şənbə günü, 14 noyabr 2026
     

Xülyalar və gerçəklər - Orxan MANSURZADƏ yazır

Image


Son illər ölkəmizin yerləşdiyi coğrafiyada cərəyan edən gərgin, bəzən də fəlakətli hadisələr,  ictimai-siyasi sabitliyin pozulması, vətəndaş qarşıdurması və dövlətçilik institutlarının süqutu ilə müşayiət olunan,  «rəngli inqilablar» seriyasından “ərəb baharı” tipli mahiyyətcə dağıdıcı, qanlı olaylar fonunda respublikamız ulu öndər tərəfindən müəyyənləşdirilmiş, uğurla davam və inkişaf etdirilən strategiyaya uyğun sosial tərəqqi, iqtisadi inkişaf yolu ilə inamla irəliləyir.

Sirr deyil ki, düz bir əvvəl keçirilmiş seçkilərdə seçicilərin mütləq əksəriyyətinin dəstəyini qazanan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi həmin ərəfədə ölkə başçısının anonsunu verdiyi köklü hüquqi-demokratik, sosial-iqtisadi islahatların, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasını, hüquq-mühafizə siyasətinin daha da humanistləşdirilməsini, bir sözlə, insan və vətəndaş hüquq və azadlıqlarının daha da genişləndirilməsini, dövlət-vətəndaş münasibətlərinin yeni, daha mütərəqqi və müasir modelinin yaradılmasını özündə ehtiva edən məqsədyönlü, ardıcıl tədbirlərin həyata keçirilməsini daha da sürətləndirib.

Tamamilə aydındır ki, ölkəmizin sürətli sosial-iqtisadi inkişafını, dünya sivilizasiyasına, iqtisadiyyatına fəal şəkildə inteqrasiyasını ictimai-siyasi sabitliyin, əminamanlığın yüksək səviyyədə qorunması, cinayətkarlıqla uğurlu mübarizə, demokratik azadlıqların təmini olmadan təsəvvür etmək belə çətindir. Sevindirici haldır ki, bölgədəki sanbalına, nüfuzuna, sosial-iqtisadi göstəricilərinə, hərbi-siyasi qüdrətinə, həmçinin sabitliyin, təhlükəsizliyin qorunmasına, əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığına görə də nəinki postsovet, eləcə də Şərqi Avropa məkanında da lider dövlətlərdən biri kimi xarakterizə olunur və belə əlverişli durum nəinki ölkə vətəndaşları, hənçinin Azərbaycana səfər edən, burada yaşayaraq işləyən əcnəbilər tərəfindən də razılıqla qarşılanır.

Xalqımızın, ölkəmizin  maraq və mənafelərini təmin edən müstəqil siyasət aparılmasını, beynəlxalq arenada nüfuzlu dövlətə çevrilməyimizi istəməyən bir sıra maraqlı güclərin və onların sifarişlərini yerinə yetirən, müstəqilliyin ilk illərində hakimiyyətə yiyələnsələr də heç bir il də duruş gətirməmiş, ən müasir tariximizdə Azərbaycanı xaos, anarxiya və dərəbəylik girdabına, cinayətkarlığın “at oynatdığı” məkana yuvarlamış, indiki halda radikal müxalifət qüvvələri liderləri siyasi arenada, necə deyərlər, öz qatarlarının getdiklərinin, arxivin bir küncünə atıldıqlarının fərqində olsalar da, «bəlkə də qaytardılar» xülyasından hələ də qurtula bilmirlər. Hakimiyyət və mənsəb naminə hətta şeytanla da ittifaqa girməyə hazır olan, siyasət səhnəsindəki indiki status-kvolarını, yəni formal mövcudluqlarını çoxdan xaricdəki bəzi bədxah qüvvələrin ianələrindən, qəpik-quruşlarından asılı radikal müxalifət funksionerləri, xüsusən bədnam Milli Şura təmsilçiləri, bu qurumun səhnə dekorasiyası kimi dəyişməz liderləri qarşılarına qoyulmuş məqsədlərə çatmaq yolunda ən böyük maneələrdən birinin daxili işlər orqanlarının olduğunu yaxşı anlayırlar. İndilikdə əsas fəaliyyətlərini virtual aləmə keçirmiş, adətən iqtidar mənsublarına, polis yetkililərinə sosial şəbəkələr üzərindən yüklənən, danışanda guya xalqın adından çıxış edən, reallıqda isə paytaxt stadionlarından birinə ən yaxşı halda 1500-2000 nəfərlik “narazıelektorat” nümayəndəsini toplaya bilən adıçəkilən qurumun, məsulları və dəstəkçiləri öz səriştəsizliklərini və yetərsizliklərini ört-basdır etmək, ölkədə qarışıqlıq, vətəndaşlarla dövlət qurumları arasında qarşıdurma yaratmaq məqsədilə xarici himayədarlarından qrantlar adı ilə ətək-ətək pullar alıb da para hesabına ayrıca götürülmüş bir məkanı da doldurmaq qabiliyyətində olmayan həmin kəslər bunun günahını təbii ki, hər zaman hakimiyyət cəbhəsində, bir az da dəqiqləşdirsək, daxili işlər orqanlarında görürlər.

Və bu yalanlarına beynəlxalq ictimaiyyəti, cani-dildən, az qala zülüm-zülüm ağlayaraq şikayətləndikləri, guya təqiblərə, işgəncələrə məruz qalmaları barədə donoslar, müraciətlər göndərdikləri Avropa Parlamenti, AŞPA, ATƏT PA kimi mötəbər beynəlxalq təşkilatları, “Amnesti İnternational” tipli hüquq müdafiəsi qurumlarını da şərik qoşmağa çalışırlar. Və artıq ölkə ictimaiyyəti də yaxşı görür və onun fərqindədir ki, ölkəmizə haqsız yerə demokratiyadan və insan hüquqlarından dərs keçməyə çalışan, “Dəyənək və pryanik” siyasətini özlərinin korporativ mənafeləri çərçivəsində, bir az da fərqli anlamda həyata keçirməyə çalışan avroparlamentarilərin, məlum mövzunu inhisarlarına alaraq ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv və əsassız iddialar irəli sürən, beynəlxalq aləmdə müstəqil siyasət yeridərək milli maraqlarını, öz gəlir-çıxarlarını təmin edən gənc respublikamıza münasibətdə vahid mövqedən çıxış edən bu antimilli əcnəbi və daxili çevrələrin sanki mövsümi xarakter daşıyan, bəzən əndazəni, diplomatik çərçivəni aşan şantaj xarakterli davranışları özünü daha qabarıq şəkildə böyüklüyündən-kiçikliyindən asılı olmayaraq Azərbaycan iqtidarının qazandığı nailiyyətlərdən sonra göstərir. Son bir il ərzində istər daxili, istərsə də xarici siyasət sahələrində əldə olunmuş müsbət nəticələrə nəzər salmaq kifayətdir.

Təkcə cari ilin ötən dövründə əhalinin sosial müdafiə cəhətdən ən zəif təbəqələrinin, xüsusən qaçqın və məcburi köçkün, şəhid ailələrinin həyat, məişət şəraitinin daha da  yaxşılaşdırılmasına, dövlət idarəçiliyinin səmərəliyinin artırılmasına, hüquq-mühafizə fəaliyyəti sahəsində köklü islahatların aparılmasına, dövlət-vətəndaş münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə yönəlmiş addımları xatırlamaq kifayətdir.

Bu ilin Novruz bayramı ərəfəsində dövlət başçımızın böyük humanizm və mərhəmət göstərərək 400 nəfərə yaxın məhkumu əfv edərək sonuncuları ailələrinə və yaxınlarına qovuşdurması cəmiyyətdə vətəndaş həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli mesajlardan biri olmaqla yanaşı, uğurlarımıza sevinməyən bədxahlarımızı və dəstəkçilərini dərin xəyal qırıqlığına uğratdı, onları möhkəm qıcıqlandırdı.Yüksək tribunalardan şablon ifadələrlə, ikili standartlara qulluq edən ittihamlarla, saxta bəyanatlarla ölkəmizə dil uzadan, kükrəyən birilərinin  arqumentlərini əllərindən aldı, onları “tərksilah”etdi desək, yəqin ki, yanılmarıq. Hakimiyyətin opponentlərini məyus etmiş, onları kədərə soxmuş bu uzaqgörənliyi, cəsarəti, dostlarımızı sevindirmiş məlum diplomatik məharəti və comərdliyi dünyanın çeşidli dövlət, siyasi xadimlərindən tutmuş ən mötəbər təşkilatların rəhbərlərinədək çoxu ədalət və insaf naminə yüksək qiymətləndirdi, ən pis halda təqdir etdilər. Ölkəmiz adına atılan bütün addımları hər zaman özlərinin dar və dayaz, primitiv düşüncə bucaqlarından, guya hansısa dövlətin, yaxud təşkilatın basqısının nəticəsi kimi “dəyərləndirməyə” öyrəşmiş antimilli radikal qüvvələr ölkə və beynəlxalq ictimaiyyət, dairələr tərəfindən birmənalı şəkildə müsbət qiymətləndirilən kütləvi əfv aksiyasını özlərinin gözə görünməyən, olmayan fəaliyyətlərinin nəticəsi kimi sırımağa, bu yöndə özlərinə təskinlik verməyə cəhd etsələr də, fakt faktlığında qalır. Görünən dağa nə bələdçi? Yalnız xırda istisnalar olmaq şərti ilə...

Yəni dünənədək Avropanın, Amerikanın yüksək tribunalarından sevdikləri insan haqları mövzusunda moizə oxumağa, bu sahədə “rəhbər göstəriş”lərini  verməyə öyrəncəli olmuş, şübhəsiz ki, erməni sevgisindən yoğrulmuş bəzi siyasətbazlar, əllamələr birdən-birə çarəsiz duruma, depressiyaya düşdülər. Bu adamlar əfvə dair son sərəncamın ruhuna və mahiyyətinə aşıq-aşkar şəkildə hansısa mənfi fikir söyləməyə cürət etməsələr də, məlum mövzunu manipulyasiya və spekulyasiya predmetinə çevirib bu dəfə “Amnesti İnternational” təşkilatının dili ilə ölkəmizin ünvanına çamur atmağa girişiblər. Guya ki, əfv olunanların çoxluğu Azərbaycanda məhbusların sayının artmasının göstəricisidir və s. Yaxın zamanlaradək bəzi avropalı siyasətbazlar, deputatlarla yerli,”müstəqil” hüquq müdafiəçilərinin hardasa alver, bazarlaşma predmetinə çevirdikləri, elə hər iki tərəfə külli miqdarda vəsait gətirən hansısa “siyasi məhbus” siyahılarının mövcudluğu şübhə altına alınıb, məhkum soydaşlarımızın və yaxınlarının heysiyyatı ilə oynamağa adət etmiş belələrinin xeyirxah obrazlarında maskaları üzlərindən yerə düşüb. Belələri cinayətkarlıqla mübarizə siyasətinin əlifbasını bilmədən, cinayətlərin artma və ya azalma tendensiyasının, açılmasının , baş vermə səbəblərini araşdırmadan primitiv düşüncə tərzləri ilə respblikamızı növbəti dəfə hansısa reytinq cədvəllərində ölkəmizi siyahının sonuna keçirmək istəklərilə həqiqətən tamamilə cığal, qərəzli və islaholunmaz xarakterlərini növbəti dəfə ortaya qoymuş oldular.

Hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının ölkəmizdə cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai asayişin etibarlı təmini istiqamətlərində apardıqlarıiş, kriminogen durumun nəzarətdə olması, ümumən cinayətlərin bir sıra ağır növlərinin ilbəil azalması, açılma göstəricisinin isə 80 faizdənyuxarı olması, əmin-amanlığın yüksək səviyyədə qorunması,asayişin təmini, cinayətkarlıqla mübarizədə əldə edilən müsbət nəticələrgeniş ictimaiyyətə də, yerli və əcnəbi hüquq müdafiəqurumlarına, nüfuzlu beynəlxalq təşkilatlara da yaxşı məlumdur, çünki bu barədə aidiyyatı dövlət orqanları tərəfindən KİV-lər vasitəsilə mütəmadi olaraq məlumatlar yayımlanır. Şübhəsiz ki, cinayətkarlığı doğuran səbəblər, onların kriminoloji aspektləri, cinayətlərin artma-azalma tendensiyaları, həyata keçirilən qətiyyətli və prinsipial hüquq-mühafizə siyasəti sayəsində açılma göstəricisinin əksər Qərb dövlətlərilə müqayisədə xeyli yüksək olması nəticəsində məsuliyyətə cəlb olunanların, deməli buna görə həm də məhkəmələr tərəfindən cəzalandırılanların sayı kimlərəsə çox görünə, cinayətə görə cəzanın labüdlüyü prinsipinin dönmədən həyata keçirildiyi ölkələrdə bəzən belə tendensiyalar da özünü göstərə bilər və belə durum onları, təbii ki, həmin xətdən, doğru yoldan çəkindirməli də deyil. Burada “qızıl ortam” praktikada özünü təsdiqləmiş bir metod da var ki, ölkəmiz də həmin istiqamət üzrə uğurlu məsafə qət edib. Yəni cinayətkarlıqla sərt mübarizə xətti cəza siyasətinin humanistləşdirilməsi ilə paralel şəkildə həyata keçirilir.

Məhz həmin siyasətin uğurla həyata keçirilməsinin növbəti bariz nümunəsidir ki, əfv olunanların arasında elə yerli hüquq müdafiəçilərinin çeşidli, sövdələşmə predmetinə çevrilmiş siyahılarında adları “siyasi məhbuslar” kimi hallanan şəxslər də yetərincəydi və birdən-birə xeyli sayda keçmiş məhkumun azadlığa buraxılması ölkəmizə qarşı vahid mövqedən çıxış edən “müstəqil” ekspertlərin və xarici himayədarlarının “məhbus alveri”nə sarsıdıcı zərbə vurdu və bu, böyük ölçüdə sonuncuları sonradan dövlətimizə qarşı  məkrli planlar quraraq reallaşdırmaqdan, saxta arqument bazasından məhrum etdi. Ölkə başçısının məhbus siyahılarını siyasi və maddi gəlir mənbəyinə çevirmiş məlum şəbəkənin üzərinə cəsarətlə getməsi bu çevrəni yenidən toparlanmağa, köhnə bazaya yeni isimlər daxil etməyə sövq edib.

Görün mənəvi cəhətdən deqradasiya, hər şeydən, hətta şəhid mövzusundan da qazanc götürmək arzusu nə həddə çatıb ki, ötən ilin iyulun 10-da Gəncə şəhərində ictimai asayişin qorunması üzrə xidməti vəzifələrini yerinə yetirən 2 polis əməkdaşını qətl edən, bir neçəsini isə yaralayan,hazırda Cinayət Məcəlləsinin bir sıra ağır maddələrinə əsasən təqsirləndirilənlər qisimlərində məhkəmə qarşısına çıxan radikal dini yönümlü bir sıra şəxslər də məlum şəbəkənin maraq dairəsinə düşüb. Törədilmiş ağır cinayətlər, həyatları bahasına asayişi, sabitliyi qorumuş şəhid polislərin hər bir şəxsə örnək olası qəhrəmanlığı, fədakarlığı bir yana qalıb, bir para “müstəqil” hüquqşünas və ekspertlər, onların dəmtutanları isə qondarma məhbus siyahılarını nə vəchlə olursa-olsun uzatmaq sevdasından, asayiş keşikçilərinin qanı üzərindən pul-para, siyasi dividendlər qazanmaq mərəzindən qurtula bilmirlər. Özü də bu cəhdlər elə bəsit və primitiv forma və üsullarla edilir ki, adamın matı-qutu quruyur...Biriləri vətəndaşların təhlükəsizliyi, asayişin, əmniyyətin keşiyindədir, bu yolda hətta həyatlarını da qurban verirlər, digərləri isə sabitliyə, əmniyyətə qəsd edən, iğtişaşlar yaratmaqla dövlətçiliyə qəsd edən, bu yolda polis əməkdaşlarını belə qətl etməkdən çəkinməyən radikal, antimilli ünsürlərin guya ki, hüquqlarını cani-dildən müdafiə edirlər, onların istintaq prosesində guya işgəncələrə məruz qalmalarına dair dezinformasiyalar yaymaqla sonuncuları zorla özlərinin “çörək ağacları”na-“siyasi məhbus” siyahılarına pərçim etməyə çalışıırlar.

Məlum olduğu kimi, əhatə dairəsinə, Yer kürəsinin bütün bölgələrində geniş izləyici sayına və əhəmiyyətinə görə dünyanın ən nüfuzlu idman yarışlarından biri- Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi – “SOCAR Azərbaycan Qran-Prisi” cari il aprelin 26-dan 28-dək  olan müddətdə Bakı şəhərində keçirilib.Mübaliğəsiz demək olar ki, həmin möhtəşəm  3 gün ərzində Bakı şəhəri Pekin, Honkonq kimi əvvəlki təsnifat mərhələlərini adlamış dünyanın azman paytaxtları kimi Formula 1-i ən yüksək səviyyədə keçirməklə yüz milyonlarla azarkeşin diqqətini özünün füsunkar gözəlliyinə, Qərblə Şərqin vəhdəti olan arxitekturasına, sözügedən yarışların mükəmməl səviyyədə təşkilinə cəlb etdi, planetin ən məşhur televiziyalarının, KİV-lərinin, sosial şəbəkələrinin manşetinə düşərək eninə-uzununa adı hallandı, dillərə dastan oldu. Təbii ki, hər bir yurdsevər, vətənsevər, normal məntiqi, düşüncəsi olan hər bir şəxs dünyaca məşhur belə bir idman yarışmasının ölkəmizdə, onun paytaxtında keçirilməsindən sonsuz qürur duyar, mükəmməl təşkilatçılıq qabiliyyəti və bacarığı ortaya qoymuş ölkə rəhbərliyinin, həm də hər birimizin, Azərbaycanın uğurunaürəkdən sevinər, respublikamızın, onun milli adətlərinin, eləcə də idman ənənələrinin tanıdılması baxımından belə tədbirlərin burada daha çox keçirilməsini arzulayardı. Hələ onu demirik ki, belə mötəbər idman tədbirinin paytaxtımızdada təşkili ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, regionda lider dövlətə çevrilməsinin, respublikamızda həyata keçirilən geniş quruculuq, abadlıq işlərinə, köklü demokratik, hüquqi islahatlara beynəlxalq birlik və idman ictimaiyyəti tərəfindən verilən yüksək qiymətin əyani təzahürüdür.

Lakin ölkəmizin, hakimiyyətin növbəti nailiyyətinə, parlaq uğuruna sevinmək iqtidarında olmayanlar, cığallıqlarından, qərəzkarlıqlarından və yersiz təkəbbürlüklərindən tərəfdaşları arasında da hər zaman problemlər yaşayanlar indi dövlət mənsublarını şöhrətpərəstlikdə, guya vətəndaşları saya almamaqda günahlandırırlar.  Tarixin ironiyasına baxın: vaxtilə liderlərinə, prinsiplərinə, əqidə yoldaşlarına xəyanət edənlərin, ortabab idman meydançasını doldurmaqda acizlik çəkənlərin gözlərini paxıllıq, xudpəsəndlik, qəflət elə bağlayıb ki, onlar sərbəst toplaşmaq azadlığını bir dəyər olaraq hörmətdən, urvatdan saldıqları bəs deyilmiş kimi, tam üç gün ərzində dünyanın xəbər, idman gündəmini zəbt etmiş əfsanəvi bir yarışla özlərinin miskin mitinqçilik azarları, mənasız məşğuliyyətləri arasında anologiya da aparırlar (?!)

Yeri gəlmişkən, daxili işlər orqanlarının şəxsi heyəti də Formula-1kimi mötəbər beynəlxalq idman yarışı günlərində ictimai asayişin və daxili təhlükəsizliyin etibarlı qorunmasını, planlaşdırılan tədbirləri yüksək səviyyədə həyata keçirib.Təxminən 26 il əvvəl hakimiyyətə gəlib ölkəni vətəndaş müharibəsi təhlükəsi, dağılmış iqtisadiyyat və cinayətkarlığın tüğyan etməsi ilə üzbəüz qoymuş, indi Milli Şura və ya Azərbaycan Xalq Hərəkatı kimi qondarma qurumlarda təmsil olunan köhnə tanış simalar indi də xarici havadarlarından aldıqları təlimatlara və  sifarişlərə uyğun olaraq, mötəbər yarışların, kütləvi tədbirlərin keçirildiyi, yaxud gözlənilən növbəti siyasi, diplomatik uğurlar qazanacağımız ərəfəsində beynəlxalq təşkilatlara ölkəmizdə guya demokratik azadlıqların azlığı, insan hüquqlarının pozulması barədə dezinformasiyalar göndərir, respublikamız barədə yanlış ictimai rəy formalaşdırmağa çalışırlar.

Ancaq onlar bilməmiş deyillər və son ayların təcrübəsi göstərir ki, dünyanın ən inkişaf etmiş dövlətlərində də polis asayişi mühafizə funksiyalarını yerinə yetirərək istənilən qanunsuz aksiyanın qarşısını da alır, ictimai qaydanı kobud şəkildə pozan, tabeçilik göstərməyən şəxslərə qarşı fiziki güc də tətbiq edir. Və bu zaman normal düşüncə, məntiq sahibi olan hər hansı ictimai və ya siyasi təşkilat nümayəndəsi polisi öz vəzifə borcunu yerinə yetirdiyinə görə qınamır, məzəmmət obyektinə çevirmir. Hələ biz onu demirik ki, ara-sıra Avropa ölkələrindən, məsələn demokratik azadlıqların ayaq açdığı, “sarı jiletlilər”in timsalında Paris şəhərindən də yan keçməyən kütləvi etiraz aksiyalarının, müxtəlif tətillərin qarşısının alınması bəzən asayiş keşikçiləri ilə nümayişçilər arasında şiddətli qarşıdurmalarla da müşayiət olunur. Bu kontekstdə konkret olaraq, Şimali Afrikada və Yaxın Şərqin bəzi dövlətlərində qırğınlarla, böyük dağıntılarla və hakimiyyətin zorla dəyişdirilməsi ilə nəticələnən məlum proseslərin sonda həmin ölkələrin xalqları üçün nə ilə yekunlaşdığı, onlara hansı sürprizlər bəxş etdiyini görməmək mümkün deyil. Necə deyərlər, zaman ən böyük və ədalətli hakimdir!

Belələrinə qısa bir xatırlatma yerinə düşərdi. Əvvəla, həm siyasi, həm sosial-iqtisadi, həm də demokratik islahatların uğurla həyata keçirildiyi, dünyanın inkişaf edən ölkələri sırasına çıxmaqda olan Azərbaycanı hər hansı bir Şərq, yaxud Qərb dövləti ilə müqayisə etməyin, ölkəmizdə inqilab, üsyan, yaxud vətəndaş müharibəsi üçün münbit şərait olduğunu düşünməyin özü, ən azından qərəzli yanaşmadır. Azərbaycan vətəndaş müharibəsini də görüb, çevriliş cəhdlərini də, ümummilli liderimizin müdrikliyi, ölkə Prezidentinin dərin zəkası, qətiyyəti və uzaqgörənliyi sayəsində qansız-qadasız ən demokratik islahatları və inkişafı da. Gənc respublikamız dünyanın demokratik, sivill, hüquqi dövlətlərindən biri kimi bütün bu sayaq problemləri keçmişdə qoyub və indi bizim üçün yalnız bir düşmən, bir müharibə cəbhəsi var.

Əməkdaşlarımız və hərbi qulluqçularımız ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda fədakarlıq göstərib bu yolda qurbanlar verməklə yanaşı, sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın qorunmasında, qanunsuz aksiyaların qarşısının alınmasında hər zaman öz həlledici sözünü demiş və bundan sonra da deyəcəklər..

Orxan MANSURZADƏ
polis polkovniki



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ