şənbə günü, 14 noyabr 2026
     

Bakıdakı bəzi “novostroyka” mənzillərdə “seks turizmi” biabırçılığı - xəbər parlamentə də çatdı...

Image


Ölkə parlamentində çox maraqlı və aktual olan mövzu ətrafında gərgin müzakirə aparılıb. Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Araz Əlizadə ölkədə “seks turizmi”nin inkişafından narahatlıq ifadə edib:

“Azərbaycanda “seks turizmi” inkişaf edir. Biz onsuz da bunu bacarmayacağıq. Gəlib pulla və s. yollarla qızlarımızı yoldan çıxarırlar. Buna qarşı ciddi mübarizə aparmaq lazımdır”.

  • Araz Əlizadə: “Buna qarşı ciddi mübarizə aparmaq lazımdır”

O xatırladıb ki, Rusiyada çoxmənzilli binalarda hostellər təşkil edilməsinə icazə verilmişdi: “Amma sonradan bu məsələdə dəyişiklik etdilər. Dəyişiklikdən sonra binaların birinci mərtəbəsində hostel təşkil etməyə icazə verdilər, girişi də ayrı olmalıdır. İnsanlar öz evlərində rahat yaşaya bilmirlər. Biz qanunvericiliyə bu istiqamətdə dəyişiklik etməliyik”.

  • Tahir Kərimli: “Biz qonşularla bezdik və köçmək məcburiyyətində qaldıq”

Deputat Tahir Kərimli də çıxışında bu məsələni qaldırıb: “İnsanlar evlərini hostellərə, mehmanxanalara çevirirlər. 2017-ci ildə qanuna dəyişiklik olundu ki, çoxmənzilli binalarda qeyri-yaşayış sahəsinin hostelə çevrilməsi üçün icazə lazım deyil. Amma əvvəlki qanunda qonşuların mənafeyi nəzərə alınırdı. Yeni qanunda bu məsələ nəzərə alınmır. Azərbaycanda masaj salonlarına, barlara nəzarəti gücləndirmək lazımdır. Vaxtilə mən ərəblərlə bağlı məsələ qaldırmışdım. Hazırda yaşadığım ərazidə hər kəs sözünü deputata deyir. Bəs deputat kimə desin?!”.

Tahir Kərimli qonşuları ilə birlikdə yaşadığı binadan köçmək məcburiyyətində qaldığını bildirib. Deputat parlamentdə çıxışı zamanı qeyd edib ki, o, paytaxtın mərkəzi küçələrindən olan Zərifə Əliyeva küçəsində çoxmənzilli yaşayış binalarının birində yaşayır: “Biz qonşularla bezdik və köçmək məcburiyyətində qaldıq. Kimsə özünü qanundan yuxarı göstərir. Belə şeylərə şərait yaradır. Bizim küçə mərkəzi küçədir. Oradan dünyanın hər yerindən gəlib keçən dövlət və hökumət nümayəndələri var. Birdən bu hal kiminsə qabağına çıxar. Ona görə də binaların belə yuvalara çevrilməsinin qarşısı alınmalıdır”.

Deputatların qaldırdığı bu problemlə rastlaşan sadə vətəndaşlar da az deyil. Göründüyü kimi, buna şəraiti qanunvericilikdə olan boşluq yaradır. Hansısa imkanlı adam yeni tikilidə bir neçə mənzil alır və oranı yaxşı təmir etdirdikdən sonra tam təchiz edilmiş halda turistlərin ixtiyarına buraxır. Şərtlər otellərdən yaxşı olduğu üçün, turistlər daha çox belə hostellərdə qalmağa üstünlük verirlər. Qonşular həmin mənzildəki biabırçılığa etiraz edəndə, ev sahibi hostel kimi fəaliyyət göstərmək hüququnun olduğunu, mənzili isə  müqavilə əsasında hansısa turizm şirkətinə verdiyini deyir. Göründüyü kimi, bu boşluq da deputatların dediyi kimi, “seks turizmi”nin inkişafına şərait yaradır və vətəndaşları haqlı narahat edir. Yaranmış biabırçı mənzərənin qarşısını necə almaq olar?

  • Qabil Hüseynli: “Ümumyaşayış qaydalarına zidd olan hostel fəaliyyəti həm də əxlaqi aşınmaya səbəb olur”

Bənzər problemlə üzləşənlərdən biri də sabiq dövlət müşaviri Qabil Hüseynli olub. O bir neçə dəfə media vasitəsilə yaşadığı mənzilin ətrafında əxlaqsızlığın baş alıb getməsinə toxunub və hər dəfə də deyib ki, problem həllini tapmır. Artıq bənzər halların geniş vüsət almasına görə məsələnin parlamentdə müzakirəsini nəzərə alıb Q.Hüseynli ilə bu mövzuda danışmaq qərarına gəldik. O, qəzetimizə bildirdi ki, bu problemin artıq parlament səviyyəsində müzakirə olunması məsələnin ciddiliyindən xəbər verir: “Belə mənzillər ya hostel, ya da masaj salonu kimi fəaliyyət göstərir. Hər iki halda belə yerlərdə əxlaqsızlıq hökm sürür. Bununla mübarizə aparmağın yolu çox sadədir. Əlaqədar qurumlar bir balaca dəqiq araşdırma aparsalar görərlər ki, nə hosteldən söhbət gedir, nə də masajdan. Oralardakı fəaliyyətin bir adı var - eskort xidmət. Mən bununla çox mübarizə aparmışam. Məlum olur ki, bu işlərin arxasında böyük adamlar dayanır. Şikayətlərdən sonra belə mənzillərdəki fəaliyyət müvəqqəti dayanır, sonra dərhal açılır. Həmin məkanlarda narkotik maddələr də satılır. Üzərrik yandırırlar ki, iy getsin. Güya bədnəzərdən özlərini qoruyurlar. Günün istənilən vaxtında görürsən ki, üzərrik yanır. Bu qədər də bədnəzərdən qorunmaq olar? Ümumyaşayış qaydalarına zidd olan hostel fəaliyyəti həm də əxlaqi aşınmaya səbəb olur. Ölkəmizdə kirayə bazarı geniş inkişaf edib. Buna normal baxıram. Adamlar var ki, bundan yaxşı qazanc da götürürlər. Hər halda, qanunvericiliklə ümumi yaşayış yerndə, girişi eyni olan binalarda hostel fəaliyyətinin qadağan edilməsi zəruridir. Bəzi insanlar yalnız çox pul qazanmağı fikirləşdikləri üçün, evlərini hostel kimi aylıq deyil, günlük kirayəyə verirlər. Amma gəlin görək orda nələr baş verir? Axı qapı qonşuda kiminsə ailəsi, uşağı yaşayır. Əgər Rusiya kimi ölkə insanların mənafeyini nəzərə alıb, bu istiqamətdə müəyyən məhdudiyyətlər tətbiq edibsə, bizdə də olunmalıdır. Sizi inandırıram ki, vətəndaşların etdiyi şikayətlər lazımi şəkildə araşdırılmır. Bu biznesin arxasında güclü adamlar durduğu üçün, onlara batmaq çətindir. Qanunvericiliklə sərt qaydalar müəyyənləşməsə, vəziyyət daha da kritikləşəcək”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ