İnsan orqanlarının alveri həm Azərbaycanda, həm də xaricdə yayılmaqdadır. “Trend”in məlumatına görə, bunu deputat Elmira Axundova Milli Məclisin mayın 3-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik məlumatının müzakirəsi zamanı deyib.
Deputat qeyd edib ki, bu yaxınlarda ölkəmizdə “qara transplantoloqlar” yaxalanıb, cinayət məsuliyyətinə cəlb olunub: "Onlar bir neçə imkanı zəif olan insanı təhrik ediblər ki, öz orqanlarını sataraq qanunsuz əməldə iştirak etsinlər. Bu sahəyə nəzarəti daha da gücləndirmək lazımdır”.