar qızıma Qran Pri vermək istəyirdilər, mən qoymadım. Çünki bildim ki, istər-istəməz, söz-söhbətə səbəb olacaq” - deyə bildirən S.İbrahimovanın qeyd etdiyinə görə, II yeri tutanlardan birinin müsabiqədə iştirak etməməsi ilə bağlı məlumat tamamilə yalandır. O bildirdi ki, bu xəbəri yayanlar narazılardır: “Bu xəbəri ola bilsin narazılar yayıblar. Bərdədən gələn bir-iki nəfər vardı, çox zəif idilər. Hətta münsiflər onları ikinci tura keçirmirdilər. Münsiflərdən xahiş etdik ki, onlar uzaqdan gəliblər, onları ikinci tura keçirin. Xoreoqrafiya və digər musiqilər arasında ciddi əlaqə var. Bizim akademiyada musiqi sənəti kafedrası açılıb. Xoreoqrafiya musiqisiz ola bilməz, çünki burada bütün xoreoqrafiya dərsləri fortopiano ilə keçilir. Biz müsabiqənin birinci turunda instrumental ifaçıların, vokalçıların və digərlərinin qabiliyyətlərini nümayiş etdirdik. İkinci turda isə sırf xoreoqrafiya təqdim edildi. Həmin müsabiqənin çətinliyi orada idi” - deyə S.İbrahimova bildirdi.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ