Paytaxt Bakı artıq dördüncü dəfədir ki, dünyanın ən aparıcı avtoidman yarışı olan "Formula 1"ə ev sahibliyi edir. Əlbəttə ki, keçirilən üç yarışda ölkəmiz bu Avropa Qran-prisinə ev sahibliyini üzərinə düşən qədərini etdi. Bunu həm təhlükəsizlik həm də ki, yarışın təşkilində görmək mümkün idi.
Bunu yarış barədə dünyanın bəzi kütlləvi informasiya sayıtlarında yazılan məqalələrdən, çəkilən videoroliklərdən bilmək olar. Təhlükəsizlik əlbəttə ki, bu yarışda ən vacib məqamlardan birdir. Bunun üçün Azərbaycan polisi səfərbər olub desək heç də, yanılmarıq. Gücləndirilmiş iş rejiminə keçən Daxili İşlər Nazirliyinin əməkdaşları yarış trekinin yaxınlığında hərtərəfli təhlükəsizliyin, həm yarışa qatılan izləyicilərin, həm də nəqliyyatın intensiv hərəkətinin təminatçısıdır. Bu işdə POLİSİMİZƏ dəstək də var. Ilk dəfə olaraq Azərbaycan Respublikasının “Polisə Dəstək” İctimai Biriyi DİN əməkdaşlarının işinə yardımçı olmaq üçün öz könüllülərini Formula 1 Avropa Gran Prisinin keçririldiyi əraziyə cəlb edib.
Bəs bu təşəbbüs hardan Gəldi? Suallarımızı Azərbaycan Respublikasının “Polisə Dəstək” ictimai Biriyinin sədri Şəmsəddin Əliyev cavablandırdı.
“Əvvəla onu deyə bilərəm ki, Beynəlxalq tədbirə Bakının ev sahibliyi etməsi, bütün Azərbaycan vətəndaşları üçün qürur hissi ilə qarşılanmalıdır və qarşılanır da. Həm də bu Qran-prinin keçirilməsi Beynəlxalq aləmə bir daha sübut edir ki, Azərbaycanda sabitlik var, təmin olunur və davamlıdır. Bu təhlükəsizliyi təmin edən qurumların əməkdaşları kifayət qədər peşəkar və öz işinin təminatçısıdır. Bizdə bir qurum olaraq yəni Azərbaycan Respublikasının “Polisə Dəstək” İctimai Birliyi olaraq yarışa qatılan işitakçıların, burda həm əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdə var, onların da təhlükəsizliyinin təmin olunmasında Daxili İşlər Nazirliyinin əməkdaşlarına dəstək oluruq. İlk dəfədir ki, “Polisə Dəstək” İB-yi polisə bu yarışda dəstək olur. Düzdür Ölkəmizdə keçirilən bir çox mötəbər yarışlarda qurumun əməkdaşları öz vəzifə borclarını yerinə yetirib, polislə çiyin-çiyinə çalışıb. Amma Formula 1-də ilk dəfə olmağımızdan qürurluyuq” – Ş.Əliyev bildirib.
Baki-xeber.com