şənbə günü, 14 noyabr 2026
     

Eldar Əzizov Bakının lift təsərrüfatında korrupsiya proseslərini gündəmə gətirdi – bir səs-küylü toyun söz-söhbəti yenidən qayıdır...

Image


Məişətimiz üçün elə vacib xidmət növləri var ki, onlar bizim həyatımızın rahatlığını təmin etməlidir. Lakin bəzi hallarda biz bunu hiss edə bilmirik. Çoxmərtəbəli binalarda yaşayan Bakı sakinlərinin ən çox ehtiyacı, tələbatı olan liftdir. Çox təəssüf ki, bu gün Bakının lift təsərrüfatının vəziyyəti elə də ürəkaçan deyil.

Şəhərimizin yaşayış binalarında tez-tez xarab olan köhnə liftlər hələ də qalmaqdadır. Bu da sakinləri ciddi şəkildə narahat edir. Sakinlərin bundan narahat olmağa əsası var. Bilirik ki, dəfələrlə liftin xarab olması, onu idarə edən trosun qırılması nəticəsində liftdə sonu ölümlə nəticələnən hadisələr baş verib. Qəzalı liftlərin insanlara yaşatdığı faciələr bu sahəyə keçmişdə rəhbərlik edənləri deyəsən heç narahat etməyib də. Çünki narahat etsəydi, dövlətin lift təsərrüfatına ayırdığı vəsaitləri şəxsi maraqlarının təminatına deyil, bu sahəyə yönəldər, istifadəçilərin rahatlığını təmin edərdilər.

Gizlin deyil ki, şəhərimizin lift təsərrüfatında bir sıra neqativliklər, konkret olaraq, korrupsiya halları baş verib. Bakı Lift İdarəsinin keçmiş baş direktoru Qüdrət Şükürovun bu sahədəki yarıtmaz fəaliyyəti haqqında kifayət qədər fakt mövcuddur. Başı dövlətin pullarını havaya sovurmağa qarışan Q.Şükürovun yarıtmaz fəaliyyəti şəhərimizin lift təsərrüfatını iflic vəziyyətə salıb. 

Qeyd edək ki, son illər medianın gündəmində olan Q.Şükürovun adı korrupsiya cinayətlərində hallandırılıb. O, medianın gündəminə əsasən qızına etdiyi bahalı toyla gəlib. Belə ki, Bakı Lift İdarəsinin keçmiş baş direktoru Q.Şükürovun qızı Aysel Şükürovaya 400 min dollara başa gələn toy etdiyi barədə məlumatlar mətbuatda yer alıb. Onun qızının toyuna 400 min dollar xərclədiyi və 40 min dollarlıq “Love Story” çəkdirdiyi barədə yazılarla mətbuatla maraqlanan hər kəs tanışdır. Onun qızının Maldiv adalarında bal ayı keçirməsi ilə bağlı xəbərlər də yayılıb və bunu qızı Aysel Şükürova da təsdiqləyib.

Məlum olduğu kimi, fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə və dövlətin pulunu şəxsi məqsədlər üçün, biznesini genişləndirmək, var-dövlətini artırmaq məqsədilə xərclədiyinə, məsul olduğu sahəyə ciddi maddi ziyan vurduğuna görə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) hazırkı başçısı Eldar Əzizov tərəfindən xeyli müddət əvvəl vəzifəsindən azad edilib. “Bakılifttəmir” İstehsalat Birliyinə rəhbərlik etdiyi müddətdə Q. Şükürovun bu sahənin inkişafına heç bir səmərə vermədiyi aydın görsənir. 

Onu da bildirək ki, Bakı Şəhər İcra Hakimiyyətində inventarlaşdırma işlərinin aparılması ilə bağlı hüquq-mühafizə orqanlarının iştirakı ilə komissiya yaradılmışdı və yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən, Bakı Lift-Təmir İstehsalat Birliyində aparılırdı.

Mətbuatda qeyd edilənə görə, bir sıra korrupsiya əməllərində ittiham edilən Q.Şükürovun korrupsiya cinayətlərinin araşdırlması ilə bağlı cinayət işi açılıb.

Məlum olduğu kimi, ölkənin lift sisteminin inkişafı dövlətin diqqət mərkəzindədir və Prezident İlham Əliyev 5 fevral 2019-cu il tarixində “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.  

Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə iş forma və metodlarına, eləcə də neqativ hallar və korrupsiya ilə mübarizə məsələlərinə həsr olunan geniş müşavirə keçirilib. Müşavirədə İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı çoxşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin olunduğunu bildirib.

O, Prezident İlham Əliyevin dövlət qulluqçuları qarşısında qoyduğu tələblərə toxunaraq bildirib ki, hər bir rəhbər işçi öz fəaliyyətində şəffaflıqla çalışmalı, hər hansı korrupsiya hallarına və pozuntulara yol verməməli, dövlət büdcəsindən səmərəli, düzgün istifadə etməli, ən vacibi isə bütün işlərini “təmiz əllərlə” görməlidir. İcra başçısı hələ də bəzi neqativ halların mövcud olduğunu qeyd edib, belə hallara qarşı ciddi mübarizə aparılacağını və aşkarlanan faktlar barədə hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini bildirib.

Struktura daxil olan xidmətlərin işlərindən danışan Eldar Əzizov bildirib ki, ölkə başçısının Bakı şəhərinin lift təsərrüfatının yenilənməsi ilə bağlı müvafiq sərəncamının icrası məqsədilə Almaniya Federativ Respublikasının "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalanmasına hazırlıq gedir.

  • Rəşad Həsənov: “Təsdiqlənən yeni mexanizmlər məhz Bakı Lift İdarəsinin də fəaliyyətində müəyyən qədər müsbət dəyişikliyə səbəb olacaq”

Bakının lift təsərrüfatında neqativ halların mövcudluğunu və bu hala qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsinə ehtiyac olduğunu deyən iqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, bu sahədə korrupsiya əməllərinə yol verən keçmiş rəhbərə qarşı daha sərt tədbirlər görülməlidir. “Bu istiqamətdə bir neçə məsələyə toxunmaq istərdim. Birincisi, çox təəssüf ki, hansısa rəhbərlər korrupsiya haqqında danışanda biz də həmin qurumlarda bu cür neqativ halların olduğuna dair fikirlər ifadə etməyə çalışırıq. Bakı Lift-Təmir İstehsalat Birliyinin fəaliyyəti çox nöqsanlı idi və əksər dövlət qurumlarının da fəaliyyətində ciddi korrupsiya faktları var. Bu istiqamətdə kənar nəzarətin təmin olunması əsas məsələlərdən biridir. Burada həm ictimai nəzarət olmalıdır, həm də bu prosesdə müvafiq funksiyanı həyata keçirən Hesablama Palatasının aktivliyi artmalıdır. Dövlət vəsaitlərinin xərclənməsi zamanı ciddi nöqsanlara yol verilir. Bakının lift təsərrüfatında olan nöqsanların bu gün səsləndirilməsi, eyni zamanda, indiyə qədər bu istiqamətdə səsləndirilən iradların həqiqiliyini təsdiq edən faktdır. Məsələ ondan ibarətdir ki, bu günə qədər Bakı Lift-Təmir İstehsalat Birliyinin fəaliyyəti zamanı dövlətə dəymiş zərər necə ödəniləcək? Söhbət təkcə bundan sonra bu sahədə korrupsiya hallarına son qoyulmasından getmir, həm də dəyən zərərin ödənilməsindən gedir. Biz dəfələrlə müxtəlif dövlət qurumlarının rəsmilərindən korrupsiya ilə mübarizə ilə bağlı çağırışlar eşidirik, lakin sonra həmin qurumların fəaliyyətini analiz edəndə məlum olur ki, sadəcə, bu çağırışların çoxu formal xarakter daşıyır. Ümid edirəm ki, bu iradlar artıq tam olaraq nəzərə alınacaq və qurumun fəaliyyətində növbəti dövrlərdə şəffaflıq təmin olunacaq. Ancaq yalnız çağırışla bu problem bitmir, burada ciddi cəza mexanizmləri olmalıdır. Bundan əvvəl ciddi nöqsanlara yol verən və ictimai vəsaitləri mənimsəyən keçmiş rəhbər şəxslərdən bu vəsaitlərin dövlət büdcəsinə qaytarılması mexanizmi müəyyən edilməli və o vəsaitlərin geri qaytarılması təmin edilməlidir. Bu, büdcənin, xalqın vəsaitidir və son qəpiyinə qədər qaytarılmalıdır”.

R.Həsənov onu da bildirdi ki, Bakının lift problemi 20 ildən artıqdır mövcuddur. Onun sözlərinə görə, ancaq nədənsə bu məsələyə soyuq yanaşılır, bu məsələyə adekvat reaksiya ortaya qoyulmur və nəticədə də xüsusilə Bakının köhnə yaşayış binalarında liftlə bağlı kəskin problem yaranıb: “Bu gün Bakının köhnə yaşayış binalarında istifadə edilən köhnə liftlər vətəndaşın həyatını, məişətini daha da çətinləşdirir. Vətəndaşlar bu liftlərdən istifadə etməklə həyatlarını risq altına qoyurlar. Həm tez-tez baş verən lift qəzaları, həm bu istiqamətə ayrılan vəsaitlərin səmərəsiz xərclənməsi, həm də bu istiqamətdə korrupsiya hallarının baş verməsi hər kəsi narahat edir. Hazırda tender haqqında yeni mexanizmin təsdiqinə başlanıb. Təsdiqlənən yeni mexanizmlər məhz Bakı Lift İdarəsinin də fəaliyyətində müəyyən qədər müsbət dəyişikliyə səbəb olacaq” - deyə R.Həsənov vurğuladı.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ