şənbə günü, 14 noyabr 2026
     

Xatırlayırıq ki... - Polkovnik-leytenant İlham Rzayev... - FOTO

Image


“Atam da təbiəti, yaşıllığı çox sevirdi. Çünki doğulub boya-başa çatdığı yurd yerində göz açıb təbiətin mözücələrini görmüşdü. Kiçik yaşlarından dağlara, dərələrə, buz bulaqlara könlünü vermişdi. Tanıyanlar yaxşı bilir, o, çox duru adamıydı. İlk baxışdan sərt, qaradinməz görünsə də ürəyi yuxa idi”...

Xətai Rayon Mühafizə İdarəsinin  rəis müavini, polis polkovnik-leytenantı İlham Rzayev əlindəki tingi torpağa sancıb dərindən bir ah çəkdi...

Həmişə müşahidə etmişəm və şahidi olmuşam. Yaxını, əzizi haqqında kimsə keçmiş zamanda danışmır və danışmaq da istəmir. Hərgah bəlkə də yoxluğu ilə barışıb. Bilir ki, təbiət aldığını bir də geri qaytarmır. Elə insan da yaranışdan torpağa bənzəyir. Hər il fəsillənir. Yaz olur, yaya dönür, payız kimi kövrəkləşir və...

Ömrün qışına kim tab edibki?

Düz 17 il keçib o gündən. Doğmaları, dostları hamı “kaş ki, yaşasaydı” deyir. Ömrün son ucunun ölüm, əcəlin vaxtlı-vaxtsız gəldiyini hər birimiz bilsək də unutqanlığımıza (insan “unutqan” deməkdi) güc gələ bilmirik. Bəlkə də bu ilahinin sirridir ki, ölümü xəbərsiz qarşılayırıq.

Elə haqqında söhbət açacağım, xatirələrdə, yaddaşlarda özünə yer eləmiş polis polkovniki Eldar Rzayevi doğum günündə xatırlamaq da Tanrının işidir. Hər insanın taleyi, zamanı, olduğu kimi hər yazının da taleyi və zamanı var. Haqqında ilk tanışlığım bir şəkildən başladı.  Həmkarımın “atamdır”,-deməsinə bir daha əmin oldum ki, polisin oğlu gərək polis olsun. “Allah can sağlığı versin”,- deyəndə:“O, indi haqq dünyasındadır”,-fikrindən sonra ortaya ani bir sükut çökdü...

Atasızlığın, anasızlığın nə olduğunu o dərdi yaşayanlar, illər keçsə belə xatırlayanda nisgili yanağını yandıranlar daha yaxşı bilir.

Bəlkə də onun doğum günü ilə dünyaya əbədi gözünü yumması arasındakı gün fərqi sizi heyrətləndirəcək. 1948-ci il mayın biri və 2002-ci ilin mayın ikisi...

Polis polkovniki Eldar Rzayev Vedi mahalında dünyaya göz açmışdı. Soydaşlarımızın  tarixi torpaqlarımızdan, dədə-baba yurdlarımızdan deportasiya olunması hökmü veriləndə onların ailəsi də Azərbaycana köçürülüb. Göygöldə məskunlaşıblar. Məktəbi bitirdikdən sonra 1967-ci ildə hərbi xidmətə yollanıb. Hündür, qarabuğdayı,tökmə bədənli Azərbaycan övladının hərbi dəniz donanmasında xidmət etməsi qeyri-millətlərə qəribə gəlsə də o, sübut edib ki, kürəyini dağlara söykəyən oğullar ucsuz-bucaqsız dənizlərin də dilini yaxşı bilir, tufandan, dəli dalğalardan qorxmurlar.

Hərbidən tərxis olunduqdan sonra bir müddət fəhlə işləyib. Arzusunu gerçəkləşdirməkdən ötrü o, atasının dostu ilə Xanlar RPŞ-yə gəlib polis olmaq istədiyini bildirir. Rəis onu başdan-ayağa süzdükdən sonra deyir ki, səndən polis olmaz. Gənc Eldar pərt olsa da atasının dostu üzünü rəisə tutub: “Vaxt gələcək ki, bu oğlan buranın rəisi olacaq”,- deyib çıxırlar. Sonra Ukraynaya üz tutur. Burada daxili işlər orqanlarına qəbul olunur. Polis serjantı olsa da ən çətin tapşırıqların öhdəsindən gəlir. Qısa zaman kəsiyində xidmət etdiyi ərazidə sakinlərin rəğbətini və etimadını qazanır. Ona güvənir, etibar edirlər. Kiyevdə Ali Milis Məktəbindən məzun olub. Marqaneç şəhərində zabit kimi xidmətə başlayıb. Burda da təşkilatçılığı, bilik və bacarığı ilə seçilib.  Öz millətini, doğulduğu yurdu sevir, bir sözlə, azərbaycanlı olmağı ilə fəxr edirdi.  Kabinetindəki şəklə görə bəzən köntöy baxışlarla da rastlaşmışdı. Açıqdan-açığa olmasa da, uzaqdan-uzağa düşmənçilik edənlər də vardı.

Məlum hadisələr başlayanda xidmətini Azərbaycanda davam etdirib. Zərdab Rayon Polis Şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsində inspektor vəzifəsinə təyin olunub. İnsanlarla ünsiyyət qurması, uşaqların zərərli vərdişlərə qurşanmaması üçün keçirdiyi maarifləndirmə tədbirləri rəhbərliyin diqqətini çəkir. Çəkilən zəhmət, təşkilatçılıq, vətənə və dövlətə sadiqlik bəhrəsini verir. Binəqədidə, Xətaidə və Qaradağda müxtəlif vəzifələrdə çalışır. Göygölə rəis təyin olunduğu gün isə sevincinin həddi-hüdudu olmur. O, həm də verdiyi sözə əməl etmişdi...

Müstəqilliyimizin ilk illərində daxili işlər orqanlarında rəhbər vəzifələrdə işləyənlərlə, nə yolla olursa-olsun ulu öndərin Azərbaycana gəlişini əngəlləyənlərlə baş-başa gəlir. Onu Heydər Əliyevçi olduğuna görə sevməyənlərin arzusu gözündə qalır və qurtuluşuna qovuşan xalqımız kimi o da rahat nəfəs alır. Bilir ki, bu orqan da yarıtmazlardan, qeyri-peşəkarlardan təmizlənəcək və ulu öndərimiz daha layiqli şəxsi dövlətimizin bel sütunlarından biri olan bu struktura rəhbər təyin edəcək. Bu, belə də olur. Vətənini, xalqını canından əziz tutan, zəngin təcrübəsi, ən əsası,  sədaqəti ilə örnək olan Ramil Usubov  nazir təyin edilir. DİO-da yeni bir dönəm başlayır. Peşəkarlar irəli çəkilir, bir zamanlar sıralarımızdan uzaqlaşdırılanlar yenidən bərpa olunur.

Eldar Rzayev hər zaman DİN rəhbərliyinin diqqət və qayğısını hiss edib. Göyçayda və Yasamalda rəis vəzifəsinə irəli çəkilib...

2001-ci ildə xidməti otağında halı pisləşir və həkimlər artıq gec olduğunu deyirlər. O, 2002-ci il mayın 2-də dünyaya gözlərini əbədi yumur. Nəvəsi Eldarı görsə də, toyunu görmək ona nəsib olmur.

Yeri gəlmişkən, polis polkovniki Eldar Rzayev ədəbiyyatla, teatrla dərindən maraqlanıb. Rusiyanın məşhur aktyoru Yevgeniy Pavloviç Leonovla möhkəm dost olublar...

Ondan doğmalarına qalan ağlı-qaralı şəkillər və bir də acılı-şirinli xatirələrdir.

Hafiz Hacxalıl



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ