şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanda zorakılıq qurbanı uşaq və qadınlar üçün dövlət sığınacaqları yoxdur…

Image


Məişət zorakılığına məruz qalmış qadınlara ilkin yardımın edilməsi vacib amillərdəndir. Qadın uşaqlarla təkbaşına qaldıqda və ya evdən qovulanda ona dost-tanışı və ya doğmaları tərəfindən yardım edilə bilər. Ancaq elə ailələr var ki, o, məişət zorakılığına məruz qalsa da, müxtəlif səbəblərdən doğmalarının evinə gedə bilmir. Belə olan halda, həmin qadın ya yoldaşının zorakılığına dözmək məcburiyyətində qalır, ya da həyatına son qoyur.

Bu kimi halların yaşanmaması üçün sığınacaq mərkəzləri mövcuddur. Ölkədə sığınacaq mərkəzləri mövcud olsa da, onların sayı yetərincə deyil. Yalnız bir neçə vətəndaş cəmiyyəti təsisatının nəzdində sığınacaq mövcuddur. Təbii ki, həmin sığınacaqlarda da zorakılığa məruz qalan şəxs uzun müddət saxlana bilmir. Həm də onların şəraiti buna imkan vermir. Bəzi hallarda qeyri-dövlət yardım mərkəzləri öz fəaliyyətlərini davamlı olaraq təşkil edə bilmirlər. Əsas problem də onların maliyyələşdirilməsi ilə bağlı olur. 

Xatırladaq ki, 2010-cu ildə ölkə başçısı İlham Əliyev tərəfindən məişət zorakılığının qarşısının alınması ilə bağlı qanun imzalanıb. Bu illər ərzində bəzi işlər görülüb. Bu qanuna sığınacaqların yaradılması və idarə olunması da daxildir.

Ancaq dövlət sığınacaq mərkəzləri olarsa, bu sahədə hər hansı bir problem yaşanmaz. Zorakılığa məruz qalan şəxs rahat şəkildə dövlət sığınacaq mərkəzinə sığınıb, dövlərin onun üçün yaratdığı şəraitdən yararlanar.

Dövlət sığınacaq mərkəzlərinin nə səbəbdən yaradılmadığını öyrənmək üçün aidiyyəti qurumlara müraciət etdik.

  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi - Elgün Səfərov: “Qanunvericilikdə sığınacaqların yaradılması ilə bağlı müddəalar öz əksini tapıb”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirdi ki, müasir dövrdə dövlət sığınacaqlarının yaradılmasına ehtiyac var: “Dövlət sığınacaqlarının yaradılmasının əsas məqsədi zorakılığa məruz qalan, eləcə də müxtəlif səbəblərdən oraya yerləşdirilən vətəndaşlara yüksək keyfiyyətli xidmətin göstərilməsidir. Bu, Azərbaycanda aktual problemlərdən biridir. İstər evdə, istər məktəbdə, istərsə də kənar yerlərdə məişət zorakılığına məruz qalan uşaqlar tam təhlükəsiz və keyfiyyətli xidməti göstəricilərə malik olan sığınacaqlara yerləşdirilməlidirlər. Bunun üçün də dövlət büdcəsindən maliyyələşən sığınacaqlara ehtiyac var. Bu sığınacaq cinsindən, yaşından asılı olmayaraq, zorakılığa məruz qalan bütün şəxslərin təhlükəsiz evinə çevrilməlidir”.

Şöbə müdiri onu da vurğuladı ki, dövlət sığınacaqları yerli icra hakimiyyətlərinin və yaxud da digər dövlət qurumlarının nəzdində beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərə bilər: “İl ərzində məişət zorakılığı kimi qeydə alınan 850 hadisədə zərərçəkənlərin 50-60 faizinin sığınacağa yerləşdirilməsinə ehtiyac yaranır. Onların sığınacaqda formalaşması və gələcəkdə cəmiyyətə inteqrasiyaları üçün müvafiq tədbirlərin həyata keçirilməsi zəruridir. Qanunvericilikdə sığınacaqların yaradılması ilə bağlı müddəalar öz əksini tapıb. Ona görə də Azərbaycanda dövlət sığınacaqlarının yaradılması prioritet məsələlərdən biri olmalıdır”.

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - Fazil Talıblı: “Bu məsələ nazirliyin diqqətindədir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblının sözlərinə görə, bu məsələ nazirliyin diqqətindədir və yaxın zamanlarda bu barədə ictimaiyyətə geniş məlumat veriləcək.

  • Mehriban Zeynalova: “Ölkəmizdə dövlət sığınacaqlarının yaradılmasına ehtiyac var”

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, sığınacaqların tikilməsi yaxşı haldır. Bir sıra ölkələrdə dövlət sığınacaqları mövcuddur: “Ölkəmizdə dövlət sığınacaqlarının yaradılmasına ehtiyac var. Bu gün ölkədə sığınacaq sayı azdır. QHT-lər tərəfindən yaradılmış sığınacaqlar var. Bu sığınacaqlara məişət zorakılığından əziyyət çəkənlər gəlir. Ümumiyyətlə, hər xırda konfliktə görə sığınacağa gəlmək düzgün deyil”.

M.Zeynalova hesab edir ki, eyni formatlı sığınacaqlar yaradılmamalıdır: “Azərbaycan mühiti üçün düşünmə evlərinin yaradılmasına ehtiyac var. Əgər orada təqib yoxdursa, sadəcə başqa şəxslərin müdaxiləsi ilə ailədə problem yaranıbsa, həmin düşünmə mərkəzində mütəxəssisin köməkliyi ilə o şəxs öz həyatına yenidən baxa bilər, ailə münasibətlərində baş verən hadisələrin təhlili üçün imkan yaranar. Təhlükəsiz sığınacaq isə dövlət sığınacağı olmalıdır. Düzdür, vətəndaş cəmiyyəti olaraq bizdə təhlükəsizlik tədbirləri üçün şərait yaradılıb. Ancaq böyük təhlükələr üçün dövlət sığınacaqlarının yaradılması vacibdir”.  

  • Aytəkin Kamranqızı: “Gələcəkdə dövlət sığınacaq mərkəzləri yaradılarsa, o qurum beynəlxalq standartlara cavab verməlidir”

Sosioloq Aytəkin Kamranqızı bizimlə söhbətində qeyd etdi ki, dövlət sığınacaq mərkəzlərinin yaradılmasına ehtiyac var. Bu gün məişət zorakılığından əziyyət çəkənlərin sayı az deyil. Onların arasında elələri var ki, QHT-lər tərəfindən yaradılmış sığınacaq mərkəzlərindən xəbərləri yoxdur, ya da həmin mərkəzlərin dövlət nəzarətində olmadığını bildiyi üçün, ora getməyə ehtiyat edirlər. Bu səbəbdən dövlət sığınacaq mərkəzlərinin yaradılmasına ehtiyac var: “Hansısa zorakılığa, şiddətə məruz qalan biçarələr, ən azı, küçələrdə qalmaz, pis yollara düşməz, ölkədən getməz, intihar etməzlər. İnsan əlacsız, ümidsiz qaldıqda, döyəcəyi qapı olmadıqda, təhlükəli addımlar ata bilər. Əgər belə sığınacaqlar fəaliyyət göstərərsə, o da mümkündür ki, köməksiz şəxs daimi sığınacağın sakini olmasın; müəyyən bir müddətdə özünü toparlayandan sonra geriyə qayıtmaq imkanı qazansın”.

Həmsöhbətimiz hesab edir ki, gələcəkdə dövlət sığınacaq mərkəzləri yaradılarsa, o qurum beynəlxalq standartlara cavab verməlidir: “Həmin mərkəzdə psixoloq, sosioloq, təlim-tərbiyə üzrə mütəxəssislərin fəaliyyəti, rolu çox vacibdir. Zorakılıq qurbanlarının normal həyata adaptasiyası üçün müxtəlif layihələr həyata keçirilməlidir”.

A.Kamranqızı onu da vurğuladı ki, gələcəkdə yaradılacaq dövlət sığınacaq mərkəzləri tək paytaxt Bakıda deyil, bölgələrdə də fəaliyyət göstərməlidirlər. Nəzərə almaq lazımdır ki, bəzi şəxslər rayondan Bakıya gələ bilmirlər. Bu cür şəxsləri də nəzərə alıb bölgələrdə də dövlət sığınacaq mərkəzi yaradılmalıdır.

Günel CƏLİLOVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ