Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Bakıda güzgülü avtomobil nömrələri – piyada vurub qaçan oliqarxlar və onların “gül balaları”…

Image


Aprelin 30-da saat 22.00 radələrində Nizami rayonu, M.Əliyev küçəsində Mahir Əsədov idarə etdiyi “Range Rover” markalı 90 OG 002 nömrəli avtomobillə şəxsiyyəti məlum olmayan piyadanı vuraraq yolun hərəkət istiqamətinə atıb, eyni yolda hərəkətdə olan Seyhun Məmmədovun idarə etdiyi “Mercedes” markalı 90 GT 562 nömrəli avtomobil isə həmin şəxsin üzərindən keçib və hadisə yerindən qaçıb.

Ağır vəziyyətdə olan piyada 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir. Məlum olub ki, həmin  sürücü “90 OG 002″ dövlət nömrə nişanını “Mercedes” və “Audi” markalı avtomobildə də istifadə edir. Özü də eyni vaxtda. Bu barədə sosial şəbəkələrdə həmin sürücü tərəfindən fotolar nümayiş etdirilir. Artıq sosial şəbəkələrdə sürücünün kimliyi ilə bağlı maraqlı məlumatlar yayılıb. Məlum olub ki, Mahir Əsədov Bakının əsasən zənginlərin məskəni olan “Vorovski” qəsəbəsində yaşayır, bizneslə məşğul olduğu, “Ağ şəhər”də binalar inşa etdiyi deyilir və onu qəsəbədə çox nüfuzlu biri kimi tanıyırlar.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, Bakının Nizami rayonunda 90 OG 002 dövlət nömrə nişanlı “Range Rover” avtomobili ilə vurulmuş piyadanın vəziyyəti olduqca kritikdir, həyatı təhlükəsi var. 3 saylı şəhər xəstəxanasına gətirilən yaralının başında zərbədən hematoma yarandığı müəyyən edilib, təcili əməliyyat olunub. Göstərilən tibbi yardımlara baxmayaraq, vəziyyəti olduqca ağır qiymətləndirilir”.

Xatırladaq ki, oliqarxların törəmələrinin eyni dövlət nömrə nişanını çoxsaylı avtomobil kolleksiyasında yer alan müxtəlif avtomobillərə yapışdırması geniş yayılmış haldır. Dəfələrlə bu barədə faktlar, görüntülər yayılıb. Eyni zamanda, imkanlı adamların bahalı avtomobillə qəza törədib hadisə yerindən qaçması daha çox yayılıb. Analoji hadisə bir müddət əvvəl paytaxtda baş verdi. Şəhid qızını bahalı avtomobillə vurub öldürən şəxs də çox imkanlı bir adamın övladı çıxdı.  Maraqlıdır, əlaqədar qurumlar eyni nömrənin, eyni seriya ilə müxtəlif avtomobillərin üzərinə vurulması ilə niyə mübarizə aparmırlar?

  • DYP rəsmisi: “Ola bilər ki, bu fotoşop olsun”

aş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev açıqlamasında eyni dövlət nömrə nişanının müxtəlif avtomobillərdə istifadə olunması faktının araşdırılacağını deyir: “Ola bilər ki, bu fotoşop olsun. Çünki indi elə dövrdür ki, texnika vasitəsilə nömrəni dəyişdirmək, üzərinə başqa nömrə yapışdırmaq mümkündür. Biz bu barədə araşdırma aparacağıq və araşdırmadan sonra məsələyə hüquqi qiymət verilə bilər”.

  • Ərşad Hüseynov: “Kompleks mübarizə aparılmalıdır ki, gələcəkdə bəzi harınlar bizi, övladlarımızı təkərlərinin altına salıb hadisə yerindən qaçmasınlar”

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  eyni seriya və nömrəli dövlət nişanlarını müxtəlif markalı maşınlara vurmaq qanunvericiliklə qadağan edilir: “Elə nömrələr də buna görə verilir ki, alternativi olmasın. Ona görə də müxtəlif kombinasiyalı nömrələrdən istifadə edilir. Bunu hüquq-mühafizə orqanları araşdırmalıdır. Baş verən analoji hadisələrin araşdırılmasını yalnız DYP-nin üzərinə qoymaq lazım deyil. Görürsünüz ki, əksər belə hallar insan tələfatı ilə nəticələnir. Artıq burada cinayət işi var. Onun araşdırılması çərçivəsində bütün detallar nəzərdən keçirilməlidir. Fikir verirsinizsə, əksər hallarda harın həyat tərzi keçirən adamlar qəzaları bahalı avtomobillərlə törədirlər. Götürək ki, qəza hamının başına gələ bilər: varlının da, kasıbın da. Amma məhz həmin kateqoriyadan olan adamlar əksər hallarda hadisə yerindən qaçırlar. Bütün bunlar harınlığın əlamətidir. Çinayət işi çərçivəsində müxtəlif qurumları da cəlb edə bilərlər. Cinayət Prossesual Məcəllədə belə bir müddəa var ki, cinayətin törədilməsinin şəraiti, səbəbi araşdırılmalıdır. Bu kontekstdə, harınlığın səbəbi, kimin övladı olduğu, onu hadisə yerindən qaçmağa vadar edən adamlarla da bağlı araşdırmalara gedilməlidir. Qoy tam aşkara çıxsın ki, onlara kim belə təlimat verir? Kim onlara deyir ki, ürəyiniz nə istəyir edin, arxanızda biz durmuşuq? Bu dəqiqə elə texniki vasitələr var ki, avtomobillərin nömrəsini görür və onu identikləşdirir. Yəni dərhal müəyyən edə bilir ki, filan nömrə hazırda “Mercedes”in üzərindədir, amma əslində başqa markaya verilib. Həmin avtomobil sahiblərinin necə məsuliyyətdən yayınması da dəqiq araşdırılmalıdır. Yəni bunun qarşısını almaq elə də çətin deyil. Bu cür hallarla kompleks mübarizə aparılmalıdır ki, gələcəkdə bəzi harınlar bizi, övladlarımızı təkərlərinin altına salıb hadisə yerindən qaçmasınlar”.

Məhəmmədəli QƏRİBLİ 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ