şənbə günü, 14 noyabr 2026
     

Arıqladıcı “Meri” çayının fəsadları – ölümdən qayıtdığını iddia edən xəstənin dedikləri...

Image


Bəzən o məhsullar daha çox reklam olunur ki, onların insanlar tərəfindən kütləvi şəkildə istehlak edilməsində maraqlı olan qüvvələr var. Əlbəttə, bu gün ən çox reklam olunan məhsullar sırasında arıqladıcı çaylar ilk yerlərdən birini tutur.

Çox təəssüf ki, bu məhsulların reklam edilməsində şou-biznes nümayəndələri, müəyyən tanınmış müğənnilər xüsusi canfəşanlıq göstərirlər. Hazırda sosial şəbəkələrdə və müxtəlif onlayn dərman satışı ilə məşğul olan internet portallarında müğənnilərin birbaşa iştirakı ilə müxtəlif adda, qablaşdırmada arıqladıcı çaylar reklam edilir. Bu çaylardan davamlı istifadə edən insanların böyük əksəriyyəti isə əsasən onları qəbul etdikdən sonra həm bioloji, həm də psixoloji problemlər yaşadıqlarını deyirlər.

Son zamanlar sosial şəbəkələrdə geniş şəkildə reklam edilən “Meri” adlı arıqlatma çayından istifadə edənlər də ciddi sağlıq problemləri yaşayırlar. Bu günlərdə oxucularımızdan biri bizimlə əlaqə saxalayaraq “Meri” çayının onun orqanizmində yaratdığı fəsadlardan şikayətləndi. Oxucumuz bildirdi ki, reklama uyaraq, sözügedən çaydan istifadə etdikdən sonra onda dəhşətli baş ağrıları, baş gicəllənmələr, kəskin halsızlıq, davamlı iştahsızlıq və s. hallar yaranıb. O qeyd edir ki, qiyməti 50-60 manat olan “Meri” çayını 15 gün müddətində gündə iki dəfə içməklə artıq çəkidən xilas olacağını zənn edirmiş, lakin öz orqanizmində fəsadların yarandığını görüb həkimlərə müraciət edib. Həkimlər ona bildiriblər ki, istifadə edən insanlarda ciddi asılılıq, eyini zamanda, kəskin fəsadlar yaradan “Meri” çayı ilə bağlı həkimlərə müraciətlər artıb. Həkimlər “Meri” çayı istifadəçisinə onu da deyiblər ki, sən yaxşı qurtarmısan, bu çayın fəsadlarını tez hiss edib həkimə müraciət etmisən, gec olsaydı, daha ağır problemlərlə üzləşərdin.

Qeyd edilənə görə, sözügedən çay həm toz, həm də kiçik bağlama şəklində satışa çıxarılır. Oxucumuzun sözlərinə görə, “Meri” çayı şou-biznesçilər, müğənnilər tərəfindən reklam edildiyi üçün, o bu vasitənin etibarlılığına və müsbət təsir gücünə inanıb. Oxucumuz insanları ”Meri” çayının reklamına aldanmamağa çağırır. O hesab edir ki, arıqlamaq istəyənlər qətiyyən bu çayın şirnikləndirici reklamına aldanmasınlar.

“Meri” çayının tərkibində hansı maddələr ola bilər ki, istehlakçıda halsızlıq, başgicəllənmə və digər fəsadlar, eləcə də asılılıq yaradır?

  • Adil Qeybulla: “Konkret olaraq “Meri” çayına gəlincə, onun tərkibi haqqında birmənalı fikir söyləmək çətindir”

Tibb elmələri doktoru, professor Adil Qeybulla “Bakı-Xəbər”ə bildirdi ki, bütün arıqladıcı çayların və dərman vasitələrinin tərkibinə insan orqanizmi üçün zərərli maddələr qatılır. A.Qeybullanın sözlərinə görə, arıqladıcı təsirə malik olduğu deyilən çayların böyük əksəriyyətinin qutusunun üzərində onun tam tərkibi haqqında məlumat qeyd edilmir. “Arıqladıcı çayların orqanizmə bir sıra mənfi təsirləri var. Onlar iştahsızlıq yaradır. Eyni zamanda, bədəndən həddən artıq maye ifraz olunur. Bu vasitələr tərkibindəki maddələrlə çəkinin itirilməsinə səbəb olur.  Söhbət ondan gedir ki, bu cür vasitələri, çayları qəbul edən, uzun müddət aclıqda olan şəxslər əziyyət çəkirlər. Bədən belədir ki, doymamış yağ turşuları, əvəz olunmayan amin turşuları mütləq orqanizmə xaricdən qəbul olunmalıdır. Orqanizm uzun müddət ac qalırsa, onda beyində mürəkkəb molekulyar proseslərin gedişi pozulur. Hətta insanda psixi dəyişikliklər kimi hallar baş verə bilər. Ona görə də arıqlamaq istəyən insanlar o çaylardan içməkdənsə, peşəkar dietoloqlara müraciət etsinlər. Sağlam arıqlamaq lazımdır, onun da yolu peşəkar dietoloqlardan keçir. Əhaliyə də tövsiyəm odur ki, bu cür çayları qəbul etməkdən imtina etsin. Tutalım, biri həmin çayı alırsa və bu ona müsbət təsir göstərirsə, başqaları da ondan alıb istifadə edirlər, nəticədə də sözügedən problemlər yaşanır. Özünümüalicə metodlarının çox ciddi fəsadları olur və biz bunu bir neçə epizodda görürük. Hesab edirəm ki, bu yoldan çəkinmək lazımdır”.

A.Qeybulla qeyd etdi ki, Azərbaycandan fərqli olaraq, dünyanın heç bir yerində xəstə həkim göstərişi olmadan gedib hansısa bir aptekdən dərman, çay almır, heç onu satmırlar da. O qeyd etdi ki, apteklər market olmadığı üçün, burada satılan bütün vasitələr resept əsasında verilməlidir. “Konkret olaraq “Meri” çayına gəlincə, onun tərkibi haqqında birmənalı fikir söyləmək çətindir. Çünki onun tərkibi haqqında məlumat yoxdur. Bu çay istifadəçilərin orqanizmində belə ciddi fəsadlar yaradırsa, ola bilsin ki, onun tərkibində beyinə kütləşdirici təsir göstərən, orqanizmə zərər vuran maddələr var. Yəni bu çayın mənfi təsir imkanları müxtəlifdir. Bu çay da, başqa çaylar da müxtəlif vasitələrdən hazırlanır, onların tərkibinə insan orqanizminə zərərli maddələr vurulur. Elə çaylar var ki, onlar kimyəvi vasitələrdən hazırlanır. Çox təəssüflər olsun ki, arıqladıcı çayların və digər vasitələrin tərkibi üzərində göstərilmir. Çünki tərkibi müəyyən olunmayan vasitələrə izah vermək çətin olur” - deyə A.Qeybulla bildirdi. O hesab edir ki, bütün arıqladıcı vasitələrin, eləcə də çayların tərkibi ciddi şəkildə yoxlanılmalıdır.

  • Leyla Bayramova: “Son zamanlar bu tip reklamlar sosial şəbəkələrdə geniş yayılıb”

Həkim-terapevt Leyla Bayramova isə hesab edir ki, bu çaylar xüsusi şəkildə hazırlanır və onun məqsədi insan orqanizmini sıradan çıxarmaqdır. O qeyd etdi ki, son zamanlar bizim cəmiyyətdə arıqlamaq dəbə minib və insanlar bunun yolunu müxtəlif arıqladıcı çaylarda görürlər. “Bir çoxları, xüsusilə də qadınlar tez bir zamanda artıq çəkidən azad olmaq üçün müxtəlif çaylardan istifadə edirlər. Bir mütəxəssis kimi demək istəyirəm ki, bu çayların mənfi tərəfləri nəzərə alınmalıdır. Arıqlama çayı içən insanların böyük əksəriyyəti həkimə baş ağrıları, baş gicəllənmə, həddindən artıq maye ifraz etmə, böyük və kiçik bayıra tez-tez getdikləri ilə bağlı şikayətlər edirlər. Onlara izah edirik ki, sürətli arıqlama insanın həyatı bahasına başa gələ bilər. Elə xəstələr var ki, deyir 1 ayda 10 kiloqram, 40 gündə 17-20  kiloqram arıqlamışam. Bu da bədənin kifayət qədər zəifləməsi deməkdir. Çox təəssüf edirəm ki, tərkibi gizlədilən bir sıra arıqlatma çayları insan orqanizmini daxildən sökür. “Meri” çayının reklamına sosial şəbəkələrdə tez-tez rast gəlirik. Onu əsasən müğənnilər reklam edirlər. Müğənnilər bu çaydan istifadə etmirlər, sadəcə pul qarşılığında onun reklamında iştirak edirlər. Bilirsiniz ki, son zamanlar bu tip reklamlar sosial şəbəkələrdə geniş yayılıb və bu çaydan zərər çəkənlər çoxdur. Bu çayın tərkibi haqqında geniş məlumat verilmir. Tez bir zamanda arıqlatmaq təsirinə malik olduğu reklam edilən bu çaydan asılı olanlar var. Bu tip çaylardan istifadə düzgün deyil. Sağlam çəki atmaq üçün müyyən müddət lazımdır. Birdən-birə verilən kilolar insan orqanizmi üçün böyük fəsadlara gətirib çıxara bilər. Hətta insan həyatına belə son qoya bilər” - deyə həkim-terapevt bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ