şənbə günü, 14 noyabr 2026
     

Yanmış “Diqlas”ın sahibi Araz adlı şəxsə qarşı icarədar sahibkarın 500 min dollarlıq iddiası…

Image


Bəzi yerli KİV-in məlumatına görə, Rübabə Vəliyeva adlı sahibkar “Diqlas” və "Lotos” ticarət mərkəzlərinin rəhbəri Araz Rəhimova qarşı şok ittihamlar irəli sürüb. A.Rəhimovu qanunsuz əməllərdə ittiham edən sahibkar qadın deyir ki, ticarət mərkəzinin rəhbəri ona 500 min dollarlıq ziyan vurub.

Qeyd edək ki, məlum yazıda A.Rəhimov ötən ay yanıb külə dönən "Diqlas” Ticarət Mərkəzinin rəhbəri kimi də təqdim edilir. Lakin A.Rəhimov mediaya verdiyi açıqlamada bildirib ki, o, yanan “Diqlas”ın bir hissəsinə rəhbərlik edib. Şikayətçi R.Vəliyeva deyir ki, 2010-cu ildən "Lotos” TM-də gəlinlik paltarlarının satışı və kirayəsi ilə məşğul olub: "2015-ci ildə dolların bahalaşmasından sonra işlərim pisləşdi. Həmin vaxta qədər mağazanın icarə haqqında heç vaxt gecikmə yaşanmamışdı. Lakin işlərin zəifləməsindən sonra icarə haqqını bir neçə ay vaxtında verə bilmədim. Həmin dövrdə oğlum ağır xəstəliyə tutuldu. Əlimdəki pulu da onun əməliyyatına və müalicəsinə xərclədim. "Lotos”un rəhbəri Araz Rəvimovdan icarə haqqını ödəmək üçün vaxt istədim. O isə qapını plomplayıb mənə vaxt verdi. Təxminən bir həftə sonra icarə haqqını gətirdim. Gördüm ki, mağazamda təmizlik işləri aparılır. Mağazada 500 min dollarlıq malım var idi. Hamısı boşaldılmışdı. A.Rəhimov mənə dedi ki, sənin mağazada heç nəyin olmayıb”.

R.Vəliyevanın sözlərinə görə, onun malını özündən xəbərsiz yığıb satıblar: "Mənim cəmi 3260 manat icarə haqqı borcum var idi. Bu məbləğə görə mağazamdakı 500 min dollarlıq malımı çıxarıb satıblar. Bu, özbaşınalıqdır, özgə malını mənimsəməkdir”.

Xanım sahibkar qeyd edir ki, daha sonra məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun qəbulunda olub. M.Seyidov onu dinləyib və şikayətinin araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmova tapşırıq verib. Polisin işə qarışmasından sonra R.Vəliyevanın mallarının bir qismi qonşu "Diqlas" TM-də tapılıb. Polis əməkdaşlarının müşayiəti ilə R.Vəliyevanın başqa sahibkarlara satılmış malları aşkarlanıb, şəkilləri çəkilib: "Nofəl Məhərrəmovun tapşırığından sonra bir tədqiqatçı ilə getdik indi yanıb külə dönmüş "Diqlas” Ticarət Mərkəzində üç mağazada mənim mallarımı tapdıq, şəkillərini çəkdik. Oradakı sahibkarlar dedilər ki, onlar geyimlərin kimin olduğunu bilmirlər, gətirib satıblar, onlar da alıblar. Daha sonra getdik "Lotos”da boş mağazanı çəkdik. Müdiriyyət polisin qabağına çıxmadı.  Bundan sonra N.Məhərrəmovun qəbulunda Araz Rəhimovla üzləşdik. O, polis rəisinin yanında mənə və rəisə söz verdi ki, məsələni həll edəcək. Demişdi gedib mallarıma baxım, görüm nə çatışmır. Baxdım ki, mallarımın cəmi 10 faizini qaytarıb yerinə qoyublar. Mən də buna görə A.Rəhimova razılaşmadım və mallarımın hamısını tələb etdim”. 

Sahibkar xanım deyir ki, bundan sonra bütün aidiyyəti qurumlara dəfələrlə şikayət edib, işin araşdırılmasını tələb edib, A.Rəhimovun qanunsuz əməlinə görə cinayət işi açılmasını tələb edib, lakin heç bir nəticə yoxdur. 

Xanım sahibkar deyir ki, onun şikayətinə yenidən ədalətli şəkildə baxılmasa, Prezident Administrasiyasının qarşısında özünə qəsd edəcək.

Göründüyü kimi, iri ticarət obyektinin  rəhbəri kimi tanınan A.Rəhimovla bağlı olduqca ciddi ittihamlar ortaya qoyulub. Bəs maraqlıdır, iş adamının özünün bu məsələyə münasibəti necədir?

Çox çətinliklə olsa da, A.Rəhimovun özü ilə əlaqə yarada bildik. İş adamı “Bakı-Xəbər”ə  fikirlərinin təhrif olunmayacağı təqdirdə danışmağa razılaşdı. Biz də onun fikirlərini olduğu kimi dərc edəcəyimizə söz verdik. A.Rəhimov açıqlamasını media əhlindən gileylə başladı: “Mən bir iş adamıyam. Heç vaxt da reklam olunmağı xoşlamamışam. Mənim adım “Diqlas”ın yanmasından sonra daha çox gündəmə gəlməyə başladı. Dəfələrlə media mənsublarına desəm də, məni yenə də “Diqlas”ın sahibi kimi təqdim edirlər. “Lotos” ticarət mərkəzinə mən rəhbərlik edirəm, amma “Diqlas”ın bir hissəsinə rəhbərlik məndə olub. Yəni mütləq idarəçiliyə sahib deyildim. Görünür, fikirləşirlər ki, yıxılana balta çalmaq lazımdır. Bəziləri fürsətcil davranır,  “Diqlas”dakı yanğından sonra belə şantajlara əl atırlar ki, bizdən nəsə qopara bilsinlər”.

A.Rəhimov deyir ki, özünü zərərçəkən kimi təqdim edən R.Vəliyevanın şikayət etmədiyi instansiya qalmayıb: “Görüblər ki, şər atır, ona görə də dedikləri təsdiqini tapmayıb. İndi də bu yalanlarını media vasitəsilə cəmiyyətə təqdim edir. Onun belə daş-qaşı varıydısa, satıb elə icarə pulunu verərdi də. Özü dili ilə deyir ki, 3260 manat icarə borcu olub. Gəlin 60 kvadratlıq istənilən bir gəlinlik mağazasını audit edək. Görək ora 500 min dollarlıq mal yığmaq olarmı? O, heç satıcılarının pulunu vermirdi. Bu məsələni bütün polis instansiyaları araşdırıb. Onun icarə borcu vardı, uzun müddət yoxa çıxdı, biz tapıb pulu ala bilmirdik. Axırda məcbur qalıb öz satıcıları və qonşu mağazaların iştirakı ilə onun mallarını aktlaşdıraraq götürdük ki, icarə pulunu gətirəndə qaytaraq. Orada ancaq gəlinlik paltarları olub”.

A.Rəhimov deyir ki, bu xanımı əslən naxçıvanlı olan tanınmış iş adamı Bəy Mamedin vasitəsilə tanıyıb: “O vaxt Mamed məndən xahiş etdi ki, qadına 10 min borc verim ki, gedib mal vursun. Baxdım ki, pulu vermək istəmir. Düz bir ildən sonra ondan pulumu istəyəndə dedi ki, bəs bu, Bəy Mamedin pulu deyil? Dedim, ay xanım, Bəy Mamedin pulu mənim kassamda nə gəzir? Mamedə dedim ki, pulun var da, gətir indi sən ver onun əvəzindən, qoy sənə borclu qalsın. Bəy Mamed də qoşuldu ona, başladı mənimlə qırğın etməyə. Həmin pulu iki ilə bu qadından ancaq aldım. Sonra üç ay icarə haqqını vermədi. 3260-a çatanda onun mağazasını bağladım. Dedim pulu gətirməsən mağazanı açmayacam. Başladı şikayətə. Həmin vaxt Nizami rayonunun polis rəisi olan Nofəl Məhərrəmov məni çağırdı ki, bunu yola ver. Gedib Nərimanovun icra başçısının da yanına xahiş etmişdi. Dedim yola verərəm, amma icarə pulunu vaxtlı-vaxtında versin.  Bununla da razılaşmadı. Sonra gəldi ki, mənim dükanımdan “Svrovski” qaşlarım götürülüb. Bu şantaj üsulu ilə çalışdı ki, mağazasını açdırsın, qalan borcunu da ödəməsin. Mənim özüm ibadət edən adamam. İndiyə kimi bir adam deməyib ki, Araz müəllimin obyektində kiminsə malı oğurlanıb. Buranın dörd bir tərəfi kameradır. Mühafizə xidmət göstərir, hansı oğurluqdan söhbət gedə bilər? Bütün vasitələrlə ona xəbər göndərdim gəlmədi. Məlum oldu ki, bu adam, əslində, borcluların əlindən qaçır ki, onu tapa bilməsinlər. Hamıya da deyirmiş ki, Arazdan pulu alıb, sizin borcları bağlayacağam. Bir ondan soruşun görək, 500 min dollarlıq daş-qaşı Azərbaycana hansı vasitələrlə gətirib? Bunun gömrük bəyannaməsi varmı? Bir sözlə, böhtan və şantajdır”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ