şənbə günü, 14 noyabr 2026
     

Ceyhun Bayramovun birillik nazir fəaliyyətinə ekspert və ictimai baxışlar...

Image


Nadir İsrafilov: “Ceyhun Bayramovun birillik fəaliyyəti dövründə hazırda təhsilə dair strategiyamız hazırlanıb, məqsədimiz müəyyənləşdirilib, vəzifələrimiz aydınlaşıb”
“C.Bayramov ona göstərilən etimadı layiqincə doğruldur”
İlqar Orucov: “C.Bayramov bir nazir kimi təhsil sahəsində islahatları uğurla davam etdirir”

 

Təhsil cəmiyyətin onurğa sütunudur. Sağlam təməllər üzərində inkişaf edən təhsil xalqın etibarlı gələcəyinin təminatçısıdır. Dövlətin təhsil siyasətini həyata keçirən Təhsil Nazirliyi təhsilin yeni inkişaf istiqamətlərini müəyyən edir.

Təhsil ən mühüm sahələrdən biri kimi hər zaman dövlətin diqqət mərkəzindədir və təhsilin inkişafı üçün dövlət müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirir. Son illər özünün yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan təhsili dünya təhsil standartlarına uyğun istiqamət götürüb.

İstənilən sahənin hansı səviyyədə inkişafını analiz etmək üçün ilk növbədə həmin sahəyə rəhbərlik edən şəxsin fəaliyyətinə nəzər salmaq lazımdır.

23 aprel 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin edilən Ceyhun Bayramovun bu vəzifədə fəaliyyətinin bir ili tamam olub.

Ekspertlər qeyd edirlər ki, nazir təyin edilməmişdən əvvəl təhsil nazirinin müavini, sonra isə nazir əvəzi olan C.Bayramov bu vəzifələrdə işlədiyi müddətdə Azərbaycan təhsil idarəçiliyinin nəbzini tuta bilib. Təhsil mütəxəssisləri hesab edirlər ki, C.Bayramov nazir təyin edildikdən sonra öz təcrübəsindən istifadə edərək bu sahənin inkişafına yönəlik addımlar atıb. Onların bildirdiyinə görə, bu bir il müddətində təhsil sahəsində bir sıra müsbət dəyişikliklər baş verib.

C.Bayramovun rəhbərlik etdiyi təhsil sisteminə gətirdiyi yenilikləri şərh edən təhsil mütəxəssisləri vurğulayırlar ki, bu bir ildə inkişafa köklənən mühüm addımlar atılıb.

  • “Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində köklü islahatların aparılması, təhsilimizin taleyüklü problemlərinin həll edilməsi...”

Tanınmış təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər” bildirdi ki, C.Bayramovun fəaliyyətindən razıdır. “Mən bir səmimi insan, yetkin vətəndaş, istər nəzəri, istərsə də lazımi praktiki potensiala malik bir ziyalı kimi C.Bayramova hələ nazir müavini postunda olarkən öz hörmət və rəğbətimi bildirmiş, təhsil naziri səlahiyyətlərini icra edərək nazir kimi təsdiqlənərkən də mətbuata açıqlamamda demişdim ki, C.Bayramovun namizədliyi daha real görünürdü və gözlənilən idi.

Bu gün də öz əvvəlki mövqeyimdə qalıram. C.Bayramovun birillik fəlaiyyəti dövründə hazırda təhsilə dair strategiyamız hazırlanıb, məqsədimiz müəyyənləşdirilib, vəzifələrimiz aydınlaşıb,  sistemin daha da optimallaşdırılması və rasionallaşdırılması üçün konkret hədəflərimiz dəqiqləşib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında strateji hədəflər üzrə tədbirlərin həyata keçirilməsi üçün zəruri əsaslar, icra müddəti və icraçılar belə təsdiqini tapıb. Bircə qalır Fəaliyyət Planının icrasına ciddi nəzarətin həyata keçirilməsi və bu prosesin təmin edilməsində Təhsil Nazirliyi aparatı və təhsili idarəetmə sisteminin digər yuxarı eşalonlarında vakant olan yerlərə səriştəli, təhsili bilən və bu sahə ilə bilavasitə bağlı olan peşəkar kadrların seçilib yerləşdirilməsi, mobil və işgüzar komandanın formalaşdırılması və bütün heyətin strateji hədəflərə doğru səfərbər edilməsi... Hesab edirəm ki, iqtisadçı və hüquqşünaslıq ixtisasları üzrə əsaslı biliklərə yiyələnən, idarəetmə sahəsində müxtəlif vəzifələrdə kifayət qədər təcrübəyə malik, ən başlıcası isə 2013-cü ilin avqust ayından təhsil nazirinin müavini kimi məsul vəzifə daşıyan C.Bayramov ona göstərilən etimadı layiqincə doğruldur. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində köklü islahatların aparılması, təhsilimizin taleyüklü problemlərinin həll edilməsi istiqamətində öz hərtərəfli bilik və bacarıqlarını, idarəetmə sahəsində qazandığı təcrübəsini əsirgəmir”.

  • “Təhsil sahəsində görülən işlər bir ildə deyil, bir neçə ildən sonra üzə çıxır və bəhrəsini verir”

N.İsrafilovun bildirdiyinə görə, ümumiyyətlə, gəldiyi qənaət budur ki, təhsil sahəsindəki uğur və nailiyyətləri görməmək və qiymətləndirməmək, ən azı, ədalətsizlikdən başqa bir şey deyil. “Bir də ki, təhsil sahəsində mövcud olan müəyyən problemləri bilavasitə nazirin adl ilə bağlamaq, onun fəaliyyəti ilə əlaqələndirmək kimi yanlış tendensiyadan nəhayət ki, əl çəkmək vaxtı gəlib çatıb. Belə ki, nazir başda olmaqla, Təhsil Nazirliyi təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əlbəttə, “Strategiya”da da qeyd edildiyi kimi, təhsilin idarə olunmasında başlıca problemlərdən olan tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməsi, təhsil müəssisələrinin idarəetmədə rolu ilə bağlı olan məhdudiyyətlərin aradan qaldırılması, dövlət təhsil müəssisələrinin maliyyə müstəqilliyinin təmin edilməsi, təhsil müəssisələri rəhbərlərinin tədrisin nəticələrinə görə məsuliyyətinin artırılması, peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin yaradılması və bir çox sahələrdə hələ də həllini gözləyən məsələlər var, bu istiqamətdə işlər ardıcıl və sistemli şəkildə davam etdirilməlidir və etdirilir də. Unutmayaq ki, təhsil həm də çoxsahəli və çoxaspektli əməkdaşlıq sahəsidir. Bir də ki, bir il qısa müddətdir və bu müddətə görə təhsil nazirinin işini qiymətləndirmək, hansısa subyektiv və konkret iddia irəli sürmək düzgün mövqe hesab edilə bilməz. Bir ildə görülən işlərin, qəbul edilən proqram və layihələrin nəticələri düşündüyümüz qədər də erkən deyil, yalnız bir neçə ildən sonra üzə çıxır. Təhsil sahəsində görülən işlər bir ildə deyil, bir neçə ildən sonra üzə çıxır və bəhrəsini verir” - deyə N.İsrafilov qeyd etdi.

  • “Müəllimlərin işə qəbulunda yeniliyin tətbiq olunması, ali məktəb müəssisələrində imtahanların şəffaflığının təmin olunması...”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov da hesab edir ki, bu bir il ərzində C.Bayramov ona göstərilən etimadı doğruldub. “C.Bayramovun təhsil naziri təyin edilməsindən ötən bir il ərzində onun rəhbərliyi ilə təhsil sahəsində müsbətə doğru xeyli iş görülüb. Təhsil elə bir sahədir ki, orada islahatların kifayət qədər sürətlə həyata keçirilməsi, əlbəttə ki, mümkün deyil. Hətta qeyd etmək istəyirəm ki, özündən əvvəlki təhsil naziri Mikayıl Cabbarovun başladığı işləri C.Bayramov davam etdirdi. Bu özü də müsbət bir haldır. Mahiyyətcə onlar eyni komandada olan insanlardır. C.Bayramovu da məhz təhsil sektoruna M.Cabbarov gətirib. Bu gün təhsildə islahatlar davam edir. Müəllimlərin işə qəbulunda yeniliyin tətbiqi, ali məktəb müəssisələrində imtahanların şəffaflığının təmin olunması, tələbə köçürülməsi, direktorların təyin olunması və s. bu islahatlara aiddir. Bütün bunlar çox müsbət tendensiyalardır. Əlbəttə, təhsil hər bir ölkənin bel sütunudur və Azərbaycanda da cənab Prezident və eyni zamanda da Birinci vitse-prezident tərəfindən təhsilə qayğı və diqqət göstərilir, əhəmiyyət verilir. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin vacib qolunu da təhsil təşkil edir. Təhsil Nazirliyinə də kimin rəhbərlik etməsi, cənab Prezidentin gördüyü işlərə təkan verməsi olduqca vacib idi. Hesab edirəm ki, C.Bayramov təhsil sahəsində islahatları uğurla davam etdirir. Təhsildə islahatlar tez bir zamanda bəhrəsini vermir, çünki bu, çoxpilləli prosesdir. Azərbaycan təhsilinin dünya təhsili ilə ayaqlaşması üçün, əlbəttə, xeyli iş görülməlidir. Düşünürəm ki, C.Bayramov bu istiqamətdə işlər görür, addımlar atır” - deyə İ.Orucov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ