Mayın 1-də Nəsimi rayon İcra Hakimiyyətinin akt zalında Nəsimi rayon Ağsaqqallar Şurasının növbəti Hesabat-Seçki konransı keçirilib.
Konfransı giriş sözü ilə açan Nəsimi rayon İcra hkimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, əsas ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ağsaqqallara və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ağsaqqalların və ahıl insanların ölkənin mədəni-ictimai həyatındakı rolundan danışan başçı qeyd edib ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən dinamik inkişaf prosesində bu qəbildən olan insanların fəaliyyəti danılmazdır.
Konfransda çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, Respublika Ağsaqqallar Şurasının aparat rəhbəri Yaqub Mehdiyev və Respublika Ağsaqqallar Şurasının İdarə heyətinin üzvü Qəzənfər Paşayev respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından söhbət açıb.
Çıxış edən rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini bildirib, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra konfransda təşkilati məsələlərə baxılıb. Nəsimi rayon Ağsaqqallar Şurasının 11 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri seçilib.
Səsvermə nəticəsində Aydın Heydərov Nəsimi rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Baki-xeber.com