şənbə günü, 14 noyabr 2026
     

Bakıda mütəşəkkil dilənçi mafiyası - itkin düşmüş uşaq dilənçiliyə məhkum durumda tapıldı…

Image


Bu gün dilənçiliyə təhrik edilən uşaqların əməyinin istismarı bir sıra ölkələrdə başlıca problemlərdən biridir. Etiraf etməliyik ki, Azərbaycanda da qaraçılar tərəfindən dilənçiliyə cəlb olunan uşaqların sayı az deyil. Bəzən belə uşaqlar valideyn himayəsindən məhrum qalan uşaqlar olsa da, aralarında ata-anası tərəfindən dilənməyə məcbur edilənlər də az deyil. Ancaq dilənən uşaqların arasında elələri var ki, onlar dilənçi mafiyası tərəfindən oğurlanaraq məcburi olaraq dilənməyə təhrik edilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları dəfələrlə itkin düşmüş, valideynləri tərəfindən axtarılan uşaqların hansısa ərazidə diləndirildiyini aşkar edərək, onları valideynlərinə təhvil veriblər.

Bu günlərdə polis ötən ay itkin düşmüş və qaraçılara qoşularaq Bakının iri ticarət mərkəzlərində dilənçilik edən oğlanı Nərimanov parkında tapıb. Müəyyən olunub ki, Bakıda qaraçılar 10 yaşlı oğlan uşağını Bakının küçələrində dilənçiliklə məşğul olmağa məcbur ediblər.

Sözügedən faktı Azərbaycan Uşaqlar Birliyi (AUB) aşkarlayıb. Olayla bağlı AUB sədri Kəmalə Ağazadə mətbuata bildirib ki, bu günlərdə polis əməkdaşları AUB-nin Reinteqrasiya Mərkəzinin sığınacağına aprelin əvvəllərində itkin düşmüş üçüncü sinif şagirdini gətiriblər. Valideynləri üç gün ərzində uşağı axtarıb tapmayandan sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər və yerli telekanallardan birində elan veriblər. Nəticədə polislər uşağı Nəriman Nərimanov adına parkın ərazisində dilənçilik edərkən tapıblar: “Uşaq deyib ki, onlarla qonşuluqda yaşayan yeniyetmə dilənçilər onu aldadaraq bu işə cəlb ediblər. Bu vaxt ərzində uşaqlar özlərinin pul diləndikləri bütün nöqtələri ona başa salmağa macal tapıblar. Həmin yerlər Binə qəsəbəsindəki və "Neftçilər" metrostansiyası yaxınlığındakı iri ticarət mərkəzləri olub. Oğlanın sözlərinə görə, onunla birlikdə dilənən uşaqlar elə həmin yerlərdə küçədəcə yatırlar və elə orada nə tapsalar, onu yeyirlər”.

10 yaşlı uşağın məcburi olaraq dilənçiliyə vadar edilməsi onu deməyə əsas verirmi ki, Bakıda dilənçi mafiyası var? 10 yaşlı uşağın oğurlanıb diləndirilməsində dilənçi mafiyasının əli varmı?

Bildirək ki, bu cür hadisələri adətən xarici kinolarda izləyərdik. Qaraçılar yolda gedən kimsəsiz saydıqları uşağı şirnikləndirici sözlə özünə cəlb edib, daha sonra isə onu diləndirməyə təhrik edirlər.

Qeyd etdiyimiz kimi, haqqında bəhs etdiyimiz 10 yaşlı həmin uşaq dilənçilər tərəfindən oğurlanaraq məcburi dilənməyə təhrik edilib. Ekspertlər bildirirlər ki, bu kimi faktlar yetərincədir. Elə uşaq var ki, o, evdən çölə nəsə almaq üçün gedərkən qaraçılar həmin uşağı şirnikləndirici sözlə aldadıb aparırlar. Daha sonra həmin uşaq dilənçiliyə məcbur edilir. Belə bir faktın ölkəmizdə qeydə alınacağını düşünməzdik. Ancaq 10 yaşlı uşağın dilənçilər tərəfindən məcburi diləndirilməsi bizi düşündürür.

İnzibati Xətalar Məcəlləsinin avaralıqla məşğulolma ilə bağlı xüsusi maddəsi var. Bu şəxslərlə məşğul olan orqan Daxili İşlər Nazirliyidir. Dilənçiliklə məşğul olan şəxslər barəsində protokol tərtib olunur və müəyyən məbləğdə cərimə edilirlər. Dilənçiliklə məşğul olan şəxs öz yetkinlik yaşına çatmayan övladını da bu işə cəlb edirsə, müəyyən məbləğdə cərimə olunur. Bu kifayət etmədikdə isə, şəxs barəsində 15 günədək inzibati həbs seçilə bilər. Məhz buna görə ölkədə uşaq əməyini istismar edərək onları dilənməyə məcbur edənlərin sayı kifayət qədərdir. Məcbur edənlər isə heç də hər zaman uşağın valideynləri deyil. Bunlar müxtəlif cinayətkar qruplaşmaların üzvləri, dilənçiliklə məşğul olan mütəşəkkil dəstə də ola bilər.

Mətbuatda apardığımız araşdırma zamanı məlum oldu ki, dilənçilərin 40 faizi zorla saxlanır və ancaq yemək üçün işləyirlər. Adətən onlar heç kimləri olmayan rayon adamlarıdır, o cümlədən uşaqlardır. Qeyd olunur ki, qaraçılar adətən övladlarına uşaq yaşlarından dilənçilik öyrədirlər. Uşaq nə qədər körpədirsə, pul o qədər yaxşı qazanır.

Onu da bildirək ki, uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı dilənçilik edən 450 uşaq müəyyən edilib. Bu faktı Azərbaycan daxili işlər nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazov Milli Məclisdə məlumat verərkən bildirib. O qeyd edib ki, uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən edilib: "Aparılan yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 760 material göndərilib, övladlarının təlim-tərbiyəsilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 207 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb”.

  • Yusif  Bəkirov: “Valideynlərlə maarifləndirmə işi, dilənçiliyə sövq edilmiş uşaqlarla isə sosial reabilitasiya işi aparılmalıdır”

10 yaşlı uşağın dilənçilər tərəfindən diləndirilməsi faktı barədə fikir bildirən Uşaq Hüquqlarının Müdafiə Lİqasının sədri Yusif Bəkirov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bir vaxtlar filmlərdə uşaqların dilənçilər tərəfindən oğurlandığını izləyərdik. Təəssüf ki, bu gün Azərbaycan cəmiyyətində 10 yaşlı uşaq dilənçilər tərəfindən məcburi dilənçiliyə təhrik edilir. Halbuki, hər kəs o uşağı axtarıb: “Sevindirici haldır ki, hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyətinin birgə səyi nəticəsində bu kimi hadisələrin üstü açılır”.

Y.Bəkirov onu da vurğuladı ki, 10 yaşlı uşağın dilənçilər tərəfindən oğurlanıb diləndirilməsi həm valideynlərin, həm də aidiyyəti qurumların laqeydliyi nəticəsində baş verib: “Onu da deyim ki, elə uşaqlar var ki, onlar valideynlərinin israrı ilə dilənirlər . Uşaqlarını dilənməyə göndərən üzüqara valideynlərə gəldikdə isə onlar da sərt cəzalanacaqları barədə xəbərdarlıq almalıdırlar. İşsiz valideynlər dövlət tərəfindən işlə təmin edilməli və ya ixtisasdəyişmə hüququ qazanmalıdırlar. Bütün bu profilaktik tədbirlər küçələrdə dilənçilərin sayını azalda bilər. Valideynlərlə maarifləndirmə işi, dilənçiliyə sövq edilmiş uşaqlarla isə sosial  reabilitasiya işi aparılmalıdır. Belə ki, onların çoxu stress yaşayıb. Bu gün isə vəziyyət belədir: polis dilənçi uşaqları tutur, qeydiyyatda olduğu yaşayış yerinə göndərir. Qısa bir zaman keçdikdən sonra uşaqlar yenə əvvəlki yerlərinə qayıdırlar”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ