şənbə günü, 14 noyabr 2026
     

Masallıda supermarketə qurban verilmiş Vətən Müharibəsi abidəsinə görə kənd camaatının etirazı yenidən fəallaşır... - FOTO

Image


Masallı rayonunun Qızılavar kəndində, Masallı-Boradigah yolunun sol tərəfində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan möhtəşəm abidənin dağıdılması ilə bağlı məlumat vermişdik. Həmin kəndin sakinləri yenidən redaksiyamızla əlaqə saxlayıblar. Onlar bildirirlər ki, prosesdə heç bir irəliləyiş yoxdur, rayon rəhbərliyi baş verən vandallıq hərəkətini ört-basdır etməklə məşğuldur.

Xatırladaq ki, biz bu istiqamətdə apardığımız araşdırma nəticəsində bir çox qurumla əlaqə saxlayıb, həmin tarixi abidənin niyə sökülməsilə maraqlanmışıq. Ancaq təəssüflər olsun ki, əlaqə saxladığımız bütün qurumların rəsmiləri, əslində, bu ciddi hadisə ilə bağlı yaxalarını kənara çəkməyə çalışıblar.

Məsələn, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, onlarda belə bir məlumat yoxdur: “Bu cür abidələr Mədəniyyət Nazirliyinin balansında olur və onlara heç kim toxuna bilməz... Mən icra nümayəndəsi və bələdiyyə ilə məsələni dəqiqləşdirdim. Həmin abidəni əvəz edən yenisini tikəndən sonra köhnəni söküblər. Hətta yeni abidənin açılışı da olub. Bu, kənd əhalisinin tələbi ilə baş tutub. Yeni abidənin açılışı ilə bağlı fotolar da var”.

Çox maraqlıdır ki, ucaldıldığı iddia edilən yeni abidə köhnənin yerində tikilməyib. Bu hərəkətə etiraz əlaməti olaraq, bəzi kənd sakinləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Həmin abidənin sökülməsinə 71 saylı Masallı kənd seçki dairəsinin sədri İlkin Əzizovun rəhbərlik etdiyi deyilir.

Mədəniyyət Nazirliyindən isə bizə deyiblər ki, bu işlərlə qurum yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məşğul olur. Həmin xidmətin ictimaiyyətlə əlaqələrin tənzimlənməsinə məsul olan əməkdaşı Fariz Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, bu mövzu ona tanışdır: “Sizin ictimailəşdirmənizdən əvvəl vətəndaşlar müxtəlif qurumlara, həmçinin, bizə şikayət ediblər. Məndə olan məlumata görə, hazırda bu iş Masallı Rayon Prokurorluğunda araşdırılır. Mən şəxsən bu məsələ ilə maraqlandım. Nəzərinizə çatdırım ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə tarixi abidələrin tam siyahısı tərtib edilib. Həmin siyahıya 6308 abidənin adı düşüb. Sizin barəsində bəhs etdiyiniz abidə həmin siyahıya düşməyib. Bu səbəbdən də onun mühafizəsi ilə biz yox, müvafiq icra hakimiyyəti məşğul olur. Bu heç də ona əsas vermir ki, hansısa abidə sökülsün. Yəqin ki, araşdırıldıqdan sonra bu məsələyə lazımi qiymət veriləcək”.

Qeyd edək ki, bizim ictimailəşdirdiyimiz bu mövzu cəmiyyətdə ciddi narazılıqla qarşılanıb. Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan bu hərəkətlə bağlı hətta bəzi sol təmayüllü siyasi partiyalar da etiraz bəyanatları veriblər.

Bizimlə yenidən əlaqə saxlayan həmin kəndin bir neçə sakini bildiriblər ki, bu hadisə kənddə böyük narazılığa səbəb olub. Həmin kəndin sakini Əsədov Ağaddin Cəmiyyət oğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onların şikayət etmədiyi instansiya qalmayıb: “Sizi inandırım ki, kəndimizin bəzi sakinləri rayon rəhbərliyinin bu məsələyə laqeyd yanaşması səbəbindən Rusiya mətbuatına üz tutmaq istəyirdilər. Onları bu yoldan çəkindirdik və izah etdik ki, bizim səsimiz ölkə rəhbərliyinə çatsa, mütləq tədbir görüləcək. Sizə dərin təşəkkür edirik ki, bu məsələni ictimailəşdirirsiniz. Bu hadisə hamımıza bir təhqirdir. Təkcə bizim kənddən Böyük Vətən Müharibəsində 106 nəfər həlak olub. Məhz onların xatirəsini əbədiləşdirmək üçün bu abidə qoyulmuşdu. Bu ilin aprel ayının 8-dən 9-na keçən gecə həmin abidə ekskavatorla sökülüb, yüklənib “KamAZ” markalı maşına. Sonra aparılıb kəndin başqa bir hissəsinə xəndəyə tökülüb, üstünü də torpaqlayıblar. Səhər biz kəndin mərkəzinə çıxanda gördük ki, abidə yoxdur. Bələdiyyə sədri və ərazi icra nümayəndəsindən öyrəndik ki, onların bu işdən xəbərləri yoxdur. Bunun oğurluq və ya xuliqanlıq niyyətilə edildiyini aydınlaşdırmaq üçün 102 xidmətinə zəng etdik. Bir saat sonra kəndə polis tədqiqatçısı gəldi. Məni soruşdular. Çünki zəngi mən etmişdim.  Tədqiqatçı mənə dedi ki, abidə Rayon İcra Hakimiyyəti başçısının qərarı ilə sökülüb və təmirə aparılıb. Bildirdim ki, təmirə aparılıbsa, onda torpağın altına niyə basdırılıb?”

Kənd sakininin sözlərinə görə, polis kənara çəkilib telefonla danışandan sonra ona deyib ki,  narahat olmayın, abidənin yerində yenisi tikiləcək: “Kənd sakinlərindən abidənin kim tərəfindən söküldüyünü görən olub. Həmin yoldaşın özü də sizinlə danışacaq. Abidənin sökülməsinə bilavasitə rəhbərliyi edən şəxs 71 saylı Masallı kənd seçki dairəsinin sədri Əzizov İlkin Ədalət oğludur. Onun marağı bundan ibarətdir ki, abidənin ətrafında, yolun kənarında 3-4 sot torpağı ələ keçirib, orada ya ticarət, ya da iaşə obyekti tikdirsin”.

- Bizə İcra Hakimiyyətindən bildirdilər ki, həmin abidənin əvəzinə kənddə başqasını tikiblər. Bu düzdür?

- Xeyr, həmin abidə torpağa basdırılıb. Sadəcə, klubun həyətində dalda bir yerdə guya həmin abidəni əvəz edən nəsə quraşdırıblar. Həmin fotonu sizə göndərirəm. Bizim Qarabağ mübaribəsində həlak olan iki şəhid balamız da var. Onlara qoyulan xatirə löhvəsi ilə bunu eyniləşdiriblər. Axı bu iki hadisə arasında xeyli fərq var. Hər halda, müstəqillik şəhidlərimizlə, Böyük Vətən Müharibəsində öldürülənlərin xatirəsini bir tikilidə əbədiləşdirmək düz deyil. Şəkilə baxın. 1941-1945-ci illər müharibəsində həlak olanların siyahısı yazılan löhvənin başına Türkiyənin bayrağını vurublar. Türkiyənin həmin hadisələrə hansı aidiyyəti var? Həmin dəqiqə görünür ki, etdikləri əməli ört-basdır etmək üçün tələsik addımlar atıblar.

- Sizin şikayətinizə baxılmırsa, bundan sonra hansı addımları atmağı planlaşdırırsınız?

- Bizim yeganə istəyimiz ədalətin bərpa olunmasıdır. Həmin abidə öz yerində tikilsin. Çünki ora baxımlı və hər kəsin görə biləcəyi məkandır. Bunlar yerini dəyişməyi zəruri sayırlarsa, niyə həmin abidəni demontaj edib başqa yerdə quraşdırmadılar? Deməli, məqsəd tamamilə başqadır. Bilirdilər ki, kənd sakinləri buna imkan verməzdi. Ona görə də gecə ilə bu vandallığı törətdilər ki, kimsə görməsin.

- Bu məsələ ilə bağlı kəndin ümumi rəyi necədir?

- Hamı qəzəbindən boğulur. Elə adamlar var ki, qorxusundan danışa bilmir. Deyirlər ki, imza toplanıb. Həmin imza atan 10-15 nəfərin hamısının zəif yerləri var. Təzyiq edildiyindən, imza atıblar. İmza atanların hamısı ilə bir-bir görüşdük. Hamısı dedi ki, biz bilməmişik nəyə qol çəkirik. Bəziləri isə dedilər ki, elə bildik abidənin təmiri üçün imza toplayırlar, ona görə imza etdik.

- Son tələbiniz nədən ibarətdir?

- Tariximizin şərəfli parçasını özündə simvolizə edən həmin abidə yerində quraşdırılmalıdır. Amma bununla da iş bitmir. Məlum hərəkəti edən şəxs mütləq qanun qarşısında cəzasını alsın.

Digər kənd sakini Əliyev Malik Xalıq oğlu da “Bakı-Xəbər”ə bildirdi ki, abidənin necə dağıdıldığının canlı şahidi olub: “Abidə ilə üzbəüz çayxana var. Həmin gecə mən orada oturub çay içirdim. İlkin Əzizov ora ekskavator və “KamAZ” gətirdi. Sonra söküb apardılar, başqa yerdə kanala töküb üstünü də torpaqladılar”.

Kəndin digər sakini Rəhmanov Rəhman Müslüm oğlu da həmkəndlilərinin dediklərinin hamısının həqiqət olduğunu bildirdi.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ